Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sevgi və zaman
Sevgi və zaman
Göndərən: tek umidim sen
Şərhlər:
Baxılıb: 2618
Səs ver:
Bir vaxtlar, bütün duyğuların yaşadığı bir ada var idi. Xoşbəxtlik, Kədər, Qürur, Sevgi və başqa bütün duyğular. Bir gün, adanın batmaqda olduğu duyğulara xəbər verilir. Bu xəbərdən sonra bütün duyğular adanı tərk etmək üçün hazırlaşır. Sevgi adada ən sona qalan duyğu olur, çünki mümkün olan ən son ana qədər gözləmək istəyir. Ada batdığı zaman Sevgi kömək istəməyə qərar verir. Zənginlik, çox böyük bir gəminin içində Sevginin yanından keçir. Sevgi:
— Zənginlik, məni də yanına alarsanmı? deyə soruşur. Zənginlik
— Xeyr, olmaz. Gəmimdə çoxlu qızıl və gümüş var, sənin üçün yer yoxdur. deyir.

Sevgi, çox gözəl bir yelkənli gəminin içindəki Paxılı görüb kömək istəyir.
— Paxıl, nə olar mənə kömək et !
— Sənə kömək edə bilmərəm, Sevgi. İslaqsan və yelkənləri məhv edə bilərsən. deyə cavab verir.

Kədər yaxınlıqdan keçir və Sevgi kömək istəyir.
— Kədər, səninlə gəlim ?
- Of, Sevgi o qədər kədərliyəm ki, tək qalmağa ehtiyacım var. deyə Kədər dillənir.

Xoşbəxtlik də Sevginin yanından keçir. O qədər xoşbəxt olur ki, Sevginin səsini eşitmir.
Sevgi birdən bir səs eşidir.
— Gəl Sevgi! Səni yanımda apararam. Sevgi o qədər xoşbəxt olur ki, onu kömək edənin kimliyini öyrənməyi unudur. Yeni bir adaya çatdıqlarında, Sevgi ona kömək edənə nə qədər borclu olduğunu anlayır. Digər duyğulardan soruşur.
— Mənə kömək edən kim idi?
— O, Zaman idi. deyə cavab alır.
- Zamanmı? " Niyə mənə kömək etdi ki?” deyə Sevgi soruşur. Aldığı cavabsa çox sadə olur.
- Çünki yalnız Zaman Sevginin nə qədər böyük olduğunu anlaya bilər.


Şərhlər:
Baxılıb: 2618
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz