Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Mənə Yaşatdığın Hər şey üçün təşəkkürlər..
Mənə Yaşatdığın Hər şey üçün təşəkkürlər..
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1396
Səs ver:
http://imgs.su/tmp/1319472898-656.jpg

Təşəkkürlər, Sevdiyim qadın olduğun üçün;
İlk görüşməmizdən sonra telefonlarıma cavab verdiyin üçün təşəkkürlər.
Dadı bir ömür boyu sürəcək olan o ilk opücük üçün təşəkkürlər.
Büroma, birlikdə mükəmməl bir həyat vəd edən eşq şeirləri faksladığın üçün təşəkkürlər.
Əlaqəmizə ön mühakiməli düşüncələr ya da bir qaydalar kitabı ilə başlamadığın üçün təşəkkürlər.
Hər gecə yatmadan əvvəl yalnız "Gecən xeyirə qalsın" demək məqsədiylə axtardığın üçün təşəkkürlər.
Yanımda özünü, səni makiyajsız görməmə icazə verəcək qədər rahat hiss etdiyin üçün təşəkkürlər.
Atdığım eşq tanrısı oxunun tam xəttində dayandığın üçün təşəkkürlər.
Saçımdan azalan hər yeni telə mənimlə birlikdə yas tutduğun üçün təşəkkürlər.
Yastığım olduğun üçün təşəkkürlər.
İndiyə qədər nikah masasına oturan gəlinlərin ən gözəli olduğun üçün təşəkkürlər.
Ailəmi, oğullarını itirməyib bir qız qazandıqlarına razı saldığın üçün təşəkkürlər.
Çox kilolarımdan şikayət etdiyim zaman mənə "Artıq sevmək üçün daha çox şeyim var" dediyin üçün təşəkkürlər.
Mənim bir nömrəli pərəstişkarım olduğun üçün təşəkkürlər.
Dünya uzərindəki ən yaxşı yoldaşım olduğun üçün təşəkkürlər.
Məni məndən çox sevdiyin üçün təşəkkürlər
Mənə bütün bu duyğuları yaşatdığın üçün təşəkkürlər.


M601;n601; Ya351;atd305;287;305;n H601;r 351;ey 252;231;252;n t601;351;601;kk252;rl601;r..


Təşəkkürlər, Sevdiyim kişi olduğun üçün;
İlk görüşməmizdən sonra məni telefon başında günlərlə gözlətmədiyin üçün təşəkkürlər.
Ad günümdə anam və atama, məni sənə qazandırdıqları üçün təşəkkür etdiyin üçün təşəkkürlər.
Qafiyəsi belə olmayan eşq şeirləri yazdığın üçün təşəkkürlər.
Heç sevmədiyin halda pişiyimə dözdüyün və onun doqquz canını test etmədiyin üçün təşəkkürlər.
Qolunu "Bu mənim, dtoxunulmaz" işarəsi kimi boyuma dolamadığın üçün təşəkkürlər.
Yoldaşlarımla yoldaş olduğun üçün təşəkkürlər.
Bal ayının bitdiyini mənə heç bir zaman söyləmədiyin üçün təşəkkürlər.
Əslində heç görmək istəmədiyin bir filmin quyruğunda mənimlə birlikdə saatlarla gözlədiyin üçün təşəkkürlər.
Masanın üzərinə çərçivəli bir şəkilimi qoyduğun üçün təşəkkürlər.
Məni işimdən axtarıb qulağıma şirin axmaqlıqlar pıçıldadığın üçün təşəkkürlər.
Duşda sürpriz qonağım olduğun üçün təşəkkürlər.
Öz səhvlərini qəbul etdiyin və mənimkiləri gündəmə gətirmədiyin üçün təşəkkürlər.
"Mən" ıi "Biz" olaraq dəyişdirdiyin üçün təşəkkürlər.
"Xeyr" ıın "xeyr" mənasını verdiyini anladığın üçün təşəkkürlər.
"Yooox" un "Bəli" mənasını verdiyini anladığın üçün təşəkkürlər.
Məni məndən çox sevdiyin üçün təşəkkürlər.
Mənim olduğun üçün təşəkkürlər, sonsuza qədər.


Şərhlər:
Baxılıb: 1396
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz