Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Mən səni ömrüm kimi sevirəm...
Mən səni ömrüm kimi sevirəm...
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2423
Səs ver:

Səni sevirəm! Bütün yorğunluğuna baxmayaraq həyatın, ürəyimin enerjisi heç bitmir... Səni sevərkən böyüyürəm...

Səni sevirəm! Hər səhər yeni bir günə oyanıb, təkrar və təkrar içimdə eşqinə şahidlik edirəm... Səni hər gecə və səhər yenidən sevirəm, köhnəlməsin deyə...

Nə vaxt yağış yağsa, nə vaxt günəş doğulsa, nə vaxt bir mahnı eşitsəm, nə vaxt yuxu görsəm səni xatırlayıram... Hər nəfəs alışımda, səni sevdiyimə özümü şahid göstərirəm...Səni bütün zamanların kənarında sevirəm... İndi və bundan sonra hansı həyata keçsə, ruhum orada da sevməyə davam edəcək bilirəm...

Biz heç tanış olmamışıq da, onsuz da doğulmuşuq kimi hiss edirəm... Səndən əvvəlinə dair xatirələrim nə oldu, fərqində deyiləm!

Sənlə tamamlayıram özümü, sənlə çoxalıram... Harada olsan ol, səni hiss edirəm... Barmağın kəsilsə, mənim burada canım ağrıyır... Sənə toxunmadan, heç görmədən belə hisslərini anlayıram...Hansı yeməyi yesəm, sevərsənmi deyə düşünürəm... Boğazıma düzülür loxmalar, həmişə yarısını sənə ayırmaq istəyirəm...

Səni sevmək, həyatın hələ ümid dolu olduğunu xatırladır mənə... İnanclarıma, inadıma, xülyalarıma sənə olan sevgimlə sahib çıxıram...

Bir möcüzə kimi, bir yuxu kimi, sadiq bir dost kimi, həmişə həyatımda qalmağını diləyirəm... Mən səni sən olduğun üçün sevirəm...Səni sevərək özümü tamamlayıram... Bu uzun həyat səfərində həmişə yanında olmağı istəyirəm... Yaxşı və pis nə varsa yaşanacaq, başdan qəbul edirəm... Səni  sevərək daha çox inanıram eşqə... Nə günah işləmişsəm, hamısının əvəzini səndə ödəməyə razı oluram...
Mən səni ömrüm kimi sevirəm...




Şərhlər:
Baxılıb: 2423
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz