Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Yenə gecə... Yenə yoxsan...
Yenə gecə... Yenə yoxsan...
Şərhlər: 15
Baxılıb: 721
Səs ver:
Günəşli, hüzur dolu hava qəfildən fırtınaya döndü. Sanki, yer-yerindən oyanayacaqdı. Yağış küləyə qarışdı. İşıqlar söndü. Ard-arda baş verən bu qarışıqlıq, sanki, içimdəki işığı da söndürdü. Ürəyimə sıxıntı doldu. Əlimi telefona atdım. Uzun bir aradan sonra cavab gəldi: "Bu nömrəyə zəng çatmır, telefon ya söndürülüb, ya da....” Sadəcə, ilk zənglə, aldığım bu standart cavabla, dünya başıma çökdü. Çünki lənətə gəlmiş hisslərim, yenə arsızca qarşımda öz uğurunu qeyd edirmiş kimi, rəqs edib, əylənirdi. Mənsə inada bir daha zəng edirdim. İndi hisslərimə qalib gələcəm düşüncəsi ilə... Sonra təsəllilər sıralamağa başladım. Üstündən bir qədər keçdi. Qara zəngin özü gəldi. Təcili "5 saylı xəstəxanaya gəlin” dedilər. Hisslərim qarşısındakı məğlubiyyətin acısını yaşayırdım. Özümdə deyildim. Donmuşdum. Bu dəfə yanılmalı idim. Bu dəfə hisslərimə yenilməyəcəkdim. Bu dəfə hiss etdiklərim baş verməməli idi. Xəstəxanaya doğru yola çıxdıq. Həyatımda bu qədər dua etməmişdim. Özü də dua edə bilmədiyim, inancımı itirdiyim halda... Nə ilə qarşılaşacağımı, arsız hisslərim üstümə qusmuşdu. Hər zaman sonuna qədər dirəndiyim üçün, bu dəfə də belə edəcəkdim. Budur, artıq xəstəxananın önündəyik. Halbuki, bir neçə gün öncə buradan xoşbəxtliklə, sevinclə çıxmışdım. Bu dəfə isə qarşılaşacağım sürprizlərdən qorxurdum. Onsuz da, sürprizləri heç vaxt sevməmişəm. Xəstəxanın qarşısı qələbəlik idi. Dəhşətli qəza. Yüksək sürət. 9 yaralı.. Ölənlər isə sual altındadır. Hər gün bu qəzaları təqdim edən mən, indi bu fəlakəti özüm yaşayırdım. Bəlkə də, həmin ana qədər insanların bu xəbəri eşitməsini belə, dərk etməmişdim. İndi isə iliyimə qədər hiss edirdim. Hüceyrələrim sızıldayırdı. Bütün bədənim keyimişdi. Elə bu vəziyyətdə, gətirilən yaralıların hansı mərtəbədə olduğunu soruşdum. Adlar məlum deyildi. Mən isə qarşıma çıxan bütün həkimlərdən, tibb bacılarından, hətta xəstə yaxınlarından belə sənin adını soruşurdum. Əslində bilirdim ki, heç bir cavab verə bilməyəcəklər. Çünki adını bilmirdilər. Mən isə sadəcə, "nəfəs alır” sözünə ehtiyac duyurdum. Ruhum ağrıyırdı. Çılğınlığın bu dəfə, bizə hər şey bahasına başa gəldi. Reanimasiyanın qarşısına gəldim. Xeyli yaralı var idi. Dəqiqələr keçmirdi. Sanki, əqrəblərdən daş asılmışdı. O, belə vaxtı çəkmə iqtidarında deyildi. Özümü şüuraltı olaraq inandırmışdım ki, bu dəqiqə hardansa çıxacaqsan. "Mən yaxşıyam, sevgilim”, - deyəcəksən. Dəli kimi yuxarı-aşağı qaçırdım. Reanimasiyadan çıxan həkimlərin üzünə baxırdım. Özümü heç vaxt bu qədər yazıq hiss etməmişdim. Çünki mövzu sənin həyatın, mənim sevgim idi. Çarəsizliyin adı ilə elə bu acı zamanı tanış oldum. Bir qədər keçdi. Yaralıların adları və son vəziyyətləri deyilməyə başladı. Həkimin dodağının formasını izləyirdim. İlk hərifindən sənin adın çıxacaq deyə. Hərf sayları davam edib, azalmağa doğru gedincə dünya başıma yıxılırdı. Ad sıralaması bitdi. Bu an qeyri-ixtiyari olaraq həkimin yaxasına yapışdım. Səni soruşdum. Ölə bilərdim, öldürə bilərdim. Çünki özümdə deyildim. Çünki "o” yox idi. Adı yox idi! Nə palatada, nə reanimasiyada, nə əməliyyat otağında, nə də həkimin dodağından çıxan o kəlmələrdə. Yenə də özümü toplamağa çalışdım. Bəlkə də, "sağdır” düşüncəsinə qapıldım. Harda olsa, gələcək deyə, sakitləşdim. Amma yenə də aldadırdım, aldanırdım. Cəsədləri müəyyən etmək üçün bizi morqa tərəf apardılar. Soyuqdan nifrət edən sən, indi dəmir parçasının içində, bumbuz morqda məni gözləyirdin. Heç kimi yox, məni! Üzünə mən baxacaqdım, sənə mən toxunacaqdım. İlk dəfə bu cür dəhşətli yerdə idim. Ancaq bütün qorxularıma meydan oxuyurdum. Çünki o qorxuların sonunda sənə toxunmaq var idi. Yaxınlaşdım. Ağ örtüyü üzündən çəkdim. Ölümün necə vicdansız  olduğunu  bir daha başa düşdüm.  Artıq yox idin. Sadəcə, cansız bədənin önümdə idi. Əlimi atıb üzünü cırmaq istəyirdim: "Niyə kəməri bağlamadın, niyə o lənətə gəlmiş avtomobili aldın. Niyə sürət həddini keçdin, niyə məni sənsiz qoydun! Niyə məni yarımçıq, darmadağın buraxdın” deyə... Hönkürüb ağlamağa başladım. Üzümü həkimə tutub yalvarırcasına, "bəlkə yaşayır” deyə soruşdum. Ölüdən həmişə qorxmuşam. Amma həmin an, sən ölü deyildin. Mənim həyat yoldaşım, uyuyan sevgilim idin. Əlindən tutdum. Bəlkə bir barmağın hərəkət edər deyə. Bütün "bəlkə”lərim, "kaş”larım hamısı iflasa uğradı. Qolumdan tutub, "çıxmalıyıq” dedilər. Səni o qaranlıq, buz otaqda qoyub necə çıxa bilərdim axı? Əlindən yapışdım. Səndən ayıra bilməsinlər deyə, bərk-bərk əlindən tutub sıxdım. Həmin vaxt anan övladını, atan oğlunu, yaxınların səni, mən isə özümü itirdim. Özüm məni tərk etmişdi. Sonuna qədər şans verdim. Ayıl, oyan, özünə gəl, qalx buradan gedək dedim. Amma sən məni çoxdan tərk etmişdin. Yüksək sürəti keçəndə, kəməri bağlamayanda tərk etmişdin. Hər yerim ağrıyır. Düşünə bilmirəm. Sızıldayıram. Səndən sonra sən oldum. Sən olduqca özümə qapıldım. Nəhəng boşluğumun içində sənsizliklə diz-dizə, göz-gözə qaldım. Cəzasının nə zaman bitəcəyini bilmədiyim məcburiyyət içində sızladım. İçimdən özünü çıxararkən, gərək yoxluğunun eyni ölçüsünü özünlə daşımayaydın. Yıxılıb qaldığım hər yerdə yoxluğun çökür gözlərimə... Xəyalınla qalmaq, səni yaşamaq bundandır. İndi təkliyi heç kim mənim qədər sevə bilməz. Təkliyimdə sən varsan.  Qəribə bir təslimiyyətlə yoxluğunu yaşayıram! Yoxluğunda səni tapdıqca, yer üzündə heç kimin anlamadığı bir mərasim olursan içimdə... Əridikcə sənə qarışıram. Səni sevmək, həyata və bəlkə də, ən çox sənə, sənsizliyə dirəndikcə məna qazanır... Gözlərimi qaranlığa qapadıram. Sən olmaq üçün başqalaşıram.  Sevgi, həyatın təyin etdiyi, təsadüflərlə dolu olan yönüdür. Bu gedişinlə mənə seçim etmək şansı vermədin. Təsadüfümü təəssüfə çevirdin.  Həyatımın ən gözəl "vergülündə” birdən birə nöqtə qoyub getdin. Nə etməliyəm? Qədəhləri yan-yana düzüb, biri boşalmamış, digərini doldurub içərək beynimi uyuşdursam, unuda bilərəm bu ağrını? Siqareti-siqaretə calayıb, tüstünü dumana qatsam, necə? Keçər görəsən?.. Yoruldum! Mütəmadi təxirə saldığım bir finala doğru, eyni "start”larla başlamaqdan, bitirməkdən yoruldum .. Yenə gecə...Yenə yoxsan... Geriyə uğultu və boşluq qoydun.... 7 ay keçib. Sənə, dərinə, dodağına, gözünə, əllərinə, qollarına, ruhuna, sevginə möhtac qalmışam. İçimdəki qoyub getdiyin xatirə belə sənsizliyi ovutmur. Bu gün yenə səni qucaqladığım, o morqu olan xəstəxanaya gedirəm. Yarımçıq qoyduğun həyatımı, tamamlamağa gələnin 2 ay vaxtı qalıb. Amma yenə də mənim fəryadım dinmir. Razı deyiləm. Yoxluğunu qəbul etmirəm. Ya özün gəl, ya ruhun gəlsin, yoxluğuna məni razı salsın. Yalan desin, uydursun, nəsə bir söz söyləsin, amma hər kəs məni buna inandırsın.


Şərhlər: 15
Baxılıb: 721
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
tek umidim sen
Cox tesirli idi.Allah hec kese gostermesin bele acini...
23 iyun 2015 16:41
# 15
Kadın derin ama adam yüzme bilmiyor...
Dosta_inam
Ay çox tesirli yazı idi,kövreltdi meni hetda ağlatdı,Allah bütün yaxınlarımîzı qorusun,sükan arxasında olanları Tanrım özü qorusun,her birini xetadan beladan uzaq etsin,Amin.
23 iyun 2015 10:34
# 14
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
ayka95
qorusun ici yoldasim olmaqla
23 iyun 2015 00:36
# 13
Happy
Allahhech kime yacinlarinin, sevdiklerinin acisini yashatmasin.
23 iyun 2015 00:35
# 12
ayka95
cox pis oldum hettda goz yasimi saxlaya bilmedim Allah butun sukan arxasinda olanlari
23 iyun 2015 00:35
# 11
ell.nell
Cox pis oldum.Allah sükan arxasında olanları qorusun.AAMİN
23 iyun 2015 00:02
# 10
vipbetul
cox uzun yazilib budaki bunun butunmenasini itirib bir kelmeylede bu yazini menali etmek olardi,Allah hesh kime ceke bilmiyegeyi ezab vermesun insallah
22 iyun 2015 23:54
# 9
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Canavar sevgisi
Birilerinin goz onunnen lecirtmeye xatiresi var ama xatiresi bele olmayan insanlar var. Uzaqdan seven insanlar: (((
22 iyun 2015 23:24
# 8
๓๓๓☜ Ruhumuz QARABAGLIDIR ☞๓๓๓
Ayten666
Vay vay gozum qaraldi halaldi bunu nece sebrin catib yazmaga:))men oxumaga bele erindim
22 iyun 2015 23:20
# 7
gulun leceklerini qoparmaqla onun gozelliyini qazana bilmezsen!!!
Baharim ol
cox tesirlidi.Allah hec kimi sevdiyi ile sinaga cekmesin.
22 iyun 2015 23:18
# 6
Ama yenede
BARBI
Necede tesirlidir. Bu asiq neler yasayib. Allah bele insanlara sebr versin
22 iyun 2015 22:47
# 5
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
WiRiN BaLaM
çox uzundu hövsələm çatmadı oxumağa tşk
22 iyun 2015 22:42
# 4
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
Tomris Müslümova
Xüsusəndə o uzun gecələr,o hər şeyin göz önündən lent kimi gəlib geçən qaranlıq gecələr səhərin açılmaq bilməyən o qəddar gecələr...
22 iyun 2015 22:39
# 3
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
ulduz
eslnde uzun yazilari oxuyya bilmirem ..amma bunu sonuna qeder yyasamis kimi oxudum tesir etdi ..kovreltdi meni .tam elebil yerine dusdu ,yoldasima bu qedr hirsli iken cox sey fikirlesib pis oldum..allah hec kese yasatmasin .AMIN!
22 iyun 2015 22:24
# 2
yarpaq33
Ne qeder tesirlidi lap aglatdi meni bawa duwurem bu acinin ne oldugunu cunki bele qezalarin birinde anami itirmiwem...
22 iyun 2015 22:11
# 1
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz