Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ayrılıq bu qədər gözəl izah edilərmi?
Ayrılıq bu qədər gözəl izah edilərmi?
Göndərən: Miss_Azerbaijan
Şərhlər:
Baxılıb: 1488
Səs ver:
Tam sinənizin ortasında bir yeriniz ağrıyacaq..
Evinizin sizi içinə sığdıra bilməyəcək qədər dar olduğunun fərqinə varacaqsız..
Küçəyə çıxacaqsınız küçədə sizə dar gələcək..
Eynən vücüdunuzun ürəyinizə dar gəldiyi kimi…
Özünüzü daşıya bilməyəcək qədər çox böyüyəcək, bir yandan da itə biləcək qədər kiçiləcəksiz…
Biriləri sizə bir şeylər danışacaq dayanmadan..
"əsas olan sağlıqdır”
"yaşamaq gözəldi”
"Boş ver, hər şey unudular”
Siz heç birini eşitməyəcəksiniz..
Göz yaşlarınızdan ətrafı görə bilməyəcək hala gələcəksiniz..
Ondan ölməsini istəyəcək qədər nifrət edəcək, az sonra qollarında Ölmək istəyəcək qədər çoox sevəcəksiz…
Həmişə Ondan danışmaq istəyəcəksiz..
"Ölümə çarə tapıldı” yada ” Sabah qiyamət qopacaq” desələr, siz başınızı qaldırıb "Nə dedin?” deyə soruşmayacaqsız…
Yalnız qalmaq istəyəcəksiz..
Həm də kütlənin arasında itmək..İkisidə yetməyəcək..
Hər dəqiqə Keçmişinizi düşünəcəksiz..
Onunla keçdiyiniz yerlərdən keçmək istəyəcəksiniz..Getdiyiniz yerlərə getmək..
Bu sizə heç yaxşı gəlməyəcək.. Amma bilə bilə edəcəksiniz..
Biri sizə içinizdəki ağrını söküb ata biləcəyini söyləsə, qaçacaqsınız …
Əslində xilas olmaq istədiyiniz halda, o ağrını yaşamaq üçün direneceksiniz.
Həyatınızın geri qalanını onu düşünərək keçirmək istəyəcəksiniz …
Bunun əksini iddia edənlərdən nifrət edəcəksiniz …
Hər kəsi ona bənzədib Kimsəni onun yerinə qoya bilməyəcəksiz…
Heç bir şey başınızı qatmayacaq …
Dərmanlara sığınacaqsınız … Bir neçə saat başınızı bulandıran amma əsla onu unutdurmayan … Yalnız bir müddət buzlu şüşənin arxasından seyrettiren …
Bütün mahnılar sizin üçün yazılmış kimi gələcək … Boğazınız düğümlenecek, dinleyemeyeceksiniz …
Yatmaq çətin, oyanmaq asan olacaq …
Səhəri iplə çəkəcəksiniz … Bəzən də ‘Heç günəş doğulmasa’ deyəcəksiniz.
Nə gecələr rahatlaşdıracaq sizi nə gündüzlər …
Ölməyi istəyib ölemeyeceksiniz …
Bəlkə mismar mismarı sökər deyə can hayında önünüzə çıxana sarılmaq istəyəcəksiniz … Nafilə … Düşüncəsi belə dözüm edilməz gələcək …
Yuxular görəcəksiniz, gerçək olmasını istədiyiniz … Hər sıçrayaraq oyandığınızda onun adını söylədiyinizi fərq edəcəksiniz …
Telefonun çalmasını gözləyəcəksiniz … Aramayacağını bilə-bilə … Hər çaldığında ürəyiniz ağzınıza gələcək … Ağlamaqlı danışacaqsan axtaranlarla …
Ürəyiniz burxulacaq ….
Canınız yanacaq ….
Bir daha sevməməyə and edəcəksiniz.
Həyata dair heç bir şey etmək gəlməyəcək içinizdən …
Onun səsini bir dəfə daha eşitmək üçün yanıb yaxılacaqsınız … Dəfələrlə axtardığı günlərin qiymətini bilmədiyiniz üçün özünüzdən nifrət edəcəksiniz …
Yaşadığınız şəhəri tərk etmək istəyəcəksiniz … Onunla bir gün bir yerdə qarşılaşma ümidi … Bu ümid sizi getməkdən saxlayacaq …
Gel getlər içində yaşayacaqsınız …
Buna yaşamaq deyilirsə …
 
...Nigar....


Şərhlər:
Baxılıb: 1488
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz