Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Mən sevgilimi başa düşmürəm. Axı o, məndən nə istəyir?
Mən sevgilimi başa düşmürəm. Axı o, məndən nə istəyir?
Göndərən: emis
Şərhlər: 14
Baxılıb: 1025
Səs ver:
"Mən sevgilimi başa düşmürəm. Axı o, məndən nə istəyir? Necə edim ki, onun dilini tapım, onu başa düşüm?" kimi suallar sizi narahat edir? Bunun üçün sevgilinizin tipini tapmalısız.
Bu tipləri insanın hissetmə qabiliyyəti müəyyənləşdirir. Hər insanda bu qabiliyyətlərdən biri-qoxu, lamisə, eşitmə, görmə –güclü inkişaf edir və o, ətrafı bu hiss çərçivəsində qəbul edərək dəyərləndirir.
Psixoloqlar insanları hisslərinə görə 3 əsas tipə bölüblər: I-vizuallar. Onlar üçün əsas görmədir. II-audiallar. Onlar üçün səs və eşitmə əsasdır. III-kinestetiklər: emosiya, hisslər və ürəklə hərəkətedirlər.
İndi sizin başlıca vəzifəniz sevgilinizin tipini təyin edib, onun haqqında məlumatlı olmaq və hansı addımlar atacağınızı bilməkdir. Bu, sizin münasibətlərinizi yaxşılaşdırıb, sevginizi daha da möhkəmlədəcək. Siz həm onun nə istədiyindən agah olacaq, həm də özünüzün ondan nə gözləyəcəyinizi biləcəksiz.
Gözləri oynayan vizuallar:
Əgər bəyəndiyiniz şəxs güzgü qarşısından biganə keçmirsə, hətta maqazin vitrinlərində özünə baxırsa, sizin qarderobunuza, xarici görünüşünüzə diqqətlə fikir verirsə, deməli, qarşınızdakı əsl vizualdır. Onun bu tipliyi danışığında da özünü göstərir. Tez-tez bu sözləri işlədir: «mənim fikrimcə», «problemə baxsaq», «ümumi mənzərə», «belə görünür ki», «nəzərə alsaq ki» və s. O, başına gəlmiş hər hansı hadisəni danışanda belə başlayır: «Təsəvvür edirsiz, görsəz təəccüblənərsiz». O, insanları həmin hadisənin baş verdiyi yerə virtual səyahətə aparmağa qadirdir. O qədər canlı və dolğun izah edir ki, sanki onun gözü ilə hadisəni görürsən. Onun nəzərindən budaqdakı quş, küçədəki daş belə yayınmır.
Onunla necə davranmalı: Onun kefini kökəltmək üçün komplimentlər etməlisiz: «Əla görünürsən», «Bu geyim sənə yaraşır», «Saçların nə qəşəngdir» və s. Onlar öz sevgililərinin geyimi, görünüşü ilə fəxr edib, başqalarının yanında öyünürlər. Onunla görüşə gedərkən, ciddi-cəhdlə hazırlaşın, hətta geciksəniz belə başdan ayağa kimi səliqəli, bəzəkli olun. O, bunu dəyərləndirəcək və sizin gecikməyinizi bağışlayacaq. Vizuallara «bax, gör məndə nə dəyişiklik görürsən?» sualını vermək yersizdir, çünki özləri hər şeyi hamıdan qabaq görəcək.
Vizuallar sizin də onunla eyni tərzdə, eyni rəngdə geyinməyinizə sevinəcək. Onunla söhbətdə yeni çıxmış maşından tutmuş eynəyə, coraba kimi müzakirə edə bilərsiz. Görüş üçünsə mənzərəli, maraqlı yer seçin. Sonradan birləşsəniz də, ayrılsanız da o, görüşdüyünüz yerdəki ağacı belə unutmayacaq və illər sonra soruşsanız xatırlayacaq. Onlar keçmiş sevgililərini unutmurlar və hətta uzaqdan, yerişindən belə onu tanıyırlar.
Həssas audiallar - qulaqdan itilər:
O, ətrafında səs effekti yaratmağı sevir. Evə gələn kimi radionu, televizoru işə salır. Onun üçün mahnının, verilişin əhəmiyyəti yoxdur, təki səs-küy olsun. O, sevgilisinin səsinə, sözlərinə, hətta nəfəs almağına fikir verir və hər hansı dəyişikliyi dərhal hiss edir. Ona görə ona yalan danışmayın, nəyisə gizlətməyin, onsuz da səsinizin titrəyişindən tutacaq. Ona dolaşıq fikirlər deyib, mövcud olmayan hadisələr uydurmayın, o, hər sözünüzü yadda saxlayır. Sabah elə öz sözünüzlə səhvinizi tuta bilər. Vizuallardan fərqli olaraq o, canlı görüşlərə elə də can atmır. Əvəzində saatlarla telefondan asılı qalır. Telefonla eşq elan edir, telefondaca ayrılır, problemləri həll edir, ya da sadəcə, vaxt keçirir. Onlar qarşı tərəfin simasına, geyiminə diqqətlə baxmır, amma hər sözünü yadda saxlayır.
Tipik görünüşü: danışanda əlini qulağına qoyur, sanki telefon dəstəyi tutub, yeriyəndə başını aşağı salır, bütün günü telefonla danışır, söz bazası çoxdur. Görüşləri tez-tez təxirə salır, gecikir. Qulağından pleyeri əskik olmur.
Münasibət qurmağın əsas şərti: Onunla danışanda heç vaxt səsinizi qaldırmayın. Xüsusən çığır-bağır salan qadınları bu tiplər bəyənmirlər. Çalışın, çox söhbət edəsiz. Söhbət əsnasında ona bu sözlərlə müraciət edin: «Qulaq as». Elə bu sözdən o, fikrini sizə cəmləyəcək. Açar sözlər: «Sən necə fikirləşirsən?», «Sənə elə gəlmirmi?», «Mənə de görüm», «Bəlkə izah edəsən» və s. Auidial kişiləri təmkinli həmsöhbət və dinləyici olmaqla cəlb etmək olar. Onların sözünü yarımçıq kəsən səbrsiz və hərdəmxəyal insanlardan xoşları gəlmir. Danışığınızda intonasiya olmalıdır: məsələn; əgər qonşu qadının sözlərini çatdırırsızsa, onun tonunda, əgər müdirdən söz düşübsə, onun ləhcəsində danışın. Görüş zamanı isə dənizin səsini, quşların cəh-cəhini, yarpaqların xışıltısını yadda saxlayın və onunla bölüşün. Audial sevgilinizlə yeni çıxmış mahnıları, filmləri müzakirə edin.
Hisslərin əsiri sentimental kinestetiklər:
Bu tip insanlar həm qadınlar, həm kişilər tərəfindən arzulanan sevgilidir. Elə ona görə də kinestetiklər digər iki tipə nisbətən azlıq təşkil edir. O, qısa müddət ərzində sizə ürəyini, hisslərini açır və eyni zamanda azadlığını itirmir.
Onu necə tanımalı: Xoşladığı yeməkdən, kitabdan, insanlardan, olduğu yerlərdən ağızdolusu danışır. Görüş zamanı daha çox nə hisslər keçirtdiyini və sizə hansı hissləri bəxş etdiyini yadında saxlayır. Onlar həm özlərinin, həm sevgililərinin geyimlərində gözəllik və qiymətə yox, rahatlığa diqqət yetirirlər. Xarici
görünüşcə ekstravaqantdırlar, hətta evdə də səliqəli görünürlər. Teatra, konsertə, sərgilərə, muzeylərə getməyi xoşlayır. Ancaq ev məclislərində ürəkləri sıxılır. Bayramlar və əlamətdar günlərdə ancaq sevdikləri ilə «tet-a-tet» olmaq istəyirlər. Kinestetiklər ətriyyata qarşı həssasdırlar. Ancaq bu, heç də bahalı ətiri üzərinizə boşaltmağa əsas vermir. Söhbət ona xoş gələn, bədənin xüsusi qoxusundan gedir. Ona görə elə ilk görüşdən hansı tip qoxudan xoşu gəldiyini öyrənin. Onunla ünsiyyət qurmaq asan deyil. Tez-tez bu sözləri işlədin: «Səni başa düşürəm», «Mən təəssüf edirəm», «Mənə çox gözəl hisslər bəxş etdin», «Təsəvvür edirəm, sənə necə çətin idi», «Özümü sənin yerinə qoydum» və s. Onun ürəyiaçıqlığından istifadə edib, həyatına, planlarına, ürəyinə müdaxilə etməyin. O, süniliyi səmimiyyətdən çox dəqiq ayırd edir. O, saçlara zərif toxunuşu ehtiraslı sözlər demək və uzun-uzadı gözlərin içinə baxmaqdan daha üstün tutur. Amma hisslərinə nəzarət edə bilir. O, susub, gözlərini yumub, başını çiyninizə qoyaraq, saatlarla əlinizi sığallaya bilər. Sizin çərçivə daxilində çılğın olmağınız yerinə düşər. Çünki hərdən onun da buna ehtiyacı var.


Şərhlər: 14
Baxılıb: 1025
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qlamurr
Düzdü insanları tanımaq çətindi,çünki hərənin istəkləri və xarakterləri müxtəlifdir,ancaq insan tanımaqda,ilk baxışından,ağzını açanda nə istədiyini bilirəm,ilk görüşdə bir insanın aurasından necə biri olduğu haqda asanlıqla nəticə çıxara bilirəm))
21 aprel 2015 10:08
# 14
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Luna-90
Menlik deyil
20 aprel 2015 23:05
# 13
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
Tomris Müslümova
atdim secilmislere mene biraz lazim idi...

7 ildi axir vaxtlar ne istediyini anlamiram temiz meni deli eliyir
20 aprel 2015 12:26
# 12
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
cinqosh
İndi hər şey saflığını itirib, sevgi də həmçinin! Çox beyninizi yormayın, akışa bırakın gitsin gide bildiyi kadar!
20 aprel 2015 11:41
# 11
Səni təkrar sevsəm, çəkdiyim acılara və tökdüyüm göz yaşlarına xəyanət etmiş olaram...
Antikvar
Bezen kisileri anlamaq cox cetin)onlar ozleri bele ne istediklerini bilmirler qalsinlarki qadinlar anlasin))Amma menede yoxda )))Qarsimdakinin her bir cumlesinde neleri vurgulamaq istediyini tami tamina anlayiram)
Metnde yazilanlardan 3-cu olan kinestetikler biraz uygun geldi.
20 aprel 2015 01:00
# 10
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
vipbetul
sevgilim filan olmuyub hec olmasinida isdemirem,o da bir xesdelikdi cammati sevgili adiyla virus kimi bulanib
20 aprel 2015 00:51
# 9
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
aliceWOnDer
Mən ondan sadecə sevgimi istəyirəm və mən həqqiqətən nə onu nə özümü nə də ilişgimizi anlayıram
20 aprel 2015 00:34
# 8
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
ayan97
men onnan heczad istemedim amma o mennim her seyimi istedin. Indi sevgi sozu mene cox yaddir..,
19 aprel 2015 23:25
# 7
"***…MeN HeÇ KiMiN iTiRMeYe QoRXDuĞu iNSaN oLMaDiM…***"
Catwoman666
Hec umumiyyetle ne sevgilim ne de sevdiyim var. Ona gore de sevgiye adi xeberler mene maraqli gelmir
19 aprel 2015 23:15
# 6
"All men must die, but we are not men"

Daenerys Targaryen
BARBI
sevdiyim yoxdur sevdiyim olsa ancaq basa duseceyim meni anlayan insanla sevgili olaram...
19 aprel 2015 23:13
# 5
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Nur k-off
Sevgili var ki ne istediyinide bilim 15
19 aprel 2015 22:28
# 4
SVETA
Rakella
men 5 ilde hele onun ne istediyini basa dusmemisem hec indi de basa dusmedim her tipden bir necesi ona aiddir yeni qarmaqarisiqdi
19 aprel 2015 22:20
# 3
Impossible is not a word,it's just a reason for someone not to try
Meleknur
Ne istiyon lan benden dv
19 aprel 2015 22:10
# 2
Bəzən, xoşbəxt insan qalmaq üçün, nəyisə
bilməmək lazımdır...
Nəyisə görməmək...
Nezka
Mən 3-cu tipə aidəm
19 aprel 2015 22:02
# 1
İçimi görsən mənə aptek alarsan.
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz