Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sevginin ən böyük müəllimi - Allah
Sevginin ən böyük müəllimi - Allah
Göndərən: guler19
Şərhlər: 21
Baxılıb: 1003
Səs ver:
Sevgi cəsarətdir! Sevəndən sevgisini sübut üçün cəsarət istəyər.
Sevgi fədakarlıqdır! Sevəndən sevgisi üçün sevdiklərindən fəda etməsini istəyər.
Sevgi paylaşmaqdır! Sevəndən sevgi sədəqəsi umar.
Ən sonunda sevgi həyatdır! Sevənin sevdiyini yaratmasıdır... Sevdiyinin yaşaya biləcəyi həyatı ona verməsidir...
Sevginin ən böyük müəllimi Allah, ən böyük tələbəsi Onun Rəsulları, ən böyük təlim kitabı isə Qurandır. Məhz bu təlim kitabında uca Yaradan quluna sevgi dərsi öyrədir: ona cəsarəti, fədakarlığı, paylaşmağı... öyrədir.
Yaradan sevir və sevdiyini yaradır. O, hələ yox ikən onu sevir, onu sevgi ilə yaradır, ona Öz ruhundan üfürür və ona həyat verir.

Yaradan sevir və Onu sevənlərin sevgi hekayələrini Öz müqəddəs Kitabında anaraq gələcək məzunlara nümunə göstərir:

Sevgi - Həzrəti Nuh kimi tufan qarşısına iman çıxarmaqdı.
Sevgi - Həzrəti İbrahim kimi can, mal, övlad fəda etməkdi. Qurban vermənin ən uca zirvəsinə yüksələ bilməkdi.
Sevgi - Atəşə atılmağı bacarmaqdı. Yanmamaq üçün deyil, yanmaq üçün atəşə könüllü girməkdir. Sevgi, - Atəş qarşısına İMAN çıxartmaqdı.
Sevgi - Həzrəti İsmayıl kimi Canana can fəda etmək cəsarətdir.
Sevgi - Zəm-zəminə qovuşmaq üçün Həzrəti Həcər kimi təslim olmaqdı. Səfa ilə Mərva arasında qaçışdır. Qovuşacağını bilərək sevgiyə doğru yürüməkdi.
Sevgi - Ali İbrahim və Ali İmran kimi olub aləmlərə nümunə olan bir ailə modelinin təməl daşları olmaqdı.
Sevgi - Həzrəti Yusif kimi zindana salınmaq təhlükəsi olsa belə, dünya adlı Züleyxaya arxa çevirməkdir.
Sevgi - Dənizi yara bilmək üçün Həzrəti Musa kimi imana sahib olmaqdı.
Sevgi - Həzrəti Asya olub Fironuna müharibə elan edə bilməkdi.
Sevgi - Həzrəti Eyyub kimi bəlanı sevərək qəbul etməkdi.
Sevgi - Həzrəti Yunus kimi balıq qarnında olsa da belə, səcdə etməyi bacarmaqdı.
Sevgi - Hannə kimi ana olmaqdı. Bətnində hələ heç doğulmamış körpəsini Allaha bir təşəkkür borcu olaraq qurban vermək cəsarətidir.
Sevgi - Həzrəti Məryəm kimi ruku və səcdə edənlərlə birlikdə əyilməkdi. Çünki, bu əyilməyi səndən sənin Sevdiyin sevginə isbat olaraq tələb edir.
Sevgi - Həzrəti İsa kimi sənə gələnləri dirildə bilməkdi.
Sevgi - Həzrəti Məhəmməd (sas) kimi həbibullah zirvəsinə ucalmaqdı.
Sevgi - Həzrəti Xədicə kimi malını və canını sevdiklərinin yolunda fəda edə bilməkdir.
Sevgi - Həzrəti Əli kimi Sevdiyin üçün dost yatağına uzanmaqdı, ona gələn bəla mənə gəlsin deyə bir də yorğanı başına çəkməkdi.
Sevgi - Həzrəti Fatimə ola bilməkdir ki, yaşadığı eşq dillərə dastan olsun. Dünyanın ən böyük sevgi romanları onun kölgəsində dayanmağa belə cəsarət etməsinlər...
Sevgi - şəhid səhabələr kimi şəhadət şərbətini sevərək içməkdir.
Sevgi - ölümsüzlük məktəbinin məzunu olmaqdır...

Sevgi elə bir məktəbdir ki, yalnız onun məzunları Cənnət əhli ola bilərlər. Çünki, onlar təhsilin ən uca zirvəsinə yüksələ bilənlərdir. Quran adlı elmin sirlərinə vaqif olanlar Sevdiklərinin nəyi sevib, nəyi sevmədiyini çox yaxşı bilirlər. Sevgililəri nədən xoşlanmadığını onlara elə bir vəhylə söyləyir ki, o vəhyi duya bilmək üçün sevməyi bacarmaq lazımdı.

Sevgi sevməyi bacarmaqdır.
Sevgi fəda etməyə hazır olmaqdır.
Sevgi sevdiyin tərəfindən sevildiyini yəqinliklə bilməkdir.
Sevgi yalnız paylaşdıqca çoxalan ən böyük nemətdir.
Sevmək, qovuşmağa can atmaqdır...

Hər sevginin ən xoşbəxt sonluğu vüsaldır. Hər vüsal bir sevgi bayramıdır. Sevənlərin bayramı bir anlıq, bir günlük, bir fəsillik ola bilməz. Sevgi əbədi sürən Cənnət ləzzətidir. Sevginin görüş yeri Nəim Cənnəti, görüş vaxtı Qiyamət günü, qovuşmağın müjdəsi isə Salamdır.

Qiyamət iki sevənin görüş vaxtıdır. Namazında Allahla görüşə bilmək üçün Qiyam edə bilənlər qiyamətə bir bəla kimi deyil, bir müjdə kimi, həsrətin sonu, vüsalın gəlişi kimi baxa bilərlər. İçindəki sevgi düşmənlərinə qarşı qiyama qalxanlara qiyamətdə Salam veriləcək. Yaradan onlar üzərində olan nemətini tamamlayacaq və onlardan razı qalacaqdır.
Çünki, «O, onları sevir, onlar da Onu...»


Şərhlər: 21
Baxılıb: 1003
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
♥ KaMa ♥
təşəkkürlər
30 avqust 2015 00:41
# 21
Dünyanın yarısını qadınlar təşkil edir, digər yarısını isə qadınlar yetişdirir. Qadına qarşı hörmətli ol !!!
vipbetul
Sevgi Rebbime onun Peyqemberine(s.a.s)bes kimseye olan sevgidir
10 mart 2015 19:27
# 20
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Nazan
Sevmək, qovuşmağa can atmaqdır...
6 mart 2015 17:31
# 19
BIR QADIN OGLANIN GOLGESINDE YAWAYAMAYACAQ QEDER AGILLI LAKIN O GOLGEDE DINLENMEYI BACARACAQ QEDER DUYGULU OLMALIDIR
gulunnn
Duzdu Allahin sevgisi her weye deyer Allah daime oz sevgisini etsin qelbimizde amb

Duzdu Allahin sevgisi her weye deyer Allah daime oz sevgisini qelbimizde etsin amin
6 mart 2015 17:02
# 18
Tomris Müslümova
coox gozeldi cumleler filan mohtesem
6 mart 2015 12:28
# 17
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
cinqosh
Sevginin ən böyük müəllimi Allah, ən böyük tələbəsi Onun Rəsulları, ən böyük təlim kitabı isə Qurandır. əla xəbərdi.
6 mart 2015 10:59
# 16
Səni təkrar sevsəm, çəkdiyim acılara və tökdüyüm göz yaşlarına xəyanət etmiş olaram...
qanadli melek
Sevgi - Həzrəti İsa kimi sənə gələnləri dirildə bilməkdi.
En gozel sevgi Allaha olan sevgidi
6 mart 2015 10:43
# 15
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
efsane..
Sevginin ən böyük müəllimi Allah, ən böyük tələbəsi
Onun Rəsulları, ən böyük təlim kitabı isə Qurandır.
her kelmesi sevgini gozel izah edib
6 mart 2015 10:26
# 14
tatyana
Sevgi - Həzrəti Nuh kimi tufan qarşısına iman çıxarmaqdı...Nuhun istoriyasini oxumusam anlayiram onun allaha olan sevgisini
6 mart 2015 10:09
# 13
KUREYIMDEN VURULMUS ZERBELERIN SAYINI DUSUNSEK COXDAN YOXX OLMALIYDIM......AMMA MEN O ZERBELERDEN SONRA TANIMAGA BASLADIM DOSTUMU VE DUSHMENIMI
Nergizz
sevgi sevmeyi bacarmaqdir,cox gozel ibretli sozlerdi,twk bele xeber ucun,bele xeberlerin daha cox olmagin istyerdim,
6 mart 2015 08:26
# 12
QADININ UZUNUN IFADESI ONUN GEYIMINDEN EHEMIYYETLIDIR
guler19
Peyğəmbər (s) belə buyururdu; “Fatimə bədənimin bir parçasıdır. Ona əziyyət verən mənə əziyyət verir.”
Fatimə (ə) İslam peyğəmbərinin əmisi oğlu,həm də 1-ci imamımız olan Əmirəl-möminin Əli (ə) ilə bir yerdə, İslam Peyğəmbərinin (s) himayəsi altında misli-bərabəri olmayan tərbiyə şəraitində böyüyüblər və Allahın razılğilə bəşəriyyətə nümunə olan ailə qurublar.Kasıb həyat tərzinə baxmayaraq onlar bir-birinə qarşı səmimi və mehriban həyat yoldaşları olublar.
Ən çətin vəziyyətdə də Fatimə Əlidən (ə) nə isə tələb etmirdi və onu əziyyətə salmaq istəmirdi.Fatimə (ə) o qədər gözəl həyat yoldaşı olub ki,
Həzrət Əli (ə) onun barəsində belə söyləyirdi; “Fatimə Allaha itaətdə ən yaxşı köməkçidir.”
Sevgi - Həzrəti Fatimə ola bilməkdir ki, yaşadığı eşq dillərə dastan olsun. Dünyanın ən böyük sevgi romanları onun kölgəsində dayanmağa belə cəsarət etməsinlər...
Allah bizi Qiyamətdə anamız Xanım Fatimeyi Zəhra (s.ə) şəfaətinə layiq olanalrdan qərar versin.Amin
6 mart 2015 08:18
# 11
İnsanlar görmüşəm mələk donunda
Hamısı xoş günün mələyi olub
Kimsəsiz çarəsiz qaldığım anda
Tək Allah duası köməyim olub...

Ariqlamaq üçün oruc tutmaq, idman üçün namaz qilmaq! Deyen insanlar cehennemde zaqar pulsuzdur.
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥MG♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
ayan97
En boyuk sevgi Allah sevgisidir…) Bir insana gore cana qiymaq, ve ya onu nedense ustun tutmag gunahdir…)
6 mart 2015 02:34
# 10
"***…MeN HeÇ KiMiN iTiRMeYe QoRXDuĞu iNSaN oLMaDiM…***"
ece uslu
Sevgi - Həzrəti Fatimə ola bilməkdir ki, yaşadığı eşq dillərə dastan olsun. Dünyanın ən böyük sevgi romanları onun kölgəsində dayanmağa belə cəsarət etməsinlər...
6 mart 2015 00:19
# 9
SENSİZ
allah hamini qorusun
5 mart 2015 22:46
# 8
DERDIN NE OLURSA OLSUN,UMUDUN ALLAH OLSUN
BARBI
Allah sevenleri ayirmasin .Esas mesele heyatda birinci allah sevgisi sonraysa valideyn sevgisidir
5 mart 2015 22:43
# 7
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
arzum-aysum
Sevgi - Həzrəti Fatimə ola bilməkdir ki, yaşadığı eşq dillərə dastan olsun.

bu gözəl gunde, Hezreti Fatimenin sehadet gununde xeber yerine dusdu. gozelim Allah razi olsun senden
5 mart 2015 22:38
# 6
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
aziz a
Allahimi cox sevirem, lap cox sevirem..Allahimin sevimli bendesi olmaq isteyirem, insALLAH ALLAH qismetim eder...
5 mart 2015 22:22
# 5
Qelbim doludu !!!!
Fialka
Sevgilərin ən gözəli Allah sevgisidir, digər sevgilər cılız qalır bu sevginin yanında ...Sevgi - Həzrəti Fatimə ola bilməkdir ki, yaşadığı eşq dillərə dastan olsun. Dünyanın ən böyük sevgi romanları onun kölgəsində dayanmağa belə cəsarət etməsinlər...
Bu gün həzrəti Fatimənin şəhadət günüdür ...xəbərə görə Allah razı olsun..
5 mart 2015 22:21
# 4
Wiyinka
Evvelce Allaha olan sevgimizi gosterek,onu esl insan kimi sevek.Sonra bawqasini sevmek barede duwuneriy)..!
5 mart 2015 22:09
# 3
leyla_258
SEVGIden bawqa gozel ne var ki,bu dunyada,ALLAH HEC BIR SEVENLERI AYIRMASIN...
BURADA YAZILANLAR TAM TAMINA ASK A AIDDIR... heart heart heart

SEVGIden bawqa gozel ne var ki,bu dunyada,ALLAH HEC BIR SEVENLERI AYIRMASIN...
BURADA YAZILANLAR TAM TAMINA ASK A AIDDIR... heart heart heart
5 mart 2015 22:05
# 2
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
zayka15
Allah hamimizi qorusun.Amin
5 mart 2015 22:05
# 1
Birinin nece gulduyunden terbiyesini,neye gulduyunden ise seviyyesini anlaram
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz