Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Balam,Sən mənim sadəcə təsadüfümsən...Bütün ömrümə sığan təsadüfüm
Balam,Sən mənim sadəcə təsadüfümsən...Bütün ömrümə sığan təsadüfüm
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2430
Səs ver:
mənim, sevirəm, Səninlə, sevdim, səninlə, təsadüfən, bütün, Ancaq, bilmirəm, Sənin, qorxuram, zaman, ağlına, Bütün, bölüşməyi, duyğularımdan, ürəyimdəki, Hərdən, şəhvət, xəyalımda
Mənasız saydığım bir dövürdə təsadüfən girdin həyatıma. Hər şeyi dəyişdin. Çətini sevdim səninlə. Özünlə gətirdin bütün sevincləri və sevgiləri. Qınadılar məni, səni təsadüfən tanıdığım üçün. Sənin bir başqa dünyanın insanı olduğunu, əslində mənim o dünyada yerimin olmadığını, mənimsə dəli olduğumu dedilər zaman-zaman. Heç nə düşünmədim. Mənim üçün bir sən var idin. Bütün dünyama bəs edən bir sən...
Səninlə sevdim hər şeyi. Səbr etməyi, bağışlamağı, laqeyd olmağı, düşündüklərimi deməyi...Əslində sevmədiyim hər şeyi səninlə öyrəndim və sevdim. Bilmirəm mənim üçün kimsən. Dostmu, yoxsa...? Dəyərlisən mənim üçün, bircə bunu bilirəm...Dünyamsan mənim... Dünyanın belə sığmaqda acizlik çəkdiyi dünyam...
Sənin ala gözlərinlə baxmağı sevirəm bütün kainata. Anlayırsan məni? Başa sala bilmirəm hislərimi. O qədər dəyərlisən ki... Hislərimin adını nə qoyacağımı bilmirəm. Ucuzlaşmağındanmı qorxuram görəsən duyğularımın? Yoxsa səni itirməkdənmi?
Desələr bu eşqdir, inanmaram. Ya da inanmamaq üçün israr edərəm. Bir ömür boyu yanımda deyil, beynimdə, ruhumda olmağını istəyirəm. Səninlə düşünməyi sevirəm...Səninlə sən olmasan belə, dərdləşməyi sevirəm... Sevincimi elə beynimdəki, ürəyimdəki səninləbölüşməyi sevirəm...
Hərdən özüm belə öz duyğularımdan qorxuram. Ancaq eşqdə bir şəhvət,ehtiras vardır. Axı sən mənim xəyalımda belə toxunmaqdan çəkindiyimsən... Ancaq sən həmişə mənimsən...
Bəlkə bir gün təsadüfən ağlına gəlsə mənim sənə olan hislərim, qorxma... Qürurlu ol... Necə varsansa, bax elə...Dəyişməsin heç nəyin...Düşüncələrin, duyğuların...Çünki mən səni belə tanımışam...Duymaq istəmədiyini ağlına gətirmə...Unut hər şeyi...Hətta varlığım əzab versə sənə, məni belə unut...
Nə olursa olsun, kiminlə olursan ol, unutma ki, sən dualarımda hər gün dilə gətirdiyimsən...Sən mənim sadəcə təsadüfümsən...Bütün ömrümə sığan təsadüfüm....


Şərhlər:
Baxılıb: 2430
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz