Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Riskli əlaqələr və həlləri!
Riskli əlaqələr və həlləri!
Göndərən: Ayten Melek
Şərhlər:
Baxılıb: 1560
Səs ver:
Ən yaxın dostunuzun sevgilisi

Bir müddət əvvəl sevgilisindən ayrılan dostunuza dəstək çıxışınız. Sonra bir gün hekayənin digər qəhrəmanına rast gəldiniz və ona fərqli baxdığınızı fərq etdiniz.

Necə başa çıxılar? Əgər mümkünsə bunu sirr olaraq saxlayın. Yaşadıqlarınızı dostunuzun öyrənməsinə heç ehtiyac yoxdur. Hadisəni necə izah etsəniz izah edin, kədərlənəcək və özünü xəyanətə uğramış hiss edəcək. Ayrıca köhnə sevgilisinin işə yaramazın təki olduğunu da onsuz da bilir.

Bu əlaqə gedərmi? Böyük ehtimalla xeyr! Çox yaxşı vaxt keçirmənizə baxmayaraq, minalı ərazində getdiyinizi söyləyə bilərik. Bir əlaqə içində üç adam sizcə də çox deyilmi? 

Qardaşınızın dostu

Qardaşınızın və onun dostlarını (xüsusilə də sizdən kiçiklərsə) uşaq olduqlarını düşünmüş ola bilərsiniz. Amma ən axmağı belə böyüyüb sizə diqqət göstərməyə başladığında qürurlanmanız da çox normal, xüsusilə qardaşınız yanınızda yoxkən iki fərqli fərd olaraq danışdığınızda düşüncəniz dəyişə bilər və yoldaş kateqoriyasından çıxa bilərsiniz. Sizdən gənc kişilərin, bəzən istiqamətləndirilməyə ehtiyacları olsa da, daha həvəsli və enerjili olduqlarını hamımız bilirik. Bu da onları cazibədar edir.

Necə başa çıxılar? Qardaşınızı qarşınıza alın və yoldaşı izah etmədən, bir əvvəlki gecə olanları onunla paylaşın. Nəticədə hamımız kişilərin öz aralarında nələr danışdığını bilirik: Gerçəkləri sizdən eşitməsi çox daha yaxşı olacaq. Ayrıca qardaşınıza bir az güvənin. Hadisəyə sizin təxmin etdiyinizdən çox daha yetkin bir şəkildə yaxınlaşa bilər.

Bu əlaqə gedərmi? Bəlkə. İkinizin də üzərinə yerləşən qəribəliyi ata bilər və qardaşınızla nələri paylaşıb nələri paylaşmayacağınız mövzusunda sərhədlər qoysanız, əlaqəniz gedə bilər.

İdman müəlliminiz

Nizamlı olaraq görüşdüyünüz idman müəlliminiz də həyatınıza girmə potensialı olan kişilərdən. Dost kimisiniz, bir-birinizin haradasa bütün həyatını və hekayəsini bilirsiniz. Üstəlik son dərəcə yaraşıqlı… 

Necə başa çıxılar? İşdə ağ yalanların qətiliklə olmaması lazım olan bir vəziyyət! Hər şəkildə dürüst olmalı amma bu əsnada onun duyğularını incitməkdən qaçınmalısınız. Ona yaşadıqlarınızın səhv olduğunu söyləməyin və al/götürəcəyiniz hər qərarda yüzdə yüz həmfikir olduğunuzdan əmin olun.

Bu əlaqə gedərmi? Gedə bilər. Onsuz  bir-birinizi sevirsiniz. Ayrıca sizcə də çıxmağa başlamadan əvvəl dost olanların əlaqələri ümumiyyətlə gözəl olmazmı? Yenə də sizi xəbərdar edək: Ayrılsanız, yalnız bir sevgilidən deyil, idman müəlliminizdən də olarsınız.

Köhnə sevgiliniz

Köhnə sevgilinizlə ayrıldıqdan bir müddət sonra qarşılaşdığınızda bir içki içməyə qərar verdiniz və "Əslində o qədər də pis biri deyil" deyə düşünməyə başladınız. Bir neçə saat sonra özünüzü yataqda tapa bilərsiniz. Tək qaldığınızda tanış biriylə yaxınlaşmanız çox təbii.

Necə başa çıxılar? Ondan niyə ayrıldığınızı xatırlayın. Sonrasında isə onunla təkrar birlikdə olmanın necə bir hiss ola biləcəyini başınızda çəkin. Əgər ikiniz də dost qalmaq istəyirsinizsə, yaxınlaşmanızın yalnız seksual olmaması mövzusunda həmfikir olun.

Bu əlaqə gedərmi? Keçmişin sizi ümidləndirməsinə icazə verməyin çünki bu əlaqə getməz. Bunun səbəbi isə, niyə ayrıldığınızın cavabında yatır.

/Mənbə.Qadınlar.biz/ 


Şərhlər:
Baxılıb: 1560
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz