Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kaş ki heç sevməsəydim, nə gözəl olardı daha az biləcəkdim həyata dair…….
Kaş ki heç sevməsəydim, nə gözəl olardı daha az biləcəkdim həyata dair…….
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1168
Səs ver:

http://imgs.su/tmp/1323262066-367.jpg

 

Uzun zaman oldu kimisə sevmədiyim. Səndən sonra özünə gələ bilmədi ürəyim. Yaxşısını görmək necə pisdir sevginin insan həmişə bənzərini axtarır.

Səni sevmək özümə etdiyim ən böyük pislik idi bəlkə də!
Artıq kimsə o xətti keçə bilmir. Sənə bənzər birini axtarmıram sənin xüsusiy
yətlərinə bənzər bir ağıl və ürək dərdindəyəm.


İ
ndi kimə əlimi uzatsam boş çıxır. Şəhərimin küləkləri də əksdir mənə könülümdəki bütün səfərlər ləğv olur beləcə... Sənsiz edilən səfərlərin də dadı olmur ki...
Bundan sonra nə edəcəyəmi düşünürəm. Necə sevə bilərəm yenidən? Nə çətin bir yol buraxdın arxanda gediləcək! Bundan sonra ya həmişə təkəm ya da razı gələcəyəm "aza" yenidən.


Müqayisə etmək! Bəli mənim etdiyim səhv budur! Hər gələni səninlə müqayisə edirəm. Bir bənzərlik axtarıram fərqliliklərin dadını varmaqdan imtina etmiş olmalıyam… Halbuki sənin kimi bir başqası da yeni bir üfüq aça bilər ürəyimdə icazə vermirəm.

Sənin toxunduğun yerlərdə elə böyük bir aclığım var ki doymaq bilmir içimdəki canavar. Dolu olsun istəyirəm ağıl qıvrımları bir danışsın dəryalar əksin istəyirəm.

Sözdə birləşmək deyil özdə qovuşaq istəyirəm. Nə yana çevirsəm gözlərimi başqa cür baxmağı öyrənim istəyirəm.

Hər kəs eşqdə fərqli şeylər axtarır. Mən sözlər axtarıram; bilmədiyim eşitmədiyim heç söyləmədiyim sözlərlə tanış olmaq istəyirəm. Səhv bildiklərimi tutacaq yenini əllərimə qoyacaq ağılımı əhatə edəcək bir sevda istəyirəm.

Səni sevmənin ən pis yanı səndən sonrasıymış; çox gec anladım. İndi kimsə içimdəki bu quraqlığa yağış ola bilmir. Nə vaxt sevmək üçün bir addım atsam yeni bir ürəyə həvəsim ürəyimdə qalır.

Səni sevməsəydim nə çox aldanacaqdım halbuki! Çoxu kimi kor çoxu kimi cahilcə xoşbəxt yaşayıb gedəcəkdim. Eşq zənn edəcəkdim hər duyğunu mənasız sevgilər ardından bir az gözyaşı tökəcəkdim bəlkə amma həyat sürətlə axıb gedəcəkdi. Sən gəldin getdiyində zaman dayandı. Böyük bir boşluğun ortasında qaldım.
Kaş ki heç sevməsəydim; nə gözəl olardı daha az biləcəkdim həyata dair…….




Şərhlər:
Baxılıb: 1168
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz