Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bir gün biri çıxıb səni sevirəm deyər
Bir gün biri çıxıb səni sevirəm deyər
Göndərən: Wiyinka
Şərhlər:
Baxılıb: 2581
Səs ver:
Bir gün biri çıxıb qarşına "Səni sevirəm" -deyər... Nələr olar mən deyim gerisini.
Sənə sevdiyini deyər. Bütün günü səninlə maraqlanar. Hətta sadəcə səninlə yazışar. Səni xoşbəxt etmək üçün hər şeyi etməyə çalışar. Sənə nəfəsim deyər. Sənsiz nəfəs ala bilməyəcək qədər çox sevdiyini deyər. Bu sevgi üçün əlindən gələn hər şeyi edəcəyini deyər. Boş olan ürəyində bir şeylər hiss edərsən. Səninlə yatar "Gecən xeyrə" - deyər, səninlə oyanıb "Sabahən xeyir" - deyər. Çox səmimi olar. Ayaqlarını yerdən kəsər. Budur, illərdir gözlədiyin, ürəyinin tellərinə toxuna bilən budur deyə düşünərsən. İnanıb, güvənib, sevərsən. Hər kəsə ondan bəhs edərsən. Hətta ondan başqa heç nə danışmarsan. Sözlər verər, andlar içərsiniz. Gözündən bir gilə yaş gəlməsinə razı olmayacağını, ölənə qədər ayrılmayacağını deyər. Sənin möhtəşəm insan olduğunu deyər, böyük, səmimi, dürüst ürəyin olduğunu, gözlərinə görən kimi aşiq olduğunu deyər. Onun sonsuza qədər yanında olacağını düşünərsən. Hər kəsi qarşına alacaq qədər, ölümünə sevib bağlanarsan. Gələcək ailə həyatından danışıb xoşbəxt ailənizin xəyalını qurarsınız. Bəzən hətta şirin dalaşmalarda olar. Qızımızın adını belə qoyaq yox elə qoyaq. Sənə oxşasın qızımız. Amma oğlumuzda sənin kimi olsun. Həyatın artıq ondan ibarət olar. Əllərini buraxmaq istəmərsən. Qəlbinin atışını hiss edərsən. Sanki indiyə kimi heç vurmurmuş kimi. Qoxusunu dərin nəfəs alaraq ciyərlərində hiss edərsən. Hər şey gözəl gedir, çox xoşbəxtsən fikirləşərsən.
Sonra bir şeylər olar. Başa düşə bilmədiyin, anlaya bilmədiyin bir şeylər. Bir soyuqluq girər araya. Başlayar fikir verməməyə, maraqlanmamağa. Hətta smslərinə belə saatlar sonra qısa cavab alarsan. Bax onda yerdən kəsilən ayaqların üstə qırılan xəyallarınla düşərsən. Bədəninə heç nə olmasada ürəyin param-parça olar. Bilməyəcəksən ki, bir gün yavaş ölməyə başlayacaqsan. Çünki, o artıq əvvəlki "O" - deyil. Sıxılıb, artıq yazmaq belə istəməyən biri olar. Bəhanələr gətirər. "Xasiyyətin dəyişib, çox qısqanclıq etməyə başladın. Uşaq kimi aparırsan özünü". O bəhanələr axtarıb səndən canını qurtarmanın yollarını axtaracaq. Bəlkədə çoxdan başqasıyla danışır olacaq. Sən yenə ondan danışacaqsan hər kəsə. Bu dəfə qanlı göz yaşlarıyla. Axı biz söz vermişdik, and içmişdik. Ola bilməz o məni yarı yolda qoya bilməz. Başlayacaqsınız yaşadıqlarınızı bir-bir gözünüzün önündən keçirib yenidən yaşamağa. Özünüzü günahlandıracaqsınız. Harda səhv etdiyinizi tapmağa çalışacaqsınız. Artıq gecələri onunla açdıgın səhərlərə göz yaşların dostluq etməyə başlayacaq. Bu sevgi uğrunda əlindən gələni etməyə çalışacaqsınız. "Bəlkə dönər ümidi ilə". Nəfəsimsən deyən insan artəq sənsiz "Nəfəssiz" - yaşayır. Bir gün geri dönsə, bağışlamaram, barışmaram deyərsən. Bu saxta sözlərlə özünü aldadıb amma həmişə onun dönməsini gözləyərsən. Sonra nə olacaq? Sənə nə olacaq? Sən yaşarkən yavaş - yavaş ölərsən...


Şərhlər:
Baxılıb: 2581
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz