Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bir qadın = Bir kişi...
Bir qadın = Bir kişi...
Göndərən: guler19
Şərhlər: 10
Baxılıb: 796
Səs ver:
O qadında həyat eşqi olduqca güclüdür.
O, təbiətin sirlərinin gizləndiyi meşənin sakitliyi kimi səssizdi.
O, öz əzəmətli harmoniyasına cəlb edən əzəli-əbədi varlıqdır.Onun üzündə insan duyğuları, daxili aləmin disharmoniyası, sevgi ehtiraslarının insanı köləyə çevirməsi, qəribəliyi, şıltaqlığı,emosiyalarının dolaşıq oyunları,insanın münasibətlərindəki, gündəlik həyatındaki adiliyin və bayağılığın arxasında gizlənmiş konflikt və ziddiyət təsvir olunub.O, əsəbi,zərif və oynaq xarakterə malikdir.
O, az fantaziyaya malik olsa da, səylərin və sağlam düşüncə hesabına daha böyük insan olmağı bacarıb.Onun həyatı xəfif yumorla bəzədilmiş özünəməxsus dəyərlərə sahibdir.
O, cəmiyyətin yığcam modeli kimi hər zaman yanımızdadır.O, qadın yaddaşımızda daim gözəlliyi və sevgini tərənnüm edən böyük insan kimi xatırlanacaq.
 
O qadın-dediyimiz, kiminsə anası, kiminsə həyat yoldaşı, kiminsə qızı və ya kiminsə hələ də tapmadığı yarı-dır

Bu və daha çox insani keyfiyyətlər bir qadında cəmləşir.Sadəcə o qadının daha yaxşı tanınması, həyatımızda tutduğu mövqedən asılıdır.Mütləq şəkildə yalnız səhvləri və yaxşılıqları ilə seçilmir o insanlar.Hər bir kişinin həyatına onu xoşbəxt edəcək və səadət gətirəcək bir qadın daxil olur.Əsl xoşbəxtlik isə bir neçə səhv seçim içindən seçməkdir. Bir qadına əbədiyyən vurğundur O.
Onun nəfəsindən, ona baxan gözlərindən alır gücünü. Sevməyi onunla öyrənir. O qadın O kişini dünyaya bəxş edən qadındır. Həyatı hər rəngində yaşamaq üçün yaradılıb O. Istəyərkən nə istədiyini biləndir. Istədimi alandır. Mübarizdir-onun adı. Füsunkar təbiətdə güvənin simvoludur O. Qayalara çırpılan dalğalar qədər sərt, sahildəki ləpirləri yuyacaq qədər məğrurdur. Kövrəldimi kövrələrkən dünyanın ən saf varlığı olmağa qadirdir O. Gecə qədər ecazkardır. Qaranlığında nəyin olduğunu bilmədən ona doğru addımlamaq cəsarət istər. Kəşf olunmaq istəyər.
O, həyat adlanan oyunda məntiqin fiqurudur. Ən zəif olduğunda belə güclü görsənməyə məhkumdur O. Cəsurdur O. "Sevirəm”- deyərkən heç nədən qorxmadan qışqıraraq deyə biləcək gücə malikdir.

O. ciddi, qürurlu gülümsəməyi bilən biridir. O, ona verilən düşünmə istəyilə həyatı ona yaraşacaq şəkildə yaşayandır. O, həyat təcrübələri ilə övladının yolunu işıqlandırandır. Onun xüsusiyyətləri ona ən gözəl şəkildə biçilmişdir ki, O bununla sadəcə qürur duysun.
O, əlimizi uzatdığımız an əli-əlimizə toxunacaq qədər yaxınımızdadır. O kişi mərdliyini və sevgisini unutdurmayacaq qədər inadkardır.

O kişi dediyimiz kiminsə atası, kiminsə həyat yoldaşı, kiminsə oğlu və kiminsə hələ də tapmadığı yarı-dır.

Hər bir qadın arzular onu. Onu qoruyacaq, yıxılanda yıxıldığı an əlindən tutacaq, üşüdüyündə pencəyini ona verəcək, qadınından başqa həyat düşünməyəcək, sevdimi ölümünə sevəcək birini istər.  Onun gözlərindəki qığılcım həyatının buz bağlayan hissəsini əritməyə qabildir.  Əsl xoşbəxtlik onun var olduğunu və gələcəyini bilərək gözləməkdir. . .


Şərhlər: 10
Baxılıb: 796
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
WiRiN BaLaM
ama bezi qadinlar ifrite olurlar
7 iyun 2015 00:23
# 10
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
GünƏşimƏ_AiD_
İnsan oxuduqca qeribe olur.hher bir qadin arzularima catmalidi mence ag atli shezadesi ile amma ele sheyler varki insan tek etmemlidi.
6 iyun 2015 18:44
# 9
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
ALESSANDRA
çox gözəl və maraqlı xəbərdi) tşk
6 iyun 2015 15:46
# 8
Don't trust anyone ∆
vipbetul
kisini guclu gorseden axilli qadindir yaxsi yaziydi
6 iyun 2015 13:38
# 7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Mrs. Perfect
Cox menali ve tekrar tekrar oxumaqdan zovq alinan bir yazidir.. Tewekkurler (:
6 iyun 2015 12:20
# 6
Men Isteyiremse Olmalidir, Olacaq. Belke Cetin Olacaq Ama Olacaq . . !
Melissa
cox gozel tskrler
6 iyun 2015 10:53
# 5
BARBI
qadin ve kisi haqqinda fikirler ne qeder gozel ifade edilib.her kes burada yazildigi kimi qadin ve kisi ister.dediyimiz kimi her kese ideal insan nesib olmaz
6 iyun 2015 10:22
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Tomris Müslümova
yene de ferqli bir xeber durur onumde..gozel izah edilib bir qadin arzulari ve hissleri)) tesekkurler
6 iyun 2015 10:10
# 3
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Fialka
Kişi və qadının varlığı mənalı şəkildə ifadə olunub. Seçim etməkdən də çox şey asılıdır hansı ki, həmin seçim bizi xoşbəxt də edə bilər , bədbəxtdə.. Təşəkkürlər.
6 iyun 2015 09:03
# 2
Dosta_inam
Çox gözel anlatilib,her bir cümlesi gözeldir,beyendim ellerine sağliq güler xanim.
6 iyun 2015 06:25
# 1
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz