Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Mən səni sevməyə hazıram bəs sən ?
Mən səni sevməyə hazıram bəs sən ?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1003
Səs ver:

http://imgs.su/tmp/1320412018-656.jpg


Yaxınımdasan ki, elə bil ruhumdasan, elə bildin hər sevgiyə ev sahibliyi edə bilər bu ürək? sən qəlbimə qonaq deyildin, sən hər hansısa biri də deyildin, sən mənim özüm idin. Çox sevdim o gözlərini, səsivi hətta susmağıvı da sevdim və heç bir cümlə sənə olan sevgimi tam şəkildə izah edə bilməz!
Görəsən hansı mövsümün insanı idin, mən payızın idim sən isə yaz olmalısan. Görəsən bu sevgimizin bir oxşarı varmı? Bilmirəm! Tək bildiyim bir şey var, biz bir sevginin iki ortağıyıq! Heç bir şey bu ortaqlıq qədər gözəl ola bilməz, heç bir kəs mənim sevgimə bu qədər yaraşa bilməzdi və heç bir sevgi bu qədər davamlı ola bilməz.

Uzaqdan sevməyi , görmədən hiss etməyin, və kənardan seyr etdim ki bu həsrət bizi necə də bir-birimizə daha da möhkəm bağlayıb.
Sənə görə gecələri və gündüzləri sevməyə başladım; bir tənhalığı sevmədim! Səni tanıdığımdan bəri.
Bəzən elə bilirdim yoxsan yanımda, Səni itirmək qorxusu daim içimdədir; yenədə o qorxu ilə səni sevdim.
Bir pəncərəyəm sənin açmağını gözləyirəm. Əslində bir adayam məni kəşf etməyini gözləyirəm və Məcnunumu sevən bir Leylayam.
Dodaqlarımdakı istiliyi, gözlərimdəki işığı, zövq verən toxunuşları sənə saxladım. İçimə sığdıra bilməyən böyük bir sevgisən!


M601;n s601;ni sevm601;y601; haz305;ram b601;s s601;n ?


Mən sənə məhkumam, sənin varlığınla var olmaq, sənin yoxluğunla yox olmaq istəyirəm.
Sevgilim gəl hər şeydən uzaqlaşaq. Gəl öz dünyamızı quraq, hansı ki, o dünyada bir ikimiz və sevgimiz olsun.
Bəlkə günəşin doğuşu ilə bəlkə də batması ilə başladıq nəfəs almağa....bir məqsəd var idi ortada, bir ümid vardı içimizdə...yeniliklərimiz bəzən ümidlərimizin sayəsində yox oldu. Amma heç yorulmadıq bir-birimizi sevməkdən. Həm kədərdə həm də, sevincdə həmişə dəstək olduq bir-birimizə. Bizə də elə bu cür hərəkət yaraşardı! Axı bizim sevgimiz xəyal deyil.

Bütün gecə səni düşünərək yatıb və oyanan kimi sənin həsrətini çəkməkdir. Əgər sevib günah edəcəyiksə, gəl birlikdə edək bu günahı. Mən səninlə həyatı da həyatın sevməyə və həyatın bütün əziyyətinidə çəkməyə hazıram, Gəl sən mənim bədənimdə birdəfəlik ruhum ol, Bir sözlə hər şeyim ol!
Mən səni sevməyə hazıram!
Bəs sən?

M601;n s601;ni sevm601;y601; haz305;ram b601;s s601;n ?

 



Şərhlər:
Baxılıb: 1003
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz