Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Gecikmiş sevgi etirafı
Gecikmiş sevgi etirafı
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2375
Səs ver:

 

http://imgs.su/tmp/1322814215-656.jpg

Gecikmiş sevgi etirafı

Şəhidlər xiyabanı qəhrəmanlıq, vətənpərvərlik, həm də qırılmış ümid, puç olmuş arzular, yarım qalmış ömürlər abidəsidir. Hər dəfə buraya gələndə öz vətən oğullarımın igidliyi ilə niskillə də olsa fəxr edirəm. Növbəti ziyarətə gəlmişdim. Adətim üzrə qərənfilləri xalam oğlu Müşfiqin qəbri üstünə qoyub burada onunla bərabər yatanların ruhuna dua oxudum. Sonra pilləkənlərlə enib amansız soyuqların gəlişini hiss edərək həmişəbahar ölkələrə üz tutan durna qatarı kimi sıralanmış qəbirlərin arası ilə irəliləməyə başladım. Bir mənzərə diqqətimi çəkdi. Şəhidin qəbri üstə əlində bir neçə köhnə zərf tutmuş, 30-35 yaşlı bir xanım göz yaşlarına ara vermədən "Səni sevirəm, eşidirsən Ələkbər, səni sevirəm" deyirdi. Mən də qadınam, ürəyim dözmədi, xanıma yaxınlaşdım, təskinlik vermək üçün:

- Allah rəhmət eləsin! Bacı, narahat olma, ona sənin sevgin ayandır. Yoldaşındır yəqin? - deyə soruşdum.

Xanım tənə dolu gözlərini mənə dikdi. Pərt oldum, üzə vurmamaq üçün - bir də "Allah rəhmət eləsin!" deyib uzaqlaşdım. Amma 5-10 addım getməmiş xanım məni çağırdı. Ayaq saxladım, mənə yaxınlaşıb dinməz-söyləməz qoluma girdi və məscidin yaxınlığındakı skamyalara doğru irəliləməyə başladıq. Skamyaya oturduqdan sonra da xanım bir müddət göz yaşlarını susdura bilmədi, mən isə bu sükutu pozmaq üçün nə deyəcəyimi bilmirdim.

İçində çoxdan qaysaq bağlamış bir yaranın yenidən açıldığı bu xanımın üzündən aydın oxunurdu. Bu günə qədər həyatımda çox ağlayan insan görmüşdüm. Sevincdən, kədərdən, niskildən, əsəbdən axıdılan göz yaşlarının şahidi olmuşam. Amma bu hüzn göz yaşı deyildi, sanki nigarançılığı bitmiş, arxayınlığa çıxmış kimi qəribə bir ifadə vardı qadının üzündə. Hıçqırmadan, nəfəsini çəkmədən, sakit ağlayırdı. Özümdən asılı olmayaraq qəbir daşında yazılmış tarixi xatırladım 20.VIII.1968-1.VIII.1992, demək ki, şəhid olanda cəmi 24 yaşı vardı Ələkbərin.

- Hazırlığa yanına getdiyim tarix müəllimi ilə bir həyətdə yaşayırdı, - deyə qadın sözə başladı. - Mən isə qəbul imtahanlarına hazırlaşırdım. Hər dəfə dərsə gedəndə gözüm onu axtarırdı, görəndə isə qürurla başımı yana çevirirdim. O, isə sakit durub mənə baxırdı. Bir gün onun dostu, həm də qrup yoldaşı olan Elşən mənə yaxınlaşdı. Ələkbərin ürəyini açmağa cürət etmədiyini, "belə canlı-cüssəli olmağına baxma, bəzi şeylərə ürək eləmir" dedi. Onda mənim 16 yaşım vardı, həyat gözəldi, rənglər əlvandı. Gələcəyə inam, xoşbəxtliyə ümid vardı. Bir neçə ay görüşdük, imtahanları verdim. Lazımi balı toplaya bilmədim, Ələkbər isə institutu qırmızı diplomla bitirdi. Sonuncu görüşümüzdə mənə "Bilirsən, mənə əsgərliyə povestka gəlib. Qoy gedim, inşallah, məzuniyyətə gələndə nişanlanarıq, qayıdandan sonra isə toyumuzu edərik. Nigar, mən səni sevirəm" dedi. Bəs sən məni? Sevirsən? - qadın kəlməsini bitirə bilmədi, son söz göz yaşlarında boğuldu. İlahi, insan gözündə bulaq qaynayarmış... İçini çəkərək sözünə davam etdi:

- "Bircə dəfə sən də mənə sevirəm desən, dünya dağılmaz ki, ay Nigar. Sevdiyini bilirəm, amma eşitmək də istərdim" deyib incik sifətlə oturmuşdu. Haqlı idi, onu sevirdim, həm də çox. Könlünü almaq üçün "sevirəm" sözünü özümü sənə layiq biləndə deyəcəm, bax, görərsən, sən əsgərlikdən gələnə qədər instituta girəcəm, - dedim.

Yola düşməzdən əvvəl vədələşdiyimiz yerdə görüşdük, vidalaşdıq. Bir neçə həftə sonra birinci məktubunu aldım, sevincimin həddi-hüdudu yox idi. Sevdiyim insan Qarabağda idi. Düşmənlə üz-üzə, mən qəhrəmanı sevmişdim. Bir müddət sonra məktubların arası kəsildi. Yazdıqlarıma isə cavab gəlmədi. Beləcə bir neçə ay keçdi. Dözmədim, onların həyətlərinə getdim, amma kimdən soruşum, necə soruşum - çaşıb qalmışdım. Sonra Ələkbərin dostu Elşəni gördüm. Yaxınlaşdım, Ələkbərdən xəbəri olub-olmadığını soruşdum.

O isə: "Sənin Ələkbərin qorxağın biri imiş. Birinci döyüşdən sonra qaçdı hərbi hissədən, evə gəlib, pal-paltarını yığıb gedib Rusiyaya, bilmirəm, indi hardadır" dedi. Cavabını unuda bimədim. İllər keçdi, institutu da bitirdim, magistraturanı da. Ələkbərin arzuladığı kimi rus dili müəlliməsi oldum. Ailə qura bilmədim, hər dəfə bir qismət çıxanda özümdən asılı olmayaraq onu Ələkbərlə müqayisə edir, fərqli cəhət tapıb etiraz edirdim. Həm də nə gizlədim, onu gözləyirdim. Qorxaq olduğunu eşitsəm də, inanmırdım. Hər dəfə Elşənlə söhbətimizi xatırlayanda içimdə bir səs "İnanma" deyirdi. Onun niyə görə tələm-tələsik cavab verib, üzünü çevirib getməyinin səbəbini bu gün başa düşdüm, sən demə yalan deyirmiş, yazıq.

Heyrətimi gizlədə bilmədim:

- Necə? Dostuna, sevdiyiniz adama qorxaq deyir, siz də hələ ona "yazıq" deyirsiz?

Xanım başını qaldırdı, onun məsum təbəssümlə dediyi sözlər mənim təəccübümü daha da artırdı:

- Bunu Ələkbər ondan xahiş edib.

- Başa düşmədim. Niyə?

Cavabı bir az gözləməli oldum, xanım boğazına tıxanan qəhərdən danışa bilmədi.

- Bilirsiz, mən özüm yaxınlıqdkı məktəbdə müəllimə işləyirəm. Çox vaxt rəfiqəmlə gəlib bax bu skamyada əyləşirik. Həm hava alırıq, həm də dərdləşirik. Bu gün tək gəldim. Adətim üzrə bu skamyada əyləşdim. Hava külək olduğu üçün eynəyimi taxdım. Artıq on doqquz ildir ki, Ələkbərin məktublarını çantamda gəzdirirəm. Məktubları çıxarıb, xəyala daldım, ürəyimdə Ələkbərlə danışmağa başladım. Bu zaman bir kişi keçdi, elə bil tanıyırdım onu. Özümdən asılı olmadı qeyri-ixtiyari ardınca baxdım. Haradan tanıdığımı xatırlaya bilmirdim. Kim idi, kimə oxşadırdım, anlamadım. O isə uzağa getmədi, pilləkəni qalxıb bir qəbirə yaxınlaşdı. Qalxdım ayağa, ardınca addımladım. "Allah rəhmət eləsin!" demək istədim, fikirləşdim ki, yəqin qohum-qardaşıdı. Qəbir daşını görəndə qurudum... Ələkbərin qəbri idi. Ağaca söykəndim, qeyri-ixtiyari əlimi çantama salıb məktubları çıxardım. Qəbir daşındakı tarixə baxdım, mənə yazılan sonuncu məktubdan cəmi üç gün sonra vəfat etmişdi. Hıçqırığıma kişi diksinib geri döndü: "Nigar? Sən burada neynirsən?" Yanılmamışdım, mən onu tanıyırdım, bu, Ələkbərin dostu Elşən idi.

- Elşən onun şəhid olduğunu bilirdi?

- Hə, bilirdi. Ələkbər onun qucağında can verib. Özü xahiş edib ki, mənə yalan desin. Mənim xoşbəxt olmağımı istəyirdi. Onu tez unudum deyə öz üzərinə qorxaq adını götürüb.

Qadının bayaqdan içində saxladığı, onu boğan göz yaşları yanaqlarında çığır saldı. Boğula-boğula:

- Onu unudub, ailə qurmağımı, ana olmağımı istəyirdi. Mən isə hər gün özümdən asılı olmayaraq, buraya gəlir, bu skamyada otururdum, - bu sözləri deyəndə xanım əli ilə mənim üzümü bir az yana çevirdi.

Heyrətdən yerimdən sıçradım, söz tapa bilmirdim, biz Ələkbərin gözü qarşısında oturmuşduq. Öləndən sonra da öz sevgilisinə baxırmış Ələkbər, Nigar isə qürurla başını yana çevirib otururmuş...

 



Şərhlər:
Baxılıb: 2375
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz