Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
AiDS-le yasayan genc xanimin dehset sachan omru_HEYAT HEKAYESI
AiDS-le yasayan genc xanimin dehset sachan omru_HEYAT HEKAYESI
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2379
Səs ver:

alt


İBRƏT DOLU ÜRƏK AĞLADAN BİR  21 yaşlı GƏNC ANANIN  HEKAYƏSİ  
 
 Bu, bir gənc HİV-li xanımın həyat tarixçəsiydi - əslində cəmiyyətimizə belə tarixçələr bəlkə çox tanışdır. Ən azından, narkotik asılılığından əziyyət çəkən övladlarını xilas etmək üçün başqalarının övladını oda atan, ailə quran gənclərin müxtəlif yoluxucu xəstəliklər, o cümlədən, HİV-lə bağlı analizlərdən keçməsini “mentalitetə yaraşmayan” hesab edən analar-atalar hələ də aramızda olduğu üçün

“Heroinə çoxdan “yox” demişəm...”

Bu, bir gənc HİV-li xanımın həyat tarixçəsiydi - əslində cəmiyyətimizə belə tarixçələr bəlkə çox tanışdır. Ən azından, narkotik asılılığından əziyyət çəkən övladlarını xilas etmək üçün başqalarının övladını oda atan, ailə quran gənclərin müxtəlif yoluxucu xəstəliklər, o cümlədən, HİV-lə bağlı analizlərdən keçməsini “mentalitetə yaraşmayan” hesab edən analar-atalar hələ də aramızda olduğu üçün.

Mən onunla söhbətimin sonuna qədər susdum, onun fikirlərinin arasına girməyə cəsarət etmədim, arada bircə dəfə diktofonu yandırmaq üçün icazə almağımdan və bir-iki sual verməyimdən başqa.

Sonra məndən xahiş edəcəkdi, hislərə qapılıb öz sirrini açdığı üçün bütün bunları yazmamağı istəyəcək (mənsə, onu razı salmağa müvəffəq olacaqdım, cəmiyyətimizə maariflənmə və ibrət dərsi olsun deyə) və sonra adını yazmamağımı xahiş edəcəkdi. Burada isə onun xahişinə ehtiyac yox idi: mən onun adını nəinki etik normalara uyğun olmadığı, həm də ümumiyyətlə, qanunlarımıza görə də açıqlamağa ixtiyarım olmadığı üçün yazmayacaqdım. Ona sadəcə, R. deyəcəkdim.

Bu həyat tarixçəsini oxuyun yox, dinləyin və yenə dinləyin: belə tarixçələri dinləmək və duymaq daha yaxşıdır, ən azından, cəmiyyətimizi xilas etmək və gələcəyimizə daha işıqlı keçmişi miras qoymaq üçün.

Tanışlıq, elçilik, nişan və toy...

Hər şey üniversitetdən başladı. Onda R. də, onu sevən oğlan da axırıncı kursda oxuyurdu. R.-ni qarabaqara izləyən oğlanın niyyətinə bələd olmadan razılıq vermək qız üçün çətin idi. Ali təhsilsə başa çatmaq üzrəydi. R. daha çox düşünmək istəmədi. Elçilər qapını doydü, nişan, toy. Hər kəsdə olduğu kimi. R. oğlanın atası evinə gəlin köçdü. Hər şey necə şirin idi, qızın 21, oğlanın 22 yaşı vardı…

“Sən iynə vurursan?“

Toydan bir həftə keçməmiş cütlük evdən ayrıldı. Əslində onlar toydan sonra kirayədə yaşayacaqlarını əvvəlcədən planlaşdırmışdılar. Elə R. o qəribə səhnəni də kirayədə yaşamağa başladıqları ilk gün gördü: cavan əri qoluna “jqut” bağlamışdı, əlində də şpris vardı. O, özünə iynə vururdu. R. əvvəlcə heç nə başa düşmədi. Ərindən bunun nə olduğunu soruşduqda isə “xəstələnmişəm, özümə iynə vururam” cavabını eşitdi. Ancaq R. buna inanmadı. Çünki başqa şeydən şübhələnməyə başlamışdı. Şübhələrinə son qoyan isə ərinin iynədən yarım saat sonrakı halı idi: o özündə-sözündə deyildi. R. ərinin damarına vurduğunun heroin olduğunu hələ sonra biləcəkdi. İndi bildiyi isə ərinin “narkoman” olması idi. Sarsıldı! Axı necə ola bilərdi ki, dünənki nişanlısı, bugünkü əri narkotik istifadəçisi ola, onun da bundan xəbəri olmaya? Əslində oğlanın narkotikdən asılılığını ondan gizlətməsi R.-də aldadılmış və xəyanət olunmuş insanın hislərini yaratmışdı. Hisləri yaman qarışmışdı...


“Dedim, oğlum evlənər, ağlı başına gələr…”

R. bu barədə heç kimə bir kəlmə də demədən cəmi bir ay dözə bildi. Məsələni ərinin anasına danışmaq istəyirdi. Çünki artıq oğlan heroini nəinki özünə vurur, ona da təklif eləyirdi. R. isə təbii ki, qəbul eləmirdi. Qayınanaya deməyə də cəsarət etmirdi: “Birdən mənə dedilər, oğlumuza şər atırsan, neylərəm?” Vəziyyət get-gedə daha da pisləşir, oğlanın dozası artır, artıq maaşı belə narkotik almağa yetmir, pul uçün R.-nın üzərinə hücum çəkir, döyür, hədələyirdi. R. artıq dözmədi. “Hər halda, valideynləridir, bir tədbir görərlər” fikrilə yoldaşının anasının qarşısına əyləşdi: “O, iynə vurur, xəbəriniz varmı?”

R.-nın də elə qayınanadan eşitdiyi cavab kəsə idi - bu, onu heç ərinin iynə vurması qədər sarsıtmamışdı: “Bilirik, elə ona görə evləndirdik ki, bəlkə ailəsi, uşağı olar, ağlı başına gələr, atar bu zibili...”

Qayınana nə qədər sakit idi bu sözləri deyəndə, nə qədər etinasız, acımasız... 21 yaşında gənc qızı oda atdığını fikirləşməyən ana nə qədər adi bir vərdiş kimi qəbul edirdi oğlunun düşdüyü vəziyyəti?! R. isə şokda idi: “Deməli, evdə hamı bilirmiş, hamı xəbərdarmış, bir məndən başqa” - deyə düşünürdü, “bu adamlara sadəcə, oğlanı evləndirmək lazım imiş”.

“Gəl, sənə bir dərman verim, temperaturun düşəcək”

R. ağlaya-ağlaya evə qayıdır – ərinin kirayə tutduğu evə. Həyatı dəhşətli bir axara düşmüşdü, ancaq bu axara qarşı çıxa bilmirdi: əriylə bacarmır, ərin ailəsi tərəfdən heç bir dəstək yox, özününkülərə də getməyə qorxurdu (ailədə özündən başqa, cəmi bir bacısı olan R.-nı atası çox istəsə də, zəhmliydi). Evliliyin artıq üçüncü ayı başlamışdı, gün-gündən daha ağır və əzablı gəlirdi. R. artıq gücdən düşdüyünü, əvvəlki kimi işində işləyə bilmədiyini anlayırdı. Əri demək olar ki, hər gün onu döyür, dozanın pulunu almayınca, əl çəkmirdi. Hərdən özüylə birlikdə heroin vuran dostlarına “borc” alırdı: belə vaxtlarda R. qorxa-qorxa atasıgilə gedir, hələ dünyaya gətirmədiyi uşağa görə müalicə almaq və s. bəhanəsiylə pul alır, borc beləcə “bağlanırdı”.

Qayınana ilə söhbətdən sonra ər evindən bir nəfər qapını açıb içəri girmir, heç zəng də vurmurdu. Qayınana özünü sığortalayırdı: yəni, sabah bir hadisə baş versə “mənim xəbərim yox idi, heç onlara gedib-gəlmirdim” deməkdən ötrü.

Növbəti 3 ay heç nə dəyişmədi: R. ilə əri gündüzlər hərəsi öz iş yerinə gedir, axşam qayıdırlar və yenə də əri qonşu otağa keçib “jqut”u qoluna sarıyıb iynələnirdi. Get-gedə əsəbləri də dözməyən R. yatağa düşür və işdən qalır. Çoxdan bəri onu heroinə alışdırmaq istəyən əri üçün bundan yaxşı fürsət ola bilməzdi: amma R. ona hətta xəstə olsa belə, iynə vurmağa qoymazdı. Bəlkə, gizlicə? Yox, ər başqa çıxış yolu tapır: həblər. R.-ya heç özü də hiss etmədən və başa düşmədən bu həbləri çayın, suyun içində verməyə başlayır. Həblərin sayı artdıqca, R.-nin də əhvalında dəyişmələr olur: işə çıxır, ovqatında canlanma olur, amma bunun narkotiklə bağlı olduğu ağlına gəlmir. Heroin zamanı çatanda ər həbləri kəsir. R. bir neçə gün havalı kimi gəzir, işdən qalır, yatağa güşür, bir neçə gün qıvrılandan və əsəb gərginliyindən sonra ər “sakitləşdirici iynə” adı ilə onun otağına girir. R. bunun nə olduğunun fərqində idi, amma müqavimət göstərməyə gücü çatmırdı, şüurunun dərinliyində bu iynənin onun üçün faciə ola biləcəyini anlayırdı, “yox” deyə bilmirdi. Bütün cəsarətini itirmişdi, gözü iynədəydi, səsini çıxarmadı, sadəcə, gözlərini yumub, qolunu uzatdı…

Həyatın dibində...


Günlər beləcə, keçməyə başladı. R. üçün yeni, amma həyatın dibinə aparan, əri üçünsə, indiyə qədərki həyatının davamı. Heç nə dəyişməmişdi, hər günki həyat idi, yenə də ikisi işləyirdi, bir yerdə yaşayır, bir yerdə iynə vururdular. R. artıq ərinin narkotik istifadəçi olan dostlarını da tanımağa başlamış, hətta iynə vuran xanımlarla da tanış olmuşdu. Yeni həyat idi bu onunçün, amma istəmədiyi, qurtulmağa çalışdığı, bacarmadığı, özünə nifrət etdiyi, hər kəsdən gizləndiyi və xoflandığı həyat . Qayınanasıgildə bu yeni həyatı hamıdan tez anlamışdılar: qayınana illərdən bəri açmadığı oğul qapısını döyüb vəziyyətə gözüylə şahid olmaq istədi, sonra gəlinə “özünüz bilərsiniz, bizi qarışdırmayın” deməklə yenə yaxasını kənara çəkdi. Gedəndə məsləhət verməyi də unutmadı: “Birdən uşaq fikrinə düşərsiniz - nəbadə! Səndən uşaq saxlayan olmaz!”.

Amma qayınana sonradan biləcəkdi ki, məhz onun uşaqla bağlı dediyi sözlər övlad həsrəti çəkən R.-ya necə təsir göstərdi, onun həyatını büsbütün dəyişdi, yeni yol açdı, duyğularını oyatdı və onu həyatın dibindən silkinib çıxmaq üçün söykənəcək, tapınacaq güclü bir hisslərə köklədi. Qayınana ilə son söhbətdən sonra R. narkotiki qəbul edə-edə ginekoloqla görüşlərini bərpa elədi, müalicəyə başladı, heç 1 ay keçmədi və ultrasəs aparatındakı müayinələrdən birində xoş müjdəsini aldı: R. hamilə idi.

“Əlvida, heroin!”

Uşaq xəbəri R.-nı yerindən oynatdı, artıq mümkün olan hər şeydən yapışaraq həyata qayıtmaq, uşağı doğmaq istəyirdi. Amma necə? Ərə demək olmazdı, o, heç vaxt uşaq arzulamırdı. Qayınana da sözünü demişdi, öz valideynlərindən danışmağa dəyməzdi, onun ata-anası hələ heroinli həyatdan bixəbər idi. R. onu neçə aydan bəri müalicə edən ginekoloqa yaxınlaşdı - “həkimdir, məni başa düşər və məsləhət verər” - düşüncəsiylə. Heroin qəbulunun uşaq üçün hansı faciəyə səbəb ola biləcəyini təxminən bilirdi, amma ginekoloq onunla daha açıq və sərt danışdı: “Sən narkotiki atmasan, uşaq xəstə və şikəst doğula bilər. Bu, həm də sənin şansındır, təcrübədə hamilə qadınların narkotikdən imtina etməsi olub, sən dirənsən, bacararsan, həm də sən bunu etməyə borclusan”.

R. onsuz da bu dibsiz quyudan çıxmağa bir söykənc, ümid yeri axtarırdı. Tanrı ona öz əlini uzatmışdı - R. bu uzanan əli tutmağa qərar verdi, tutdu da, sonra dartındıqca dartındı, heç bir məqamda bu söykənci buraxmadı, sona qədər! Nəinki hamilə müddətində, nəinki uşaq doğulandan sonra, o vaxtdan, ta bu vaxta qədər, yəni, düz 5 il!

“Ərim iynəni mənə zorla vurmaq istəyirdi”

Düz 5 il bundan öncə, analıq duyğulara tapınaraq narkotikə “əlvida” deyən R. üçün əslində bu, o qədər asan olmadı. Hamiləlik xəbərini ərinə deyən kimi, ər özündən çıxdı, uşağı abort etdirməyi tələb etdi, R.-nı döydü, sonra xəbər qayınanaya çatdı, başıalovlu oğlugilə gələn qayınana da gəlinə “gedək, bu uşağı abort edək, siz uşaq saxlaya bilməyəcəksiniz” dedi. Ümid yeri axtaran R. qayınanadan da dəstək umaraq: “Siz kömək edərsiniz mənə, uşağa birlikdə baxarıq” dedi və cavabını da eşitdi: “Mən sizin üçün uşaq saxlamayacam!”

Əslində qayınana nəinki o vaxtlarda, heç sonradan da oğlunun övladına baxmağa heç bir həvəs göstərmədi, uşaq doğulanda gəlmədi. Qayınana heç indiyə qədər bu uşağın üzünü görməyib, desək, onun necə duyğusuz bir insan olduğunu oxucuya çatdıra bilərikmi?

R.-nın isə duyğuları tam başqalaşmışdı onda. Həkimlər ona narkotikin ana bətnində uşağa hansı fəsadlar yarada biləcəyinə dair çeşidli məlumatlar verdikcə, daha da ruhlanır və dozasız keçirdiyi anlardakı ağrıları (“lomka”) çox rahat keçirirdi. R. heroini elə ultrasəs aparatındakı müayinə günü atmışdı: axşam dozasını buraxıb, səhərə qədər çabaladıqdan sonra, səhərisi gün daha betər olub yatağa düşdü. Ər əvvəl dilə tutsa da, sonra xoş sözlərdən hədələrə və döyməyə keçdi: hətta iynəni ona zorla vurmaq istədi. R. bütün gücüylə müqavimət göstərdi - ağrılara və iynəni onun gözünün qabağında oynadaraq şirnikləndirməyə çalışan ərinə. Qayınananın da iynədən betər sözlərini uddu, dirəndi, bir gün, iki gün, üç gün. Həkimdən də qalmadı, hər gün qıvrıla-qıvrıla həkimiylə danışdı, onun verdiyi kitabları oxudu və yavaş-yavaş həyata qayıtmağa başladı. Hər şey keçmişdi, ağrılar, narkotik həvəsi, özündə heç bir asılılıq hiss etmirdi, hər gün gözünün özündə heroin vuran ərini də çox sakit süzür, fikrini bətnindəki uşağa verirdi. Həkimlərin rəyinə görə, uşağı çox sağlam inkişaf edirdi, problem yox idi. Yeganə problem əriylə gündəlik çəkişmələrdən və döyülmələrdən sonrakı stress, əsəbilik və bədənində müxtəlif xəsarətlərin qalması idi. Uşaq bətnində böyüdükcə, təhlükə artırdı, R. artıq əriylə birlikdə yaşamağın mümkünsüzlüyünü başa düşürdü.

Dünyaya daha bir məsum körpə gəlir

R. hamiləliyin səkkizinci ayında atası evinə gedir, ərindən boşanma məsələsini qaldırır. Məhz bu anda onun valideynləri bu qədər zaman müddətində baş verənlərdən xəbər tuturlar. R.-nin boşanmaq qərarını ailə dəstəkləyir, əslində boşanma zərurətini elə tale özü də R.-nin qarşısına çıxarır: heroinə pul tapa bilməyən əri kimisə soyaraq həbs olunur, türməyə düşür. R. boşandıqdan sonra sağ-salamat qızını dunyaya gətirir: keçirdiyi əsəb və stressli günlər öz izini qoyur, R. uşağı təbii yolla deyil, qeysəriyyə üsulu ilə dünyaya gətirir. Bu, onun övladının həyatını gələcək ən böyük problemdən xilas edəcək bir yol idi. Tanrı daha bir dəfə kömək əlini R.-ya uzatmışdı, daha doğrusu, mükafatlandırmışdı. Övladının xətrinə heroin kimi böyük bir bəlaya öz gücü, iradəsi və analıq hissləriylə “yox” deyən R.-nın övladı üçün xilas yolu açan Tanrı, onu qarşıda gözləyən böyük həyat sınağından övladıyla birlikdə keçirmək istəməmişdi - çünki R. həyatdan daha bir zərbəni almaq ərəfəsindəydi.

Həyatın daha bir acı “sürpriz”i – HİV!

Qızı doğulandan sonra R. həyatın yeni səhifəsini açır, işə girir, qızına baxır, valideynləriylə münasibətləri düzəlir. Amma günü-gündən səhhəti pisləşməyə başlayır, səbəbsiz yerə qəfildən arıqlayır, gecələr yüksək hərarət və tərləmələr onun bərk soyuqladığı təsəvvürünü yaradır. Təxminən bir ilədək müddətdə R.-nı “soyuqdəymə”dən müalicə edirlər, işə davamlı olmadığından, tez-tez iş yerini dəyişməyə məcbur olur. Ta o vaxta kimi ki, yeni iş yerlərindən birində qəfildən halı pisləyir, onun üçün təcili yardım çağırılır və R.-nın əcnəbi iş müdiri daha dərin düşünərək, həkimə işçisindən qan nümunəsi götürməyi və infeksiyalarla bağlı analiz etməyi tapşırır. O həyatdan daha bir gözlənilməz “sürpriz”ini alır: analizlərin cavabı R.-da HİV virusunun olduğunu göstərirdi... Həkim səhv etməmişdi, sonradan Milli AİDS Mərkəzindəki daha dərin laborator analizlər də HİV-in aşkar olunduğunu təsdiqlədi. Ağır stress içində olan gənc xanıma qarşıda yeni zərbələr gözləyirdi: həkim ehtiyatsızlıq edərək analizin cavabını R.-nin müdirinə açıqlayandan sonra ona eyhamla bu işdə qala bilməyəcəyini söylədilər. R. işini və çörək pulunu itirdi. Evdə HİV xəbəri daha böyük şok effekti yaratdı: ata “mən səninlə bir masa arxasında çörək yeyə bilmərəm” deyib, onu evdən qovdu. Artıq yaşamaq yerini də itirdi. Uşağıyla birlikdə küçədə qalmamaq üçün baçısının qapısını döydü. Bacı qapını açaraq 3 uşağını R.-ya göstərərək “onların sağlamlığını təhlükəyə ata bilmərəm” dedi. R. doğmalarının sonuncusunu da itirdi.

HİV-li ana, sağlam körpə

Təkbaşına, kimsənin qapısını döyməyə gücü çatmayan, işsiz, pulsuz vəziyyətdə keçmiş rəfiqələrindən birinin qapısını döydü. HİV-dən xəbəri olmayan rəfiqəsi ona evində qalmağa icazə verdi. R. vaxt qazanmaq istədi, düşünmək, gələcəyini götür-qoy etməkçün. Özünə əl qaldıra bilmirdi, körpəsi vardı, HİV barədə məlumatı da həmin vaxtlarda heç geniş olmadığı üçün ona elə gəlirdi ki, əslində ata-anası, bacısı düz hərəkət edib. “Amma indi düşünürəm ki, onlar mənə necə böyük haqsızlıq ediblər. Hətta mən hansısa yoluxucu xəstəliyə tutulsam da, mənim valideynlərim məni eləcə, küçədə qoymamalıydılar. Hələ bacım! Bəs yaxın adamlar, doğmalar nə gündə lazımdır? HİV-ə, yaxud başqa virusa görə valideynlər övladlarını küçədə, təkbaşına ac-susuz qoyacaqsa, onda bu nə doğmalıqdır? Özgədən nə uma bilərsən?” – deyir R.

Rəfiqəsinin evində bir müddət qalan R. AİDS Mərkəzilə əlaqələrini davam etdirir, çoxlu məlumat alır, burada uşağını da analiz edirlər və bu qədər məşəqqətli günlərdən sonra R. ona böyük ruh yüksəkliyi verən bir cavab alır: körpədə virus aşkar edilmir. Sən demə, qeysəriyyə yolu ilə doğulma uşağı virusa yoluxmadan xilas edibmiş. Bu da Tanrının mükafatının təzahürü!

Sürpriz məhəbbət

Günlər keçir, R. bu virusla həyatını yenidən qurmağa çalışır, valideynləriylə münasibətlərini qaydaya salır, onları da maarifləndirməyə çalışır və qeyri-hökumət təşkilatlarıyla əlaqələr qurur. Bir müddətdən sonra ata qızının evə dönməsinə icazə verir: bir şərtlə ki, yenə onunla bir süfrə arxasında əyləşməyəcək. R.-nın sevincinin həddi-hüdudu yox idi: eybi yox, o, buna da razıdır, çox keçməz, bu çətinliyi də adlayar. Anası ilə problem yaşanmır: ana qızına daha böyük anlayış və mərhəmət göstərir. Bacı hələ də onu evinə buraxmasa da, indi heç olmasa, telefonla danışırlar. Bu da bir irəliləyişdir, deyir R.

Ötən vaxt ərzində onun həyatında yenilik də baş verib. Bir oğlanla tanış olub, sevib. Sonra oğlan çəkinə-çəkinə ona HİV daşıyıcısı olduğunu deyəndə, R. nə qədər təəccüblənsə də, bir o qədər də özü dediyi kimi, sevinibmiş. Həyat bu dəfə ona “xoş sürpriz” bəxş etmişdi. R.-yə yeni ailə həyatı üçün şans vermişdi. Amma o, hələ tələsmir, oğlanı daha dərindən, hərtərəfli tanımaq istəyir. Daha bir kəs yanılmamaqçün…

R. indi QHT-lərlə də əməkdaşlıq edir, əvvəllər onunla birlikdə heroin vuran xanımları öz ətrafına toplamaq və onların da həyata qayıtmasına nail olmaq istəyir: “Bu, çox çətindir, bilirəm, ən azı ona görə ki, insan özü bundan imtina etmək istəməsə, heroni atmaq çətindir. İnsanın iradəsi bəzən tab gətirməyə bilər. Amma mən çalışacağam, cəhd göstərəcəyəm. Əgər alınmasa, heç olmasa, çalışmaq lazımdır ki, onlar HİV-ə yoluxmasınlar, özlərini, gələcəkdə övladlarını təhlükə altında qoymasınlar, çünki mənim də HİV-lə üz-üzə qalmağımın səbəbi narkotik idi”.

Bəs indi, heroin qəbul edən keçmiş dostlarını bu asılılıqdan xilas etməyə çalışan R. özünün necə, keçmiş hissləri oyana bilərmi? Yox, R. çox qətiyyətli olduğunu deyir, bir vaxtlar övladının xətrinə imtina etdiyi bəlaya qarşı indi daha çox sərtdir: qızı böyüyür, bir azdan onun qayğıları R.-nın həyatını daha çox sarmalayacaq. Heroinə isə o həyatda artıq yer yoxdur. O, keçmişdə, özü də lap çox uzaqlarda qalıb…

Pərvin ABBASOV

P.S.İnsanların əksəriyyətində HİV-lə bağlı maarifçilik işi aşağı səviyyədə olduğundan, yaxud ümumiyyətlə olmadığından, onlar HİV-lə yaşayan insanlarla lazım olduğundan ifrat dərəcədə çox uzaq davranırlar. Əslində HİV gündəlik təmasdan, əlaqələrdən keçmir. Məsələn: qucaqlaşma, əl sıxma, görüşmə, eyni hovuzda çimməkdən, tualetin oturacağından, ümumi yataq dəstindən, qab-qacaqdan, öskürəkdən və s. HİV/AİDS-ə yoluxan və yaxud yoluxma şübhəsi olan insanların diskriminasiyası insan hüquqlarını pozur, ümumi səhiyyəni təhlükə altına salır. HİV/AİDS-ə yoluxmuş hər bir insan mərhəmət hissinə layiqdir.

Ola bilsin ki, 10 il keçsin və yalnız bundan sonra HİV/AİDS özünü göstərsin. Ona görə HİV-ə yoluxmuş şəxs özünü uzun illər çox gümrah və sağlam hiss edə, lakin digərini yoluxdura bilər. Yeni müalicə üsulları belə xəstələrə müəyyən qədər sağlam həyatlarını davam etdirməyə kömək edə bilir. Ancaq virus bu insanın bədənində hər zaman qalacaq və o, başqalarını bu xəstəliyə yoluxduracaq.

HİV ilə yoluxma insanın bədəninə HİV ilə yoluxmuş bioloji maye halında daxil olur. Onu da qeyd etmək lazımdır ki, HİV özünün müxtəlif dərəcələrində yoluxdura bilər. HİV aşağıdakı bioloji mayelərdə olur: qan, sperma və vaginal ifrazat, döş südündə. Öpüş zamanı ağız tüpürcəyində virus aşkar edilməyib. Əgər hər iki tərəfdən birinin ağzında yara varsa, HİV ilə xəstə olan digərini yoluxdura bilər. Paltar, qab-qacaq vasitəsilə HİV-ə yoluxmaq mümkün deyil. Gənc qızlar HİV-ə qadınlara nisbətən daha həssasdırlar.

Cinsi yolla keçən xəstəliklərə yoluxan insanlarda HİV/AİDS təhlükəsi ilə yoluxmaların ehtimalı daha çoxdur və onlar infeksiyanı başqalarına ötürə bilərlər. Belə insanlar müalicə üçün tez bir zamanda həkimə müraciət etməli və öz partnyorlarını xəbərdar etməlidirlər. Cinsi yolla keçən xəstəliklərə yoluxmuş adamın HİV-ə yoluxma təhlükəsi 5 dəfə çoxdur. Həmçinin bu insanların infeksiyanı daha tez ötürmək riskləri də var. Bu xoşagəlməz halları azaltmaq üçün aşağıdakı şərtlər vacibdir: HİV profilaktikası üçün təsadüfi qorunmamış cinsi əlaqələrdən imtina etmək.

HİV-in digər keçmə üsulu sterilizə edilməmiş iynə, şpris, ülgüc, bıcaq və başqa alətlərin istifadə edilməsidir. Damar daxilinə narkotik maddə qəbul edən insanlar HİV/AİDS-ə daha tez yoluxurlar. Narkotiklərdən istifadə insan şüuruna da təsir edir və riskli cinsi əlaqələrin qurulmasına da səbəb olur.

Əgər kimsə güman edir ki, o, HİV-ə yoluxub, elə həmin gün həkimə və yaxud HİV/AİDS mərkəzinə müraciət etməlidir. Həmin şəxs burada məxfi məlumatlar ala bilər. HİV testi qanda olan virusu yoluxandan 2 həftə sonra təyin edə bilər. AİDS-ə yoluxma 10 il ərzində inkişaf edə bilər. Yadda saxlayın ki, hətta AİDS-lə yaşayan insan belə səmərəli və sağlam həyat tərzi sürə bilər///  http://criptex.org/


Şərhlər:
Baxılıb: 2379
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz