Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
O HAMI KİMİ DEYİL
O HAMI KİMİ DEYİL
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1432
Səs ver:
http://imgs.su/tmp/1322234571-656.jpg

Hamı kimi deyil. Nəsə qəribədir. Gözlərini yumub, qoxusunu içinə çəkəcəyim bir ətiri var, dodaqlarını azacıq sola meyl etdirən gözəl gülüşü, həyata fərqli baxışları var. Gözəl gözləri olsa da baxışlarını ancaq qəfil yaxalamaq olar. Gah yerə, gah sağa, gah da sola baxacaq. Gözlərinə bir neçə an baxa bilərsən. Onlar səni utandıracaq.

Hamı kimi deyil. Sonsuz inamı var özünə. Səni heç vaxt saxlamayacam deyir. Hara getsən də qayıdacaqsan, mənə baxdığın kimi, mənə toxunduğun kimi, mənim olduğun kimi heç kimin olmayacaqsan deyir. Həmişə bir olacağıq deyir. Mənim kimiləri olmur, sənin kimiləri isə itirilmir deyir.

Hamı kimi deyil. Romantikdir. Hər anı qeyd edirmiş kimi xatırlayar, ürəyimə yol tapacaq mesajlar yazar, gecələr mənə özü kimi şirin yuxular diləyib, səhər tezdən öz zəngi ilə yuxudan oyadar. Bəzən hirsləndirər, qısqandırar, uzun-uzadı özünü müdafiə edər, məni hər şeyə peşman edər. Hər şey bitsin demək istədiyin an bir sözlə məni məndən alar.

Hamı kimi deyil. Bizi birləşdirən bir şeylər var. Bu nə sevgi, nə ehtiras, nə borcluluq, nə də üzük deyil. Bizi birləşdirən bir-birimizə bəxş etdiyimiz xəyallarımız və bəxş edə biləcəyimiz arzularımız var. Bizi bu qədər ayrılıqdan sonra birləşdirən bir şeylər var.

O hamı kimi deyil. Daim yanımda olmasını istədiyim, qollarımda sığınıb yatdığını, səhərlər bəzənməmiş, yuxulu gözləriylə üzümə baxıb gülümsədiyi an, onun bu dünyada ən gözəl qadın olduğunu düşünmək istədiyim, hər kəs məndən üz döndərsə belə onun mənlə qalacağını bildiyimdir.


O hamı kimi deyil,o mənimdir...



Şərhlər:
Baxılıb: 1432
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz