Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sənsiz
Sənsiz
Göndərən: nuranə1999
Şərhlər:
Baxılıb: 1088
Səs ver:
16-cı payızıma lap az qalıb. Budur ömrümün növbəti payızın,ilin bax belə itirirəm.Səni itirdiyim tək.Səni bir kərə itirdim,illərimi,aylarımı,həftələrimi,günlərimi,özümü belə itirə-itirə gedirəm.Yox naşükür deyiləm.Qazandıqlarım da olur.Çi fayda,axı nə dəyəri onların...?Yalqızlığımda,yandırıcı dünənimin verdiyi ağrılar olanda qazandıqlarım məlhəmi almaq üçün bəs etmir,xərci çox olur.O xərc ki,hər dəfə qəlbimin bir hissəsinin qoparılmasıyla başa gəlir. İndi məğlub bir orduya bənzəyir qəlbim.Hər sevgi döyüşlərində məğlubiyyətə düçar olurdu.Sonuncu zəfəri çalan sən oldun. Əlimdə olan tək sevgi,ümid var idi,onu da götürüb apardın.Taqətim də qalmadı arxanca qaçım. Bəzən yaşadığım anlar mənə aydın gəlmir.Sanki yuxudayam.Nə üçün yaşadığımı,prinsiplərim nədi bilmirəm. Həyat da bəzən məbəd kimi dağılır.İstəsən belə əvvəlki vəziyyətə gəlmir.Axı köhnə kərpicdən nə barı olacaq...?Onun təməli sevgi,memarı sən idin.Ama sevginin olmaması su kimi həyat sarayımın divarlarını yedi,çürütdü və nəhayət çökdürdü.Bax həyatım elə çökmüş kimidi indi. Yenə fikirlərim dağınıq,həşəmdir.Havalar gah soyuq,gah isti olur.Bu mövsümə xas bir şeydir.Ama nə yazıq ki,sən heç vaxt mənlə isti olmurdun.Aramızda həmişə soyuq payız fəslinin küləkləri əsərdi.Bəzən qış günəşinə baxıb isinəcəyimi zənn edə-edə titrəyirdim.O anda belə üşüyən əllərimi tutmazdın.Hava kimi sən də laqeyd idin mənə...Bax indi də payızdı.İndi nə soyuğu, nə də ki,istini hiss etmirəm.Artıq nə mənası.Üşüsəm kimə sığınacam ki...?Bir yetim həsrətim,bir də ki,qırılmış ümidlərim yanımdadı.Axı onları hara qovum?Getməyə yerləri varmı...?Bir zaman sənə tərəf gəlirdilər.Qapını döydülər,üzünə qapı açmadın bu çağrılmamış qonaqların.Necə ki,mən qonaq kimi ömrünə gəlmişdim bir zamanlar.Məni həyat evinin qapısından bayırda gözlətdiyin kimi ümidlərimi də orda gözlətdin.Bu gecə isə sənə salamlarımı yollayacam,heç olmasa onları içəri burax.Salam Tanrının adıdır axı...


Şərhlər:
Baxılıb: 1088
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz