Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sevən insan necə olur?
Sevən insan necə olur?
Göndərən: SEVGI DENIZIM
Şərhlər: 22
Baxılıb: 8390
Səs ver:
Sevən şəxs mütləq ətrafına xoşbəxtik saçar. Sevgisini itirənlər isə bir anda yasa batar, psixoloji sərmayələri iflas edər, immuniteti düşər. Bədənin xəstəliyə yoluxma riski artar, daha tez-tez xəstələnərlər.

Sevgi nədir? Sevginin psixoloji həyat üzərindəki təsiri nələrdir?
Sevgi insanın sevə bilmə, istehsal potensialı, eqo funksiyası, psixolji sərmayəsidir.

Sevgi istehsal edərək, sevilmək ehtiyacını doydurma müddətidir. İnsanın dünyaya gəlişi ilə başlayar, yaşadığı müddətdə davam edər, ölümündən sonra belə varlığını davam etdirər. Sevgi insanın hər hüceyrəsində varlığını davam etdirir, bütün canılıların ehtiyacıdır. İnsan həyatında bioloji bir ehtiyac olmaqla yanaşı bütün beyin potensialını, psixolji hallarını və sosial paylaşımlarını əhatələyən bir fəaliyyətdir.

Sevgi ən geniş duyğusal yaşantıdır. Eşq isə bunun seçilən alt qismidir. Eşq, sevginin kuliminasiyada yaşanmasıdır. Eşqi qarşı cinsə hiss edilən hisslərlə kifayətləndirməməliyik. Tanrı, təbiət və insan sevgisi də eşqin içindədir.

Eşqə düşən insan öyrənməyə, işləməyə daha həvəsli, daha enerjili olurlar.
Sağlam sevgi insanı xoşbəxt edər, asılı sevgi isə depressiv edər. Eşq aqressivliyi azaldar, insan daha xoşniyyətli, xoşxassiyyət olur. Eşqə düşən insan ətrafına qəzəb, neqativlik deyil, xoşbəxtlik, pozitivlik saçar. Xoşbəxt olan insan ətrafındakılara qarşı qırıcı yanaşmaz.

Sevgi beyində kimyəvi prosesi canlandıran, sürətləndirən, aktivləşdirən ən əsas duyğudur. Beyin nə qədər yaxşı çalışırsa, sevgi də o qədər yaxşı davam edir. İnsanın beyni donmuş, tükənmiş, paylaşmaya açıq deyilsə, demək sevgi də bir o qədər tükənib. Sevgi zehni açar, hormonları canlandırar.

Beyin qabığı dəyişir
Sevən beyin daha məhsuldar, daha sağlamdır. Beynin ən sağlam vitamini sevgi və eşqdir. Eşq, beyin qabığının funksiyasını sürətləndirir. İmmunitet sistemi üzərində də faydalı təsirləri vardır. Müqaviməti artırır. Sevdiyini itirməklə isə tam tərsi olur, bədən müqaviməti azalır və xəstəliklər insanı daha tez yaxalayır.

Sevgi ağlınla razılaşmırsa, alınan iş deyil! Əgər biri ilk görüşdə təsirləndiyi insanla zaman-zaman tanıdıqca xoşbəxt deyilsə, deməli, problem var. Sevilən insanı dəyərləndirərkən digər sevgi nəsnələri ilə münasibətləri də nəzərə almaq lazımdır. Əxlaq dəyərlərindən yoxsulsa, əxlaqında zəiflik varsa, mütləq problem yaşanacaq.

Sevgi biolojik zəmində beynin bütün funksiyalarını, gözləntilərini aktiv edər. İnsan nə qədər dərin fikirli və yaradıcı biridirsə, o qədər dərin bir eşq yaşayar. Cinsəllik insanda sevgi və eşqin ifadə tərzidir. Eşqə sevgi və paylaşım qatılarsa, insani olar.

Sevgi bir münasibətdir, seçimdir və məsuliyyətdirÇoxlu duyğular yaşamaq insanın aşiq olduğu anlamına gəlməz. Eşq yaşadıqca ortaya çıxar. Yaşam dövrlərində insan, həyatını, yaşadıqlarını sorğu-sual edər. Zamanla cütlüklərin seçimləri dəyişmişsə, münasibətdə problemlər başlayar. Bəzi cütlüklər bu problemləri aşsa da, bəziləri yeni xoşbəxtliklərə qapı açarlar.

Dünyanı və özünü sevən insanlar daha sağlam aşiq olarlar
İnsan dünyanı sevmirsə, bütün sevgi ehtiyacını bir insana yönəltməsi artıq bağlılığa çevrilə bilər. Bu hal isə xəstəlik olaraq qeyd olunur. Körpənin tək sevgi nəsnəsi anasıdır. Ondan ayrı yaşaya biməz.

Sevgi, insanın bütün həyatına təsir edər
İnsanın gülümsəməsi, oturuşu, sevdiyi yanına gəlincə davranışı, hara baxdığı da ipucu verir. Sevən və sevdiyi insana hörmət edən, onu incitməkdən qaçar, diqqətli olurlar. Sevdiyi insanı hər halı ilə sevir. Əvvəl sevib sonra dəyişdirməyə çalışmaz. Qarşısındakına heç vaxt nəyisə məcburən qəbul etdirməz. Ona seçimlər təklif edər. Bu davranışlar eşqin ən yaxşı göstəricisidir.


Şərhlər: 22
Baxılıb: 8390
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Kukolka
eh o qeder aldadanlar varki
13 dekabr 2015 18:17
# 22
vipbetul
guya sozde sevirem deyen insanlar her zaman gergin stresli gozleri telefonda olurlar
10 mart 2015 16:50
# 21
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
guler19
ama necese olmalı deyil.. Sadece derinden sevmelidi, çox derinden. Her kes bacarmaz
21 yanvar 2015 16:33
# 20
İnsanlar görmüşəm mələk donunda
Hamısı xoş günün mələyi olub
Kimsəsiz çarəsiz qaldığım anda
Tək Allah duası köməyim olub...

Ariqlamaq üçün oruc tutmaq, idman üçün namaz qilmaq! Deyen insanlar cehennemde zaqar pulsuzdur.
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥MG♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
Tomris Müslümova
men ama sevgim ugrunda coox eziyyet cekmisem cox mubarize aparmisam sonuc cox yaxsidi indi...
21 yanvar 2015 11:58
# 19
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
ayan97
Seven insan nece olur? gel deyim nece olur hetta canli gosterim
21 yanvar 2015 10:52
# 18
"***…MeN HeÇ KiMiN iTiRMeYe QoRXDuĞu iNSaN oLMaDiM…***"
roksi1995
seven insan her veziyyetde ola biler sevdiyi ucun
21 yanvar 2015 10:25
# 17
ozunu hec kimden ustun tutma!!!
unutma aftafa qizildanda olsa yeri tualetdir
emis
maraqliydi
21 yanvar 2015 07:53
# 16
Miss_Oxatan
Sevginin eslinde urekle yox beyinle elaqeli oldugunu bilirdim.sevgini acinacaqli hala salan qisqancliqdir,cunki,kimse sevdiyini paylawmaq istemez.sadece insana gore deyiwir,kimisi agillidir,mentiqe soykenerek sevdiyi insan onu sevmirse geri cekilir,kimi ise cahildir,sevmesede menim olsun deyir,neticede talelerde fesadlar yaradir.birde ele qrup insanlar var ki,birini heqiqeten sevir ama maddiyata ve ailevi sebeblere gore direnmir.bu da sedaqetsizler tayfasina aiddir.bir sozle sevgiye yanawma terzi ferdin xarakterinden asilidir.
21 yanvar 2015 01:20
# 15
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
Wappuw
ewii ne sevgi bow weydirr sevgi zeherdi kim yeyip zeherlenip menden bawqa))))))
21 yanvar 2015 00:53
# 14
Ne baxirsan menim kimi mende baxdim senin kimi senede baxarlar menim kimi
Antikvar
Sevgi sozunden ele zehlem gedirki dille desem belke bu qeder aydinlasdira bilmerem))Sevgiye aid hec bir ne status oxuyuram nede metn cunki bele seylere inanmiram.
Cunki son zamanlar cox amma cox menasizlasdirilib bu sevgi sozu ..her iki gunluk yasanmis rolmu deyim oyunmu deyim buna sevgi adlandirirlar.Bes beleleri sevgi adlanirsa bes esl o duygunu yasayanlar ne adlanir?
Yasadiqlariniz sevgi deyil yasadiqlariniz sadece bagliliqdi bir insanin tesiri altina dusmekdi ve qapilmaqdi.El catmaz olan seyler hemise dahada arzulayirsan bu sevgi yasayanlarda onlardan biri.Men bele dusunurem.
Emeye hormet olara twk
21 yanvar 2015 00:23
# 13
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
gulunnn
Duzdu tamamiyle
21 yanvar 2015 00:16
# 12
Turkan Abbasova
Sevgi basa beladi.
21 yanvar 2015 00:10
# 11
Basimin belasi,ureyimin parasi 'canim UGURUM'.
acisko
ewwi bow weydi sevgi.
20 yanvar 2015 23:56
# 10
Həyatda sahib olduğum dəyərlər, sahib olmadıqlarıma dəyərlər...
ece uslu
sevgi insani yasadan en gozel hissdi
20 yanvar 2015 23:51
# 9
aziz a
Seven ve sevildiyine emin olan insan sanki heyati doya doya yasayirmis kimidi
20 yanvar 2015 23:11
# 8
Qelbim doludu !!!!
arzum-aysum
sevgisiz heyat bosdu. seven insan mərhəmətli olur. şən olur.
20 yanvar 2015 22:39
# 7
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
BARBI
Sevgi cox uca ve ulvi hisdir teesufki insanlar onlari ucuzlasdirib
20 yanvar 2015 22:34
# 6
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Сладкий Ангел
bilirsiz mence sevgi deye bir sey yoxdu birine baglanmaq,oyresmey deye bir sey var ciyy
20 yanvar 2015 22:25
# 5
.Bir gülüşüm var Sizlərə ömür...
xeyalperest
En gozel sevgi Allaha ve valideyne olan sevgidi mence onlardan başqa hamsi sonludu
20 yanvar 2015 22:23
# 4
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
Fialka
seven insanlar daha yaxsi biler bu haqda..
20 yanvar 2015 22:15
# 3
Narın Yağış
Dünyanı və özünü sevən insanlar daha sağlam aşiq olarlar

Burasi duzdu)
20 yanvar 2015 22:05
# 2
Ayrılmağımızı istəyənlərin acığına bir yerdə olaq heart
aynur2002
Cox sagolun.
20 yanvar 2015 22:02
# 1
Əvəz edilməz insan yoxdur...
-Sadəcə insan varki onu başqası ilə əvəz etmək
istəmirsən...!
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz