Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Eşq insana necə təsir edir?
Eşq insana necə təsir edir?
Göndərən: Menim balam
Şərhlər: 13
Baxılıb: 891
Səs ver:
Eşq əvvəllər yalnız romantik bir aksiya kimi başa düşülürdü. Araşdırmalar isə eşqin həm də bioloji və kimyəvi sirləri olduğunu ortaya çıxardı. Eşq sadəcə ruha deyil, ürəyə və ümumilikdə sağlamlığa yaxşı təsir edir.
 
Aşiq olanda ürək daha sürətli döyünür, beləliklə, beyin və digər orqanlar daha rahat, daha məhsuldar işləyir. Bir sözlə eşq bədəni gəncləşdirir.
 
Həkimlər eşqin ürək sağlamlığı üçün təsirli olduğunu, infarkt riskini azaltdığını bildirirlər.
 
Eşq yaşa baxmır. Yaşlı bir insan da aşiq olanda gənclərlə eyni duyğuları hiss edir. Bədənin reaksiyası eyni olur, ürək daha sürətli döyünür və insanın daha sağlam yaşaması üçün situmul verir.
 
Üstəlik, bədən lazımlı hormonları daha çox istehsal edir, bu özü də sağlamlığa təsirsiz ötüşmür.
 
Eşqin sağaldıcı gücü
 
Xoşbəxt cütlüklər xəstələndikdə daha sürətli şəkildə sağalırlar. Bunun səbəbi aşiq insanların immun sisteminin daha güclü olmasıdır. Hətta tədqiqatlar göstərib ki, insanın sevdiyi ilə əl-ələ tutub yeriməsi idmanla eyni nəticəni verir. Sevgilinizlə əl-ələ yarım saatlıq gəzinti sizi idmanın stressindən və yorğunluqdan xilas edərək sağlam həyat tərzi yaşamağınızı təmin edə bilər.
 
Evlilik eşqi öldürmür
 
Eşqlə beyin və ürək funksiyalarının əlaqəsi araşdırıldıqda ortaya çıxan nəticələr olduqca diqqət çəkicidir. 1000 nəfər üzərində aparılan araşdırma zamanı məlum olub ki, sevdiyi adamın fotoşəkilini görənlərin beynində bəzi kimyəvi maddələrin, o cümlədən dopamin, adrenalin və endorfinin səviyyələrində ciddi artım müşahidə edilir. Dopamin insana enerji verib xoşbəxtlik bəxş edən kimyəvi maddədir.
 
Alimlər evliliyin və zamanın eşqin gücünü azaldıb-azaltmadığını müəyyənləşdirməyə çalışıblar.
 
20 ildir ki, evli olub hələ də bir-birlərini sevdiklərini söyləyən cütlüklərin beyin fəaliyyətləri araşdırılıb. Nəticədə onların beyinlərinin sevdikləri şəxslə bağlı suallara yeni aşiq olan şəxslərlə oxşar reaksiyalar verdikləri ortaya çıxıb.
 
Bu da evliliyin eşqi öldürmədiyini sübut edir. Üstəlik, bu araşdırma sayəsində eşqin dopamin hormonunun artımına və ürəyin güclənməsinə səbəb olduğu da sübut edilir.
 
Evlilik kişilərin ömrünü 7 il, qadınlarınkını isə 2 il uzadır
 
Yeni aparılan tədqiqatlar evliliyin insan ömrünü uzatdığını sübut edib. Ancaq təbii ki, söhbət bir-birini dəlicəsinə sevən cütlüklərin evliliyindən gedir. Maraqlısı odur ki, eşqin gücü qadın və kişiyə fərqli təsir edir. Sevən və sevdiyinə qovuşan kişinin xoşbəxtliyi qadınla müqayisə edilməyəcək qədər çox olur.
 
Xoşbəxt evlilik həyatı olan kişilərin ömrü 7 il, qadınların ömrü isə 2 il uzanır.
 
Evli cütlüklərdə infarkt və infarktdan ölüm riski də azalmış olur.
 
Sevən insanın infarkt keçirmək ehtimalı çox olur
 
Təəssüf ki, çox sevməyin mənfi tərəfləri də var. Sevən insanın infarkt keçirmək ehtimalı çox olur. Belə ki, sevdiyi şəxsi itirən insanların infarkt keçirmək ehtimalı 21 dəfə artır. Üstəlik, bu halların çoxu ölümlə nəticələnir.
Digər tərəfdən, sevdiyi şəxsdən ayrılan insanda kortizol hormonu daha çox ifraz olunur, bu da təzyiqin yüksəlməsinə, kökəlməyə səbəb olur. Bədən su və duz toplayır. Ayrılığın gətirdiyi bədbəxtlik özünə qapanmağa, evdən çölə çıxmamağa, hərəkətsiz həyat tərzinə və qeyri-sağlam qidalanmağa səbəb olur. Bütün bunlar bədənin ümumi sağlamlığına mənfi təsir edir.
 
"Qırıq qəlb sindromu”
 
Çox stress keçirən, kədərlənən, ağlayan insanların "qırıq qəlb sindromu” keçirmək ehtimalları var. Həkimlər bu sindromun daha çox sevdikləri tərəfindən tərk edilən gənc qız və oğlanlarda müşahidə edildiyini deyirlər. Stress və dərd bu insanlarda adrenalin miqdarının artmasına, ürək əzələlərinin zərər görməsinə və nəticədə də infarkta gətirib çıxara bilir.
 
Ürək və damar sistemində problem olmayan şəxslər belə "Qırıq qəlb sindromu” keçirə bilərlər. "Qırıq qəlb sindromu” ölümə səbəb olmur, müalicəsi isə 3-6 ay çəkir.


Şərhlər: 13
Baxılıb: 891
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Catwoman666
Esqe falan dusmemisem. Sevdiyim ve ya sevgilim de yoxdur
13 may 2015 18:05
# 13
"All men must die, but we are not men"

Daenerys Targaryen
Narın Yağış
Qırıq qəlb sindromu” ölümə səbəb olmur, müalicəsi isə 3-6 ay çəkir.

Kecmelidide bes)) yo omurluk qalacag) eh sevgiye inanmirame day heyiff..
13 may 2015 00:49
# 12
Ayrılmağımızı istəyənlərin acığına bir yerdə olaq heart
ALESSANDRA
oyyy bu qədər faydası varıymışş ağlamağa dəyməz sadecə sevdiyində ol.. 09
12 may 2015 19:54
# 11
Don't trust anyone ∆
qanadli melek
Ewq insani goye qaldirar duwunmediyin andada ordan yere atar
12 may 2015 19:01
# 10
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
WiRiN BaLaM
mən eşqə düşməmişəm bilmərəm 09
12 may 2015 18:06
# 9
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
vipbetul
nege tesir edir bilmirem bildiyim odurki insanlarin axlini elinden alir sef-suf hereketler eletdirerk qururlarini ayaqlar altina serdirir.yalanlar soyledir evdekilere ya
12 may 2015 14:51
# 8
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Fialka
Onda eşqi yaşayanlar uzun ömürlü olursa yaşamayanlarda tez həyatdan köçür? heç inandırıcı deyi, eşqsizdə ömrü uzun yaşamaq olar ona görə istəməz kalsın ))..
12 may 2015 13:10
# 7
Tomris Müslümova
Sitat: BARBI
Esq insanin ayaqlarini yerden kesir sebebsiz yere gulursen ozunu xosbext hiss edirsen.

duzdu sebesiz yere deli deli gulduyum cox olub hetda mamam gordu gulduyumu sorusdu ki nolub neye gulursen? 08 dedim hecne yadima bir sey dusdu sac cox olub mende ele sey 09
12 may 2015 12:55
# 6
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Nur k-off
Heç yaşamamişam deye bilmerem
12 may 2015 11:53
# 5
SVETA
Happy
Bununda zereriyle xeyfini oyrendim. Sevmek gozeldir amma her weyinde heddi var
12 may 2015 10:24
# 4
BARBI
Esq insanin ayaqlarini yerden kesir sebebsiz yere gulursen ozunu xosbext hiss edirsen.
12 may 2015 09:57
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
yarpaq33
Hec inanmagim gelmir ki ki.se sevgiden ole her wey allahin elindedi ölüm de
12 may 2015 09:34
# 2
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
Laliçqaa
Bezileri duzdur
12 may 2015 09:24
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz