Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Əfsanəyə çevrilmiş eşq hekayələri
Əfsanəyə çevrilmiş eşq hekayələri
Göndərən: KRALİCEM
Şərhlər:
Baxılıb: 1190
Səs ver:
Eşq insanı dəlicə qərarlar verməyə vadar edən bir duyğudur. Hər kəs onu bir cür simvolizə edir. Eşq insanları daim sevgi ilə bir-birinə bağlamır, o bəzən insanları nifrətlə də bir-birinə bağlayır. İnsanlıq tarixi eşq üçün iztirab çəkən, eşq naminə hər şeyini fəda edən, özünü öldürən, yataqlara düşən adlarla doludur. Gəlin, əfsanəyə çevrilmiş bir neçə eşq hekayələrinə nəzər salaq.

Romeo və Cülyetta

Şekspirin tragediyasından olan Romeo və Cülyetta bütün dünyada məşhurdur. Bir-birinə düşmən olan ailələrin övladı olan bu iki gənc bir-birilərini ilk gördüyü andan sevir və hər şeydən keçərək evlənirlər. Vaxtsız ölümləri isə iki ailəni barışdıran hadisəyə çevrilir.

Keopatra və Mark Antoni
Antoni və Kleopatranın da sevgisi dillərə dastan olmuş sevgilərdəndir. İki tarixi şəxsin sevgisi sonradan Şekspir tərəfindən qələmə alınmış və dünyanın hər yerində səhnələşdirilmişdir. Bir-birlərinə ilk gördükləri andan aşiq olurlar və onların bu sevgisi Misirin güclənməsində böyük rol oynayır. Bu güclənmədən narahat olan Romalılar Misirə müharibə elan etdilər və müharibə zamanı Antonu xanımının ölüm xəbərini alır ki, əslində bu xəbər ona səhvən gəlib çatır. Çünki əslində Kleopatra sağ idi. O, Kleopatranın ölüm xəbərini eşidən kimi öz qılıncı ilə özünü öldürür. Ərinin öldüyünü öyrənənə Kleopatra da özünü öldürür.

Lanselot və Queniver

Dairəvi masa cəngavərlərinin baş kralı olan Artur dövrünün ən önəmli və tragik eşq hekayəsi cəngavər Lanselot və Kral Arturun arvadı Queniverin eşqidir. Kraliça Lanselota olan sevgisinə məğlub olaraq krala xəyanət edir. Kral arvadının ona xəynət etdiyini öyrənən zaman lanselot kraliçanı qoyub qaçır. Bir neçə gündən sonra isə Queniveri yenidən geri qazanmaq üçün geri qayıdır. Bu hadisə Arturun krallığını zəiflətdi və dairəvi masanın parçalanmağına səbəb oldu.

Paris və Elena

Homerin Troyalı Elena və Troya müharibəsindən bildiyimiz eşq hekayəsinin bir qismi həqiqət, bir qismi isə uydurmadır. Bütün ədəbiyyatda Sparta kralı Menelausun xanımı, Troyalı Elena ən gözəl qadın olaraq qəbul edilir.Troya kralı Priamın oğlu olan Paris Elenaya aşiq olur və onu Troyaya qaçırır. Menelausun böyük qardaşı Agamennon tərəfindən idarə edilən böyük yunan ordusu Troyanı yerlə yeksan edir. Elena Spartaya geri gətirilir və əri ilə xoşbəxt bir ömür sürür.


Şərhlər:
Baxılıb: 1190
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz