Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sevdiyini itirməmək üçün fədakarlıq
Sevdiyini itirməmək üçün fədakarlıq
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2157
Səs ver:

 

 

Anar  və Leyla adında 2 gənc var imiş. Qız çox gözəl, oğlan da çox yaraşıqlı imiş… Onlar bir-birini sevmiş və evlənməyə qərar vermişlər. Hər ikisinin də ailəsi bu yekdilliklə razı imiş. Bir neçə müddətdən sonra Anar ailəsi ilə Leylani istəməyə getmişlər. Nişan üzükləri taxılmış və toy günü də dəqiqləşdirilmişdir. Günlərin birində Anar  Leylaya zəng edir və deyir.. 

- Həyatım neynirsən?

- Heç yemək bişirirəm, yemək yeyəcəm.

- Onda yeməyini qurtarandan sonra hazırlaş, 2 bilet almışam seni kinoya aparacam.

- Baş üstə, eşqim… zəng edərəm - deyib, dəstəyi asıb, yemək hazırlamağa davam etmiş. Elə bu vaxt mətbəxdəki qaz balonu partlamış və bu
Leylanin bütün bədənini dəlik-deşik etmişdir…

Onu tez xəstəxanaya (reanimasıyaya) yerləşdirmişlər.
Anar bunu eşidən kimi qaça-qaça xəstəxanaya gəlmişdir. Leyla ayılandan sonra onunla görüşmək istəməmişdi… Çünki sifəti və bədəni yanıqdan elə bir hala gəlmişdi ki, istəmirdi Anar onu bu vəziyyətdə görsün… Anası Leylanin yanına gəlib «Qızım, Anar çox pərişan vəziyyətdədir, onu niyə görmək istəmirsen?!» — demiş. Leyla «Ana, sən belə mənim üzümə baxa bilmirsən, o necə baxsın?!» deyir.

«Ona de, məni gözəl halımla xatırlasın, bir də məni axtarmasın, hər şey bitdi!»

Anası qızın dediyi hər şeyi olduğu kimi
Anar a çatdırmış...

Anar kədərli halda xəstəxananı tərk etmiş, maşını sürətli sürərək ağaca çırpılmış və gözləri kor olmuşdu. Anası bundan xəbərdar olan kimi bu hadisəni  Leylaya danışmış «Bax, qızım, indi sizin evlənməyiniz üçün heç bir əngəl yoxdur, onun da gözləri görməyəcək, sən də elə bundan narahat idin, bir-birinizə dəstək olarsınız».

Və beləliklə, Leyla 
Anarla evlənir. İki uşaqları olmuş. Bir qız, bir oğlan… Çox xoşbəxt həyat kecirmişlər, Leyla illər sonra ürək xəstəliyindən vəfat edir… Və onun öldüyü gün uşaqları bilirlər ki, əslində heç atalarının gözü kor olmayıbmış, sadəcə Leylani itirməmək və onunla evlənmək üçün yalan demiş…

Sevdiyini itirməmək üçün bu qədər fədakarlığı gözə ala bilən insan görəsən indi də varmı bu dünyada?



Şərhlər:
Baxılıb: 2157
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz