Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
KEÇMİŞDƏKİ KİMİ...
KEÇMİŞDƏKİ KİMİ...
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1030
Səs ver:
http://imgs.su/tmp/1323110712-367.jpg

Sabah ad günümdür...yaşımın üstünə yaş gəlməsinə 2 saat var.Bu iki saatı səbrsizliklə gözləməkdənsə,yatmağı seçdim...

Səhər açıldı və bu günün digər günlərdən bir xüsusiliyi yox idi.Bəli , bir xüsusiliyi yox idi,səni gördüyüm ana kimi.Yenə səssiz küçələrin birində gəzirdim...gözümə köhnə bir konserv qutusu sataşdi və mən azyaşlı uşaq kimi oynuyurdum o qutuyla sanki...Onu səkinin bir tərəfindən o biri tərəfinə ataraq başımı qatırdım.

Sanki bu sıxıcı günü yola verməyə bir bəhanə artarırdım və bu qutu da yeganə çıxış yolum idi.Sənə rast gələnədək...

"Hələdə bu vərdişini tərgitməmisən?!" - səsin gəldi qulağıma.İlk olaraq yəqin mənə belə gəlir,başımı qaldırıb görmüyəcəyəm səni düşüncəsi gəldi ağlıma, amma yenədə həmişəki kimi ürəyim qalib gəldi və mən baxanda o şirin simanı gördüm...gözlərimə inanmazdım amma bu sən idin.

Heçnə olmamış kimi qucaqladın,öpdün məni.İnan ki həyatımda belə surpriz görməmişdim.Ürəyimin döyüntüsü səsini eşitməyə mane olurdu, amma onu da başa düşmək lazımdı,axı həyəcanlıdı...

Mənə dəyişmisən dedin,gülüşün,baxışın dəyişib dedin.Amma sən heç dəyişməmişdin,əvvəlki "həyatım" idin.Əvvəlki baxış, şirin gülüş və əvvəlki öpüş. Yenədə inanmadım gerçəkliyinə bu anın, bəlkə "sır kapısıdı?" dedim.Amma inanmamaq da olmurdu.Əgər yalan olsaydın,xülya olsaydın çoxdan yoxa çıxmışdın.Amma sən hələdə mənimlə idin...Əlindən bərk-bərk tutmuşdum ki çıxıb getmə şansın olmasın.Xoşbəxtlikdən zaman da dayanmışdı sanki...

Sanki bu bir videolent, "kinofilm" idi və kimsə onu yavaşladırdı.Çox qəribədir, amma sən geri döndün.Unutduğunu, vəfasız olduğunu düşündüyüm sevgilim döndü.Çox xoşbəxtəm inan ki, bu hissləri ifadə edəcək bir söz yoxdu məncə.

Bütün günümü səninlə keçirdim...

KEÇMİŞ GÜNLƏRDƏKİ KİMİ...
Metroya mindik, insanla dolu vaqonda mənə elə gəlirdi ki, bir sən idin, birdə mən...

KEÇMİŞ GÜNLƏRDƏKİ KİMİ...
Yenə guya qulağına söz demək məqsədi ilə daha da yaxınlaşıb sənə yanağından öpürdüm...

KEÇMİŞ GÜNLƏRDƏKİ KİMİ...

Artıq axşam olmuşdu və səni evinə yola salmaq vaxtı idi.

Keçmişdəki kimi yenə sağollaşdığımız yerə gəldik.Öpüb, qucaqladın məni, mənsə şüphələndim bir az və sanki keçmişdəki kimi bunun son görüş olduğunu düşünüb dəlicəsinə qucaqlayıb öpdüm dodaqlarından...dönüb getdin...amma mən gözümü çəkmədim səndən...son gedişin olduğundan şüphələnirdim çünki,gözləyirdim,görəsən keçmişdəki kimi geriyə qayıdıb qucaqlayacaqsan məni,yoxsa son gedişində olduğu

Getdin...mənsə qanadı qırılmış quş kimi geriyə...evimə qayıtmağa başladım.Artıq şüphəm qalmamışdı bu son gedişin idi..Yox, yanılmışdım, ümidlərim üzülərək qəmlənib yoluma davam edərkən bir əl toxundu mənə, baxdım bu sən idin.Qucaqladın məni və "ömrüm" sabah görüşmək ümidiylə dedin...KEÇMİŞDEKİ KİMİ...

Sevincimdən eve necə qayıtdığımı bilmirəm, amma bir də baxdım ki evdəyəm, qapını açıb içəri daxil oldum, qonaqlarla görüşmədən otağıma qaçdım və gizlətdiyim şəkilini çıxarıb masamın üstünə qoydum...KECMİŞDƏKİ KİMİ...

Axı artıq sən qayıtmışdın.Bu an telefonumun səsi eşidildi, sevindim...düşündüm ki sənsən və "alo" deyən kimi "nə tez unuduldum?bir sms yazmaq bu qədər çətindi ömrüm?!" deyəcəksən.Telefonu əlimə götürdükdə zəngin səsi gəlsə də kimin zəng etdiyi görşənmirdi.Get-gedə səs yüksəlirdi.Qulağımı cingildədən bu səs telefonumdan gəlmirdisə,bəs hardan gəlirdi...!

Telefonumdan gəlirmiş...

Zəng edənsə sən deyildin...KEÇMİŞDƏKİ KİMİ...

Yaxın dostum idi,ad günümü ilk o təbrik etmək istəyibmiş.Mənimsə ən gözəl ad günüm və ən gözəl hədiyyəm cəmi 2 saatlıq bir yuxuymuş...görəsən mən nə vaxtsa xoşbəxt olacam...?!



Şərhlər:
Baxılıb: 1030
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz