Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Şübhə - sevgini yox edən səbəblərdəndir
Şübhə - sevgini yox edən səbəblərdəndir
Göndərən: Wiyinka
Şərhlər:
Baxılıb: 1702
Səs ver:
Şübhə insana psixoloji zərər vuran ən əsas amillərdən biridir. Bu elə gizli təhlükədir ki, insanı daxilən yeyib-bitirir, qəlbini, beynini məşğul edərək, ətrafına qarşı sevgisizlik və güvənsizlik yaradır, pessimizmə sürükləyir. Şübhə hər zaman və hər mövzuda ortaya çıxa bilər və ən geniş yayılan növlərindən biri, insanın özünə duyulan sevgidən şübhə duymasıdır. Bəs bu nədən qaynaqlanır? İnsan hansı hallarda ona göstərilən sevgidən şübhə duyur?

Qarşılıqlı inam və etibar olmadıqda, insanlar qarşılarındakı şəxslərin onları həqiqətən sevib sevmədiklərindən şübhə duyurlar. Ağıllarını hər zaman bir sual məşğul edir: "Görəsən məni həqiqətənmi sevirlər?”

Şübhə əslində nəfsin insana verdiyi mənfi təlqindir. Sevgi ilə bərabər səmimiyyəti də məhv edir. Sevgisizlik və səmimiyyətsizlik isə insanın hüzurlu yaşamasına, xoşbəxt olmasına mane olur. Sevgi dolu bir həyat yaşamaq istəyən insan hər şeydən əvvəl sevgi məfhumunu yaxşı anlamalıdır. Əsl sevgi nədir? Əgər insanlar bu sualın cavabını həqiqi mənada anlasalar, əsl sevgini də yaşayarlar. Cəmiyyətlərin sevgisizlikdən əziyyət çəkməsinin səbəbi bu məfhumu anlaya bilməmələri, ağılları ilə yox, duyğuları ilə hərəkət etmələri, öz nəfsi mühakimələrini etmədən qarşı tərəfdən ən mükəmməlini gözləmələridir. Sevgisizsənsə, insanlarla münasibətindəki səmimiyyətdən şübhə duyursansa, birinci öz nəfsini mühakimə etməyi bacarmalısan, özünə tez-tez bu sualları yönəltməlisən. "Yaşamaq istədiyim əsl sevgi üçün mən nə qədər cəhd edirəm? Əsl sevgini yaşamaq üçün hansı xüsusiyyətlərə sahib olmalıyam? Və ya hansı xüsusiyyətlərim sevgiyə mane olur?”

Keçici həvəslərə, maddi dəyərlərə söykənən, qarşılıqlı mənfəətlərə əsaslanan və mənəvi baxımdan heç bir dərinliyi olmayan sevgi şübhəsiz ki, əsl sevgi deyil. Ətrafınızdakı insanları müşahidə edin. Onlar üçün sevgi meyarı budur: "Zənginsənsə kasıbla, təhsillisənsə təhsilsizlə, fiziki baxımdan gözəlsənsə çirkinlə dostluq münasibəti qura bilməzsən. Ayrı dünyanın adamlarısız” Əgər sən də dost seçərkən, sırf bu meyarları əsas götürsən, əlbəttə ki, ömrün boyu şübhələr içində boğulacaqsan, sevgisizlik həyatına hakim olacaq.

Əsl sevgi Allah sevgisidir. İnsanları da Allah sevgisi ilə sevəndə həmin sevgi dəyər qazanır. Bu sevgi daimidir, əsla bitib-tükənmir. Çünki artıq dünyəvi səbəblərlə qiymətləndirmirsən qarşındakını, onun fiziki quruluşunun çox gözəl olması sevgi səbəbin deyil. Anlayırsan ki, zaman keçəcək, o gözəllik itəcək. Bu da o deməkdir ki, sevgin də gözəlliklə birlikdə gedəcək. Anlayırsan ki, birinin sırf xarici görünüşünə görə onu sevmək bir az kobud dillə desək, ətinə, canına vurulmaqdır. Necə diksindiricidir. Bu duyğuya sevgi adını vermək olarmı? Ya da qarşındakı şəxsin çox ağıllı olması, zəngin olması səni heç maraqlandırmır. Başa düşürsən ki, bunların hamısı gəldi-gedərdi və insana əsl xoşbəxtliyi, sevgini yaşatmır. Əsl sevgi Allah eşqi ilə ruhu sevməkdir. Belə olan təqdirdə isə sevdiyin insanın xəstələnməsi, şikəst olması, qocalması, gözəlliyini itirməsi sevgini azaltmır, əksinə daha da artırır. Belə bir sevginin ən mühüm xüsusiyyəti insanın sevdiyinə qyımamasıdır. Sevdiyinə qıya bilməyən insan; Onun istəklərini öz istəklərindən üstün tutar, yəni fədakar olar. Onu təhlükələrdən qoruyar, ona hörmət etdiyini hiss etdirər, sevgisi əsla səbəblərə görə dəyişməz vəsabit qalmaz, hər zaman daha da artar, sevdiyinin qüsurunu görsə hiss etdirmədən onun qüsurunu örtməyə çalışar, yəni sevdiyinin tamamlayıcısı olar. Əsl sevgi də məhz budur: Sevdiyinin tamamlayıcısı olmaq. Ondan özünə qarşı ən mükəmməl rəftar gözləməmək, qarşılıq gözləmədən ən mükəmməl rəftarı ona göstərmək. Hər zaman optimist olmaq, onun rəftarında özünə qarşı xoşagəlməz bir şey görsən belə, küsməmək, inciməmək, bunları xeyirlə qiymətləndirmək, səbirli olmaq. Şübhə vəsvəsəsini özünə yaxın buraxmamaq və sevdiyində də sənə qarşı şübhə yaratmayacaq şəkildə hərəkət etmək.

Eqoist,laqeyd, Allah'a dərin sevgisi olmayan bir insandan beləbir sevgi gözlənməz. Bəzən sosial şəbəkələrdə "Səbəbsiz yerə birini sevirsənsə, deməli əsl sevgini yaşayırsan” kimi şablon cümlələrə rast gəlinir. Amma yanlışdır. Çünki sevgi səbəbsiz yerə də yaranmır. Mütləq cəhd etmək, diqqətli olmaq lazımdır ki, sevgini mənalı edən də budur.


Şərhlər:
Baxılıb: 1702
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz