Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
QƏLBİMDƏKİ BOŞLUĞUN UĞULTUSU QULAQLARIMDA ƏKS-SƏDA VERİR
QƏLBİMDƏKİ BOŞLUĞUN UĞULTUSU QULAQLARIMDA ƏKS-SƏDA VERİR
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1199
Səs ver:

QƏLBİMDƏKİ BOŞLUĞUN UĞULTUSU QULAQLARIMDA ƏKS-SƏDA VERİR

Həmişə qəlbimdə ağrı olanda fikrimi yayındırmağa çalışıram, nə isə tamam yad, kənar şeylər barədə fikirləşməyə çalışıram ki, daxilimdə yaranan ağrını unudum! Bu nə desən ola bilər: kinoya, konsertə getmək, kitab oxumaq, ya da kiməsə qonaq getmək, hətta zəng edib kiminləsə boş-boş danışmağa qədər...........az da olsa bu şeylər yüngüllük gətirir insana. Özümlə baş-başa qalmağı çox sevirəm........bu gün də belə oldu.........Həm daxili, həm xarici bir boşluq vardı sanki şəhərin hər tərəfində..........Ətrafda hər şey illuziyaya bənzəyirdi.......Bu dəfə isə ağlımdan dəlilik etmək keçdi............beyin instiktiv olaraq özünə çıxış yolu tapmışdı.......həmişə elədiklərimin tam əksini etmək istəyirdim nədənsə............nədənsə? yox, əslində cavabı özüm bilirəm niyə........nə isə...........dayanmaq.........sonra geri dönmək, ağrıların, problemlərin düz gözünün içinə baxmaq istəyirdim..........bəlkə onda nəsə alınacaqdı. Şəhərin dumanlı görünüşü isə qara bulud kimi başımın üstündən asılmışdı.........sonra qalan hər şey öz axarı ilə getməyə başladı.........sonra qara bir dalğa sanki məni əhatə etdi. Qəlbimin ağrıları elə bir həddə çatdı ki, hətta fiziki ağrılar da hiss etməyə başladım. Birinci dəfə idi ki belə şey hiss edirdim. Bu xeyli vaxt çəkdi..........sonra birdən-birə azalmağa başladı............nəhayət əvəzində qəribə bir boşluq yarandı. Boşluq hər yeri tutmuşdu............mənə elə gəldi ki, bu boşluq şəhərin hər tərəfinə yayılıb. Hərçənd ki, şəhərdə gözəl yaz havası var, şəhər qaynayır, üstəlik insanlar bir-birinin üzünə qəribə bir təbəssümlə baxırlar............Belə bir gündə, üstəlik belə bir yaz havasında bu boşluq nə idi mənim daxilimdə.............????

Elə bil bu boşluq qəlbimdəki cücərən işığı dalğa kimi yuyub aparırdı.........nə bilim, bəlkə mənə elə gəlirdi. Bu, qəribə bir hiss idi. Sonra həyatımda nələrin dəyişdiyini və nələri dəyişdirmək istədiyim barədə fikirləşməyə başladım.............bundan sonra da həyatımda çox şeyi, yoox, hər şeyi dəlicəsinə dəyişdirmək barədə fikirləşdim.........amma əbəs yerə.........sonra hər şey qismət deyib, istəklərimin üzərindən asta qaçan namərddi deyib qaçmaq istədim......sonra başa düşdüm ki, axı mənim qismət-qismət deyən adamlardan zəhləm gediiiiiiiiir.............Sonra bir anlıq səssiz sədasız qəlbimin narahat çırpıntıları arasında hüdudsuz və dərin xəyallara qapıldım. Bir yanda isə səssiz-səmirsiz sükut və boşluq dolu bir şəhər. Sən demə səssizlik də insan dincliyini poza bilirmiş............Bu dəfə səssizliyi mən pozmaq istədim............elə pozdum daaa............Necə? Gözlərimlə. Sonra səssiz qələbənin bic gülüşlərini qulaqlarımda hiss etməyə başladım...........Səssizliyinlə keçən gəncliyimi həmişəlik qoydum arxada.............Qəlbimin quyularında dolaşıram, özüm özümə yetmirəm indi.......Qəlbim heç tanımadığı duyğuları, daha yeni-yeni hiss etməyə başladığı vaxtlar, "hər şey yaxşıdır" söyləməyi sevmək istədim..........nə isə.......nə dərəcədə alındı deyə bilmərəm..........amma belə olmasını həmişə arzu edirəm.........Məncə bütün yazdıqlarım qəlbimin deyə biləcəklərini ifadə edə bilmədi..........Bu sözlər isə hazırkı vəziyyətimə daha çox yaraşır......"Qəlbimdəki boşluğun uğultusu qulaqlarımda əks-səda verir"...



Şərhlər:
Baxılıb: 1199
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz