Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qayıt mələyim
Qayıt mələyim
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1125
Səs ver:
Ciskinli, dumanlı bir gün idi... Dumandan göz-gözü görmürdü. Amma buludların arasından boylanan bir mələk bayaqdan ona baxırdı. Mələk gözlərini ondan çəkə bilmirdi. Ovsunlanmışdı elə bil... Nə idi Onda mələyi cəlb edən? Yaraşıqlı olmasımı? Qəddi, qamətimi? Yox... Hec biri. Bəs niyə vurulmuşdu mələk Ona? Çox sadə: Öz dünyasını tapmışdı mələk onun gozlərində. Özünü tapmışdı... Hiss edirdi mələk. Duyurdu ki, bu insanın dayağa, güvənə biləcəyi birinə ehtiyacı var.
 
Bu kədərin adı "Yalnızlıq" idi. Hər ikisi yalnız idi. Bir dəfə Onun gözünə göründü mələk. Sonra tez gizləndi. Həmin gündən O mələyi diləməyə başladı Tanrıdan. Nə qədər vədlər etdi... Bütün ömrünü gözel mələyə olan eşqi ile yaşayacağına, bu eşqin tükənməz olduğuna söz verdi... İnandı vədlərə mələk... Birgün yağışdan tutub endi yerə nəhayət. Həmin gün bütün dünyanı verdilər oğlana. Elə mələk də onu hərtərəfli anlayan,bir-birini adi baxışlardan duyan,onun arzularına,məqsədlərinə həmdəm birini tanıdığına görə çox sevinirdi. Axı heç kim anlamırdı əvvəllər mələyi. Nə deyim, Xoşbəxt idilər... Zaman keçdi. Artıq əvvəlki kimi əzizlənmirdi mələk. Oğlanın ürəyi zindana dönmüşdü elə bil. Sevgisi o zindandan kənara çıxmırdı. Mələk də gərək orada qalaydı... Artıq əvvəlki gözlərlə baxmırdı mələyə. Sevgisimi tükənmişdi? Yoxsa yorulmuşdu? Yox...
 
Heç biri. Səbəb başqa idi: O SADƏCƏ İSTƏYINƏ ÇATMIŞDI ARTIQ... Ona görə də verilən vədlər, sözlər, mələyə nail olmaq üçün çəkdiyi həsrət,tökdüyü göz yaşı � hər şey unudulmuşdu... Hər şey... İnsanların çoxu belədi. Bir şeyi istəyir. Ona nail olmaqüçün vuruşur,çarpışır. Hətda ölümə belə razı olur bəzən... Lakin ona çatdıqdan sonra dəyərini bilmir. "Əgər nail ola bildimsə,demək ki, artıq mənimdi o. Nə ürəyimdən keçər, onu da eləyərəm. Vəssalam." Budur insan düşüncəsinin səhvi...  
 
  Mələk peşman olmuşdu. Səmani dinləməyib yerə endiyinə görə elə peşman idi ki.
Oğlanı son dəfə öpdü mələk. Son dəfə sığal çəkdi saçlarına. Qalxdı doğma səmasına... İndi də hərgün izləməyə davam etdi Onu mələk... Oğlan "Qayıt mələyim... Dəyişəcəm mələyim... Qayıt... Qayıt mələyim..."desə də,enmədi bir daha mələk...
 


Şərhlər:
Baxılıb: 1125
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz