Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Mən səndən bir zərrə sevgi istədim
Mən səndən bir zərrə sevgi istədim
Göndərən: MALIS
Şərhlər:
Baxılıb: 3016
Səs ver:
Mən səndən 1 zərrə sevgi istədim. Demədim məni dünyalar qədər sev, demədim məni canından çox sev. Sənin 1 zərrə sevgin belə məni yaşatmağa dəyərdi. Qəlbimdə sənsizlik hökm sürür. Yaşayıram amma nəfəs ala bilmirəm. Bu anda əllərimi tutacaq, məni qucaqlayıb buraxmayacaq sənə ehtiyacım var. Sənsə ən pis günlərimdə belə yanımda yoxsan. Bu sevgidirmi? Bunun sevgi olduğunu ancaq sən qəbul edərsən. Sevgi sevdiyinin pis və yaxşı günündə ona sahib çıxmaqdır. Sevgi sənin kimi parkda gəzmək, telefonla mesaj yazmaq deyildir. Qəlbim buz kimidir. Bu qəlbi sən soyutdun, bu qəlbə ümid verib sən tək buraxdın. Burda demirəm günahların hamsı sənindir. Əlbəttə mənim də günahım var. Ən böyük günahım sənsən. Səni sevməyimdir. Yenə qış gəldi, yenə qarlı günlər, yenə səssizlik və sükut, yenə də sən yoxsan. Niyə yoxsan? Məni incitmək xoşuna gəlirmi? Səninlə döyünən, sənin sevincli və kədərli günlərində yanında olan insana əzab vermək xoşuna gəlirmi? Əgər belədirsə öldür məni amma o 1 zərrə sevgindən məhrum etmə. Amma indi öldürmüş kimisən sənin yoxluğun məni öldürüb. Sənin yalanların məni öldürüb. Sənin laqeydliyin məni öldürüb. Artıq sən mənim gözümdə bir zamanlar sevdiyim dəyər verdiyim insan deyilsən. Sən dəyişmisən. Mən indi sənin gözlərinə baxa bilmirəm, çünki bir zamanlar sevdiyim insanı o gözlərdə görə bilmirəm. Heç bir dəfə də olsun demisən bu niyə belədir? Mənim bir zamanlar sevdiyim dəyər verdiyim insan belə deyildi. O insan həmişə sevinclə baxıb gülümsəyərdi, o insan qayğı, nəvaziş doluydu, o insan qəlbi böyük qəlbində başqalarına da yer verən insan idi. O insan təkcə özünü fikirləşməzdi. O insanın sevdiyi var idi. Amma indi o insan yoxdu daha. İndi mən sənin gözlərində qəddar qəlbi daş sevgisiz, nifrət dolu bir insan görürəm. Mən bu insanı sevmirəm. Mən bir zamanlar sevdiyimi geri istəyirəm, o sevinc dolu günləri geri istəyirəm. O məhəbbət dolu gözləri geri istəyirəm. Qəlbimi geri istəyirəm, sönmüş ümidlərimi geri istəyirəm, o təbəssümü geri istəyirəm. Bilirəm bir gün nə vaxtsa geri gələcəksən. Əllərimdən tutub məni qucaqlayıb buraxmayacaqsan. Yenə əvvəlki günlər kimi xoşbəxt olacayıq. Amma bunlar sadəcə kiçik sınmış ümidlərdir.
Bəzən özlüyümdə fikirləşib deyirəm. Mən ona layiqəmmi? Mən onun kimi yalnızca özünü sevən insana layiqəmmi? Əlbəttə ki, yox. Mən daha yaxşılarına layiqəm. Amma yenə təkrara qayıdıb səni sevməyə davam edirəm. Yenə əzab çəkirəm. Bu əzablar axı nəyə görədir? İnsan heç onu sevməyən birisinə görə əzab çəkər? Yenədə susub dururam zaman keçər hər şey düzələr deyirəm. Amma çətin. Çətin mən səni geri qaytara bilim. Bəlkədə sənin dediyin kimi desək biz ayrı dünyaların insanlarıyıq. Biz bir-birimizə laiq deyilik. Artıq sənin yoxluğuna uyğunlaşa bilirəm və ürəkdən bir zamanlar qəbul etmədiyim deyəmədəyim sözləri deyirəm. Xoşbəxt ol...!!! Sən bu sözə layiq olmasanda sənin xoşbəxtliyini istəyirəm çünki bir zamanlar sevdiyim insanın bədbəxt olmasını istəmərəm. Sənə nifrət edə bilərəm. Amma heç vaxt sənin pisliyini istəmərəm. Sənə son sözüm Əlvida olacaq. Bağışla məni...


Şərhlər:
Baxılıb: 3016
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz