Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Xəyallarda olan bir sevgi haqqında etiraf
Xəyallarda olan bir sevgi haqqında etiraf
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2603
Səs ver:
Vaxtilə sən olmayanda həyatda yaşamaq da mənasızmış, bir zamanlar səni tanıdım, anladım ki yaşamaq nəymiş? Məna tapdım bu həyatda, sənin varlığın bir məna gətirdi bu yaşama. Sevgini səndən öyrəndim, anladım ki sevgi səndin, başqası deyil. Yaşamaq, gülmək, həyata nikbin baxışlarla baxmaq , bunların hamısını səndən öyrəndim, sənin varlığından. İlk tanışlıqlar, ilk duyğular, sonradan unudulmayan sevgilər, bunlar hamısı səndəymiş, nədənsə bunu gec öyrəndim, çox gec.

Bəlkə də həyatda etdiyim ən böyük səhv buymuş, sən yanımda ola-ola başqalarında sevgi axtardım, amma səni gözlərim görmədi. Sevginin yanımda olmasını bilə-bilə, bəlkə də bilib özümü bilməməzliyə vura-vura, başqa yerlərdə sevgi axtardım sənin varlığın ola-ola. ha düşündüm sən kimsən? sevgimi yoxsa başqa bir nəsə? bəlkə də həyatda ən çox sevdiyim birisi, uşaqlığımdan qəlbimdə saxladğımdan da daha artıq önəm verdiyim birisi. Bəlkə də daha dəyərli birisi, bəlkə də .Bəlkə içimdə hayqırtısı məni boğan bir gücün olmasıydı? bəlkə zamanla səni qəlbimə yerləşdirən sevgi, ehhh bəlkəymiş bəlkə də. bu bəlkənin sonunun nə olacağını heç bilmədik, əslində sevgi axtara-axtara sənin yanımda olduğunu bilirdim, bəlkə buna görə arxayın idim, bəlkə düşünürdüm ki heç vaxt getməyəssən, hər zaman yanımda, ürəyimdə qalassan.bir onu bilirəm ki sən sevgiydin.

Qəribədir bunu keçmişdə deyirəm, sanki indi yoxsan, bəlkə indi sevgi deyilsən, bəlkə ancaq xəyallarda yaşatmışam səni, varlığın yoxluğuna qarışıb daim xəyallarımda qalıb, hər gözümü açdıqda gördüyüm bir xəyalmış,hər sevinəndə sevincimi paylaşdığın bir xəyalmış, bəlkə yuxuma gətirdiyin də bir xəyalmış, bəlkə də səni özüm yaratdım xəyallarımda bir şerdə deyildiyi kimi

Axı sən xəyalsan, bir bunu bilsən,
Səni mən yaratdım, gerçək deyilsən.
Sevirəm, bilmədim, kimsən, nəçisən,
Dərdindən ölürəm, bilmirəm nəsən.


Şərhlər:
Baxılıb: 2603
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz