Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sonuncu ölən ümidlər
Sonuncu ölən ümidlər
Göndərən: Nuray
Şərhlər:
Baxılıb: 2686
Səs ver:
Bir gün bir qız gördüm parkda .Otracaqdatək əyləşib dənizə baxırdı . Gözlərində kədər vardiı. Sanki kimisə gözlüyürmüş kimi gözlərini dənizdən çəkmirdi.Yaxınlaşdım^
- Salam
- Salam
- Yanınızda əyləşsəm narahat etmərəm sizi ?
- Mənə görə narahat olma , narahat etmirsən
- Olar bir söz soruşum ? Söz verirəm get dediyiniz anda çıxıb gedecəm
- Buyur
- Gözlərinizdə kədər gördüm yəqin ki bunun bir səbəbi var . Demək istəmərsiz ?
- Istəmirəm öz dərdimlə sizidə dərdə salım
- Yox . Bəlkədə öz dərdimi unutmuş olaram
Üzünü dənizə tərəf tutub dedi :
- Mən anamın üzünü görməmişəm , hələ çox balacaydım anam rəhmətə gedəndə . Nə bacım var nədəqardaşım .Tək atam böyüdüb məni , imkanımız yaxşı olub .Nişanlamışdı atam məni Nişanlım ,rəfiqələrim var idi . Ama bir gün .............
Susdu bir anlığa , gözləri doldu , əzab çəkdiyini hiss etdim . Peşman oldum soruşduğuma görə - ama düşünürdüm ki dərdini söyləsə bu qədər fikirli və dərdli olmaz .
Davam etdi söhbətinə :
- Ama bir gün atam məni yanına çağırdı ( ad günüm idi ) - təbrik edib dedi :
- Gedək sənə istədiyin hədiyyəni alacam .Rəfiqələrinidə , nişanlınıda axşam ad gününə çağırarsan .
Hədiyyəni alıb evə qayıdan zaman maşin qəzası baş verdi atamıda itirdim ...
Göz yaşını saxlaya bilmirdi . O ağladıqca , o danışdıqca parçalanırdı ürəyim.
- Atamı itirdikdən sonra tək qaldım . Heç kim mənə yaxın durmadı .Əmim atamnan qalan evi , maşını , hərşeyi əlimnən alıb məni küçəyə atdı . Nişanlımda nişani qaytardı ,rəfiqələrimdə mənnən uzaqlaşdılar.
- Axı niyə ?
- Çünki qəzadan sonra ayağımın biri şikəst oldu . Üzümü kimə tutdumsa
- mənim şikəstə baxmağa halım yoxdu - dedi .
Həmdə daha nə atam nədə atamın var -dövləti vardı . 
Danışdıqca göz yaşları yanağınnan süzülürdü . Əlində bərk-bərk tutub saxladığı nəsə birşey var idi . Bir anlığa susmuşduq ikimizdə .O məsum üzü gördükcə ürəyim parçalanırdı . Dolmuşdu gözlərim ancaq özümü saxlamışdim . Əlimi uzadıb dedim:
- O əlindəki nədir ele baxmaq olar ?
Əlini qırağa çəkib qorxa-qorxa
- Nə olar alma onu mənnən dedi
- Qorxma onu sənnən almaram , onu sənnən hecç kim ala bilməz .
Axı o nədir sənə bu qədər əziz ?
Əlini açdı . Üstündə bir yazı olan yaylıq var idi əlində . Bu mənə anamnan yadigar qalıb.
- Nə olar get daha , məni tək burax
- Bəs sən hara gedəcəksən ?
- Məni düşünmə get
- Yox . Səni tək buraxıb gedə bilmərəm
- Sən mənə söz vermişdin axı - get
- Sabah yenə gələcəm bura səni görməyə
Getmək istəmirdim ama ona söz vermişdim .Durdum .Yavaş-yavaş uzaqlaşırdım ondan ancaq fikrim , ürəyim hələdə o qizın yanında idi . Getmək istəmirdi ayaqlarım ancaq sözümü tutmalıydım .Birdən bir səs gəldi - maşının kimisə vurduğunu hiss etdim...Qara buludlar aldı başımın üstünü , qaraldı gözlərim . Ürəyimdə - Nə olar ay Allah kaş o qız olmayaydı - deyib yalvarırdım . Arxaya döndükdə camaatın bir yerə yığışdığını gördüm . Qaçıb özümü çatdırdım.Gözlərimə inanmaq istəmirdim - həmin qiz idi , əlində bərk-bərk sıxdığı yaylığıda yox idi əlində .Başını dizlərimin üstünə qoyub - "Ölmə nə olar ölmə "- deyib qışqırırdım . Bir maşına qoyub xəstəxanaya çatdırdıq .Ama daha çox gec idi - canını tapşırmışdı Allaha . Mənsə bunu qəbul edə bilmirdim .Xəstəxanada - Yox ola bilməz - deyib dəlilər kimi qışqırırdm ... Yanağımnan yaş- süzülürdü əllərinə . Buraxmaq istəmirdim əllərini bərk-bərk tutub saxlamışdım . Sanki onu qoymurdum getməyə ama artıq çox gec idi - o yox idi həyatda .
Hər gün ürəyim qan ağlayırdi . Təsəlli tapmaq üçün məzarının üstünə gedib danışırdım daş parçasının üstündəki rəsmi ilə . Bir gün - onu ilk dəfə gördüyüm yerə getdim . Boş otracaqlar ,solğun çiçəklər, ətrafda gəzişən insanlar. Ancaq tək o yox idi . Durub getmək istəyərkən bir vaxt əlində bərk- bərk sıxdığı ,ona hərşeydən əziz
olan yaylığı gördüm otracağın altında . Sanki öləcəyini bilirmiş kimi bir xatirə saxlamışdı yaylığını otracaqda . Axı mın durub gedərkən ona demişdim sabah yenə gələcəm bura səni görməyə . Yaylığı açdım və oxudum ...
Bu dünyanı tərk edirəm əlvida
Gözlərimə baxma qəmli bağışla
Tək buraxıb səni gedirəm əlvida
Bağışlaya bilsən əgər bağışla ..


Şərhlər:
Baxılıb: 2686
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz