Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Əlvida məktubu!
Əlvida məktubu!
Göndərən: Nermin..
Şərhlər: 12
Baxılıb: 1369
Səs ver:
Səni nə çox sevdim mən.Nə çox göz yaşı tökdüm sənin üçün. Gecələri sən yatağında mələklərin qanadlarıyla uçarkən, mən pəncərəmin önündə sənin röyana girmək üçün dua edirdim.Bir baxışına, bir dodaq titrəyişinə, gülüşünə çatmaq üçün dünyanın bütün çiçəklərini önünə sərərdim.
 Şerlər, musiqilər, sevgilər içində tutuşan bir atəş kimi yanaraq sənin üçün kül oldum.Adına yalnızlıq dedim.Sən məni bilmədin.Məni tanımadın. Məni sevmədin.Bu bir ölümdü, bu bir fərmandı.Yaşamaq mümkün deyil. Yanlızlıq qaranlıq qapılarıyla üstümə bağlandı.Öz səsim özümdə qaldı, anladımki məni heç duymayacağsan.
 Sənə nifrət edə bilmərəm, səndən ürəyim qirilmaz əsla, bir tək diləyim var səndən…
 Son bir istəyim, o da xoşbəxt ol, xoşbəxt ol sevdiyim,bircəciyim,eşqım.Hara, kimə gedirsən get…Yetər ki, sən xoşbəxt ol. Özünə yaxşı bax. Çünki bundan sonra mən yanında olmayacam. Dünyalar qədər çox sevdiyim gözlərinə baxa bilməyəcəm. İstəsəm də, istəməsəm də. Sevdim bir zamanlar səni, yenə sevirəm və bundən sonra da sevəcəm səni. Bir gün mənə dönməni, yaşanılan, paylaşılan gözəl günlər xətrinə sənə ürəkdən döndüm deməni gözləyirəm. Kaş ki bələ yaşanmasaydı hər şəy. Kaş ki, döndərə bilsəydik zamanı geriyə.Getməsən olmazmı? Bitməsək olmazmı? Səndən qalan boşluq məni məhv etməzmi? Sən həyatıma rəng qatan, həyatımi mənalandıran, yaşam arzumsan mənim.
 Qoy sənin istədiyin kimi olsun Get. Get ! Amma arxana baxma .Arxana baxsan özümü saxıaya bilmərəm. Məni tərk etməyin mənim mənəvi ölümümdür.
 Səni unuda bilmək üçün bu şəhərdən çox uzağlara getmək istəyərəm.Küçələr, parklar səni xatırlatmasın deyə. Amma bir gün də anlayaram…Anlayaram səndən və bu şəhərdən getmənin faydasızlığını. Çünki bilirəm hara getsəm, hara qaçsam mənimlə gələcəksən, ya da getdiyim hər yərdə səndən xatirələr olacaq. Sən unutdun, amma unudulmadın. Mənsə unudulduğumu bilirəm. Amma unuda bilmirəm. İnan unuda bildiyim gün səni yenidən və daha çox sevməyə başlayacam. Sevgimiz günəş qədər isti, hərarətli idi. Bir birizimi necə də sevirdik. Buraxdın birdən-birə qanadlarım kəsildi. İndi heç bir şeyəm.Məni tərk elədin. Niyə yaşadiğimi, yaşamdaki mənani unutdum. Məni bu qədər tezmi unutdun?
 Məni tərk etməyəcəkdin, sən mənim olacaqdın, varliğım, ruhum, canim olacaqdın.
 Buna söz vermişdin. Soz…Verdiyin sözü tutmadın. Məni məhv etdiyini düşünmədinmi?
 Sildin həyatındən asanlıqla. Amma mən silmədim. Bacarmadım bunu. Sən mənim sevdiyim, sevdiciyim olaraq daim ürəyimdə qalacaqsan. O param-parca elədiyin ürəyimdə…
 Sevinclərim, xəyallarım,ümidlərim,rəngli dünyam Əlvida. Əlvida yaşamaq, yaşamın anlamı Əlvida. Ey Sevgili, canımın-canı, ürəyimin içi Əlvida.Hər anı illərə bərabər olan görüşlər, o görüşlərdəki titrək baxışlar, döyünən qəlblər, çırpınan ürəklər Əlvida.
 Mən bunları yaşarkən bir an da olsa düşündünmü məni? Düşünmə...Düşünmə məni. Yoxsa o çox sevdiyim ürəyin parçalanar.Unut məni,unut…Amma bu məktubu yazarkən dəlicəsinə ağladığimi unutma…Əlvida…Əlvida...Əlvida...!


Şərhlər: 12
Baxılıb: 1369
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Fialka
Vaxtında nöqtə qoymağı bacarmaq lazımdır yoxsa üzülən həmişə sən olarsan...
4 aprel 2015 00:56
# 12
Little girl
Ehh nece de gozel sozlerdir.Her kelimsesinde bir derin mena var.
3 aprel 2015 14:12
# 11
Anladım artıq sevgilərin nağıl,nağıllarınsa yalan olduğunu... agla
tatyana
Sitat: vipbetul
ne qederde anlamsiz sozlerdi bir insanin elexsusda seni deyerden salan berkemde namusunla oynayan biri haqqinda bu cur sozler demek,ozunuz hormet edin kimliyinzden asli olmadan

raziyam senin fikrinle.
heyatimda kimseye o sozleri demezem,Elvida deyilecek insandirki elvida noqtesine catdirib
3 aprel 2015 11:56
# 10
KUREYIMDEN VURULMUS ZERBELERIN SAYINI DUSUNSEK COXDAN YOXX OLMALIYDIM......AMMA MEN O ZERBELERDEN SONRA TANIMAGA BASLADIM DOSTUMU VE DUSHMENIMI
emis
insallah heckim bele birseye mohtac qalmaz menimde xosum gelmir elvida demekden
3 aprel 2015 00:52
# 9
aziz a
Elvida sozunu hec sevmirem..
2 aprel 2015 23:36
# 8
Qelbim doludu !!!!
Qlamurr
Yeri gələndə ,sənə layiq olmayan birini sevsəndə,ürəyin parçalansada əlvida deməyi bacarmaq lazımdır.
2 aprel 2015 23:20
# 7
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
aliceWOnDer
ciyy offf ELVİDA demək hec tarzım deyil
2 aprel 2015 23:12
# 6
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
vipbetul
ne qederde anlamsiz sozlerdi bir insanin elexsusda seni deyerden salan berkemde namusunla oynayan biri haqqinda bu cur sozler demek,ozunuz hormet edin kimliyinzden asli olmadan
2 aprel 2015 22:28
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Narın Yağış
O istemeden men bitirdim ... duwundum ki, bir gun o bitirecey her weyu bir gun onun qabaginda alcalmamaq ucun men dedim.. men bitirdim.. onu seve-seve sevmirem ..unutdum..sene nifret edirem dedim.. halbuki tek qalanda her gub agliyiram ciyy Ona demiwdim sen meni terk elemesen men seni hec vaxt terk elemerem..ama sozumu tutmadim..heyatda yegane soz idiki birine verdim ve tutmadim..qurur meni mehv eliyir ciyy

Maraqliydi tewekkur xeber ucun..
2 aprel 2015 22:28
# 4
Ayrılmağımızı istəyənlərin acığına bir yerdə olaq heart
qanadli melek
Cox tesirli yazidi.sevdiyin birine elvida deyerken cox cani yanir insanin
2 aprel 2015 22:13
# 3
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
leyla_258
men hec vaxt elvide mektublarini oxumuram,men hemise ozum yaziram lazim olanda.saytlarda verilener hemise mene suni gorunur.
ALLAH hec kime ayriliq agrisi vermesin.
2 aprel 2015 22:11
# 2
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
BARBI
Tesirli yazidi elvida demeyi hec vaxt sevmemisem .
2 aprel 2015 22:05
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz