Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ayrılacaq yollar
Ayrılacaq yollar
Göndərən: tek umidim sen
Şərhlər: 7
Baxılıb: 494
Səs ver:
Onsuzda ayrılacaq yollar. Hərə öz həyatını yaşayacaq.

Ayrılacaq yollar, səssiz-səmirsiz, sualsız-cavabsız, heç kəsin rəyini bilmədən, soruşmadan, nəzərə almadan.

Ayrılacaq yollar, göz yaşlarını görmədən. Göz yaşları sarsılacaq etinasızlıqdan. Yandıracaq bir vaxt gülən yanaqları, kor edəcək xoşbəxtlikdən bir vaxt ulduz kimi parlayan gözləri.

Ayrılacaq yollar, bir -birimizdən necə uzaq düşdüyümüzü onda anlayacağıq. İndi bunu duymuruq. Hər gün səsimizi eşidir, bir - birimizi görür və xöşbəxtlik üçün bu kifayət edir bizə. Əslində münasibətimiz arzuya bənzəyir. Ümidi itirməmək arzusuna. Nə vaxtsa bir daha görüşməyəcəyik deyə düşünmək belə istəmirik. Çox qəribə arzudur. Amma insanı xöşbəxt edə biləcək qüvvəyə malikdir. Bu arzunu nəyə bənzətdiyimizdən asılı olmayaraq, onsuzda hər şey dəyişəcək. Hisslərimiz belə. Hisslərimiz haçalanacaq, istək və arzularımız da dəyişəcək , yeni arzular yaranacaq. Lakin bir arzu, şah arzu - xoşbəxt olmaq arzusu olduğu kimi qalacaq.

Ayrılacaq yollar, bəs niyə insan ağlayır,  nalə qoparır, fəryad edir. yoxsa unudulmaq qorxusu, adiləşmək , bütövlüklə yaddaşdan silinmək qorxusu üstün gəlir insana o anda?İnsan dərk etmək istəmir ki, olacağa çarə yoxdur. Bəlkə də dərk edər, amma ürək dərk etmir, anlamaq istəmir.

Ayrılacaq yollar, hansısa zaman kəsiyində yollar kəsişir, amma yenə də hər yol öz istiqaməti ilə davam edir, çünki hər yolun öz istiqaməti və sonu var.

Ayrılacaq yollar, bəs bununçünmü yaşayırıq? Hər şeyin ayrılması üçünmü? Yolların ayrılması üçünmü? Ürəyimizin köksümüzdən ayrılması üçün yaşayırıq yoxsa?!


Şərhlər: 7
Baxılıb: 494
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Narın Yağış
Onsuzda ayrılacaq yollar. Hərə öz həyatını yaşayacaq.

Cesaretsiz insanlarin yollari tebiiki ayrilmalidir.. Tereflerden her zaman biri cesaretsiz olur malesef .... biri qarwindakini uzmemekcun caba gostererken qarwisindaki onu eksine birazda qirir..biri qalmasi ucun caba gostererken qariwisindaki getmek ucun behane axtarir..biri geceler boyu onu duwunub aglayarken qarwisindaki onu hec duwunmeyib wirin yuxularinda olur..ve vaxt gelir qarwisindaki onu hec yerine qoyarkenn geden dönüb pewman olur... ve bundada cox gec olur..hardan hara geldim noldu mene bele?)) Supper idi muellifin eline sagliq..
18 may 2015 01:02
# 7
Ayrılmağımızı istəyənlərin acığına bir yerdə olaq heart
yarpaq33
Olmasin dunyada iki wey
Olum ayrilq.Cunki her ikisi yixir insani hec kime bu iki weyi yawamagi arzulamiram
17 may 2015 16:52
# 6
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
lelos
hec kese qismet olmasin ayriliq
17 may 2015 15:13
# 5
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
WiRiN BaLaM
onsuzda sonda ayrılacaq yollar....buna gorede vaxtinda deyer vermek lazimdi sevdiklerine
17 may 2015 15:09
# 4
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
vipbetul
yasayiriq yasamaq lazim olduqu ucun isdesekde-isdemesekde bu nefesi alib-vere bildiyimucun yashayiriqsa ozumuzcun yararli olmaliyiq ayaqda durmaqi bacarmaliyiq.ne olursa olsun aci sirin heyatin qanunlarina uyaraq oz qanunlarimizi chizerek yashamaliyiq
17 may 2015 13:26
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Tomris Müslümova
allah hec kimi ezizlerinden sevdiklerinden yollarini ayirmasin,gozel yazilib..
17 may 2015 11:24
# 2
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
BARBI
Her zaman sevdnlerin yollari ayrilir. Ayriliq ele bir acidirki yasamayan bilmez tarifi mumkun deyil
17 may 2015 10:03
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz