Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Salam mən DƏLİ!
Salam mən DƏLİ!
Göndərən: Nermin..
Şərhlər:
Baxılıb: 1787
Səs ver:
Əsas gözlərimi anla
Sözlərimi başa düşməsən də olar
Özündən keçib gəlməlisən
Yoxsa bağlanar üzünə ilahi qapılar
Sevgi ən vacib şərtdir
Səcdə etməsən də olar..

Bütün dərdləri qabağına qatıb gedən qataram
gülməyi unudan iraqlı bir türkmən oğlu kimi
sanki sevdiyim qızın saçlarını güllələr darıyır..

Hissiyatsız idi Qadın.
İçindəki insanın ölümünə şahid olarkən 
Çünki adam milyon dəfə öldürmüşdü Qadını.
..və ölü bir Qadın heç bir şey hiss etməzdi.....

Güneyə gədəcəm, pəncərəsi dənizə açılan bir otel otağında qalacam və sənə şeirlər yazacam..

Çünki qadın; dodaqlarıyla sevgili, əlləriylə ana, sözləriylə dost, baxışlarıyla uşaqdır..

Nəhlətə gəlsin bu qaranlıqlar,
Bu məsafələr,
Bu zaman.
Mən səni istəyirəm 
Ya səninlə yaşamaq,
Ya da səndə yox olmaq..

Mənə bir nağıl danış..
Mənə bir nağıl danış, həyatımız tək ağır olsun
Mənə bir gülüş ver ki, bütün dünya paxıl olsun
Sən ol mələk, mən əlçatmazlığınla barışım
Sən ol arzu, mən təkcə varlığından danışım
Sən ol xəyanət, mən sənin səbəb olduğun ayrılıq.
Sən ol günəş, mən səndən yaralı qalan qaranlıq..

Qorxuluydu qaranlığım
Tənha qaldı xəyallarım
Savablarım sual verdi
Cavab verdi günahlarım
İndi səssizəm mən..
Sənsizəm mən..
Qatiləm..
Ürəysizəm..
Susqunam..
Durğunam..
Duyğusuz..
Nəfəssizəm mən...

Darıxmaqmı...???
Sənə bənzəyən hər şeirə sarılmaq istəyirəm..

Yaxın gəl yalnızlığım, biraz söhbət edək, biraz qucaqlaşaq, biraz uzaqlaşaq özümüzdən.. Hər gecə təkrarlan eyni "yoxluq", eyni sarsıntı, sanki nəsə çatışmır, kimsə yoxdu həyatında.. İlahi bu nə yalnızlıqdı belə deyə suallar yağdırmaq qaranlığa və otaqdan evin damına çıxaraq ulduzlarla səmimi söhbət etmək.. Suel indi bilmirəm hansı evin pəncərəsindən ulduzlara baxırsan, ama bir şeyi bilirəmki baxışlarımız o baxdığın ulduzlarda qovuşur, mənimçün bu son təsəlli olsada üzümdə azda olsa təbəssüm yaradır..

Rahatsız etmək istəmirəm amma səndən soruşmaq istədiyim bir neçə sual var.Bir müddət əvvəl həyatının dəyişməz hissəsi olduğumu söyləyən, sevdiyini, əvəzedilməz olduğumu, mən olmadığım yerdə nəfəs almağa çəkinlik çəkdiyini,qoxumla duş aldığını,adımla səhərləri oyandığını söyləyən ağzın,
-Başqasını öpərkən utanırmı heç..?

Xəyanət səhv deyil..
-kimsə səhvən soyunmaz..

Hər qadın həzin bir musiqi insturmentalıdır..
Amma heyifki hər bəy də "not" bilməz..

Nə qədər inkar edilirsə edilsin, sevişmək bir yaşam qaydasıdır..
-inkar edən kimsə yoxdur sadəcə basdırılmış duyğular var..

İnsanlar işinə gəlincə deyil də vicdanına görə yaxşılıqlar etsəydilər,
Bu gün bir iki aylıq münasibətlər yox, əbədi sevgilər yaşıyardı..

Məmnun olan yox həyatından..
Kiminlə danışsan eyni şey..
Hərkəsin hərşeyi buraxıb getmək istəyi...

Bir az eşqdən bəhs et dedilər..
Səndən danışdım..

Qadınları gülməyən bir şəhərin 
kişiləri əsla cəsur ola bilməzlər...

Bəziləri mövzunu yanlış yerlərindən başa düşmüşlər heyifki..
Çox sevgili dəyişdikcə kaliten artmır dost , şərəfin azalır...

Hər bir bəy yalan danışar..Niyyəti düzgün olmayanlar yatağına, xoş niyyətli olanlar isə qəlbinə girmək üçün yalan danışar..

Bəzi insanlar onları unutmadığımız üçün yazdığımızı zənn edərlər..
Oysa ki biz ölülərin arxasından danışmırıq...

Samanlıqda iynə axtarmağın çətin olmadığını anlayacaqsız bir gün..
9 milyon əhalinin içindən tək bir mənşəyi bəlli olmayanı sevdiyiniz zaman...

Uzağdan yaxşı birinə bənzəyirsən,
Mümkün qədər uzaqda qal..

Bir zamanlar sənin çirkinliklərin belə gözəldi..
İndi gözəlliklərin belə çirkin...

Nə qəribədir..ruhumuzu heç vaxt görüb toxuna bilmirik..amma ağrısını hiss edirik..


Şərhlər:
Baxılıb: 1787
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz