Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Dayan desən...
Dayan desən...
Göndərən: Nermin..
Şərhlər: 15
Baxılıb: 707
Səs ver:
Mən gedirəm sevgili,içimdə bir qəribə hüzn var.Sanki nə etsəm olmur kimi hiss edirəm.Səni sevərkən,üstəlik sənində sevdiyinə inanarkən,necə bacara bilmədik bu işi bilmirəm amma mən artıq gedirəm.
Əllərimin sənə toxunmadığı bir dünyada yaşamaqdan,tək səsini eşidərək məhdud vaxtlarda xoşbəxt olmağa çalışmaqdan,bədənini və ağlını yanımda hiss edə bilməməkdən,yorğun düşdüm.Qurduğum bütün xəyallar boşuna,heç birini reallaşdıra bilmirəm,ətrafı sularla çevrili bir ada kimiyəm.Arada bir qonan quşlarda olmasa,içimdə yaşayan bir nəfəs qalmayacaq.Səbr etməyi öyrənmişdim amma bu qədəri məni belə aşır.Daş olsa çatlayardı deyirəm.Çətin imiş eşqi həqiqətən yaşatmaq,mən bacara bilmədimsə üzr istəyirəm.
 Bilirəm sevgi anlamaqdır ancaq davamlı anlayan tərəf mən olacağamsa,o zaman eşq də yanlız mənə aid olmazmı?Bu vəziyyətdə eşqimi də cibimə qoyub getmək lazımdır,və deyəsən vaxtı gəldi gedirəm.İçimdə heç bir inciklik daşımadan,yanlız iki böyük insanın bacarıqsızlığına əsəbləşərək,bu balaca ürəklərimizi bir yerdə tutmayışımıza içlənərək gedirəm.
 Külək də çarpan qapılar kimi,davamlı özümə çarparaq yaşamaqdan sıxıldım.Madam bu qədər təkliyə asılı qalıram,o zaman sənin həyatında bir yeri işğal etmənin də bir mənası yox deyirəm.Ürəyim elə yorğun ki təxmin belə edə bilməzən.Səndən əvvəl də yığılmış vurğunlarım var onsuzda mənim.Daha onları təzə təmizləmişkən,bir başqa ağrıya dözməmək üçün gedirəm.Mənə də alışdırdın ya sənsizliyə,ayrılığı da yadırğamaram demək ki! Mən gedirəm sevgili.İçimdə bitirilməmiş xülyalarım,cibimdə səninlə qurulmuş xəyallarım,heç vaxt sənə izah edə bilmədiyim sevgim,bacarıqsızlığım və hər yanında adın yazan ürəyimi əlimə aldım getməyə hazırlanıram.
 Arxamızdan kimsənin söyləyəcək sözü yox,dedi-qodumuzuda edə bilməyəcəklər.Kim nə bilir ki?Mənim izah etdiklərimdən başqa.Sənin dünyanda məni tanıyan belə yox.Yəni bu ayrılıq səni vurmayacaq.İçimdə bir az buruxluq olsa da,nəfəs aldığım müddətcə səni ağlımın,ürəyimin bir yerində tutacağımı bilirsən.Harada və kiminlə olsan da,hansı dərdin içinə girmiş olsan da,maraqlanma səni dualarım qoruyacaq.Bundan əminəm,çünki sevən bir ürəyin etdiyi dualar,bu böyük kainatda qəbul görəcəyi yerə çatacaq.Artıq vaxtı gəldi mən artıq gedirəm amma sən əgər DAYAN DESƏN...


Şərhlər: 15
Baxılıb: 707
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
ask meleyi
SUPERDIIIII
28 iyun 2015 23:38
# 15
"ALLAH her seyi gorendir,hec kesin ahi yerde qalmaz"-DEDILER.mende seni ALLAHA tapsirdim.qoy nece bilir ele de etsin!
Tomris Müslümova
Heç vaxt gedəni saxlamaram tam eksinə arxasınca belə çönüb baxmaram bizdə tam əksinə olub,mən getmək istəmişəm ama o qomuyub yaxşıkı.sevgidən hec bir insan zərər gorməsin insallah
27 iyun 2015 21:26
# 14
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
yaz_yamuru
DAYAN DESEN.......
27 iyun 2015 20:09
# 13
Narın Yağış
Dayan desəndə dayanmaram 24 Məndə heçvaxt dayan getmə demərəm əsla!
27 iyun 2015 17:38
# 12
Ayrılmağımızı istəyənlərin acığına bir yerdə olaq heart
aliceWOnDer
Seviremse , isteyiremse, onsuz yasamaqda cetinlik cekiremse , dayan deyerem..
27 iyun 2015 15:44
# 11
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Mrs.Pianist
Eyer geden menim cox yaxinimdirsa ona dayan deye bilerem.
27 iyun 2015 10:51
# 10
Acısı çox olan qizların guluşu gozel olur.!
Dosta_inam
Gedirem ama sen dayan desen,yene gederem,gedeni saxlamaq ağılsızlıq olur,gedir uğurlu yollar,heyat devam ediyor.
27 iyun 2015 05:59
# 9
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
GünƏşimƏ_AiD_
Hec vaxt gedene dur demeren...gedir getsin uduzan o olacaq
Ofluyaram sizlayaram ozumu oldurem aqlamaqdan amma quruum inadciliqimdandaa el cekmerem.huyum kurusun..(bilmek olmaz ne olacaq )
27 iyun 2015 02:49
# 8
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
Antikvar
Gedənə dayan deməzlər,o kəlməni işlədərək həm alçalırsan,həmdə özünü aldadırsan,Gedən onsuz getmişdir ,səndən o insana "yaxşı yol"demək düşər.
26 iyun 2015 23:42
# 7
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
Catwoman666
bu xeberi sevmedim 24 cunki sevgi haqqinda olan xeberler mene maraqsiz gelir 26
26 iyun 2015 23:28
# 6
"All men must die, but we are not men"

Daenerys Targaryen
qanadli melek
Gedene dayan demeye gerek varmiki
26 iyun 2015 22:55
# 5
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
vipbetul
getda beble danishmaqdansa get qapini ort get arxana baxmadan cek get
26 iyun 2015 22:49
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
yarpaq33
Getmek isteyen geder dayanmaq isteyen dayanar qisa ve net
26 iyun 2015 22:45
# 3
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
ell.nell
Getməyi ağlına qoyan insanı mence Dayan demək durdurmamalı.Cunki artıq onu terk etmeye layiqmiş...
26 iyun 2015 22:34
# 2
BARBI
Bezen ele meqamlar varki dayan demirsen getmek en yaxsi yoldur
26 iyun 2015 22:26
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz