Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Böyük eyvanda qağayılarla səhər yeməyi yeyərkən hər zaman səni izləyəcəyəm... (II hissə)
Böyük eyvanda qağayılarla səhər yeməyi yeyərkən hər zaman səni izləyəcəyəm... (II hissə)
Göndərən: Nuray
Şərhlər:
Baxılıb: 1112
Səs ver:
Bir gün uşaqlığının, gəncliyinin və bütün həyatının birliktə keçdiyi rəfiqəsi ilə dərdləşərkən, artıq dözə bilmirəm, sənə deməliyəm bunu - deyə sözünü kəsdi rəfiqəsi. O, səni aldadır. İş yerimin düz qarşısındakı restoranda gənc bir xanımla hər gün nahar edir. Sonra da bir-birlərinə sarılıb maşına minirlər...
Sus! Sus! Eşitmək istəmirəm bu yalanları deyə bağırdı Sevda. Neçə illik rəfiqəsini onun xoşbəxtliyini qısqanmaqla günahlandırdı...
Ertəsi gün nahar vaxtı o restoranın qarşısında bir küncə sıxıldı səssizcə və pəri nağıllarının sadəcə nağıl olduğunu başa düşdü... Həyat yoldaşının əvvəllər eyni xəstəxanada işlədiyi gənc tibb bacısını tanıdı o saat. Bəzən evlərinə qonaq gələn qadına necə sarıldığını gördü Aqşinin...
Axam həyat yoldaşı evə gələr-gəlməz bəzən bağıraraq, bəzən ağlayaraq, bəzən ona möhkəm-möhkəm sarılaraq, bəzən də yumruqlayaraq söylədi üzünə hər şeyi. İnkar etmədi Aqşin. Zamanla hisslərin dəyişə bildiyini, insanların orta yaşa çatdıqda fərqlilik axtardığı kimi bir neçə bəhanə sadaladı və çemodanını götürün çıxdı evdən. Qapıdan çıxarkən son bir dəfə qucaqlamaq istəyirəm səni dedi, amma Sevda rədd ol dedi nifrətlə...
İlk andaca boşandılar... Leyli və Məcnunun belə həsəd apara biləcəyi müasir bir eşq macərasının belə sonlanmasına heç kim inana bilmirdi. Dostlarının dəstəyi ilə ayaqda durmağa çalışdı qadın. Aqşinin sevgilisi ilə birgə Amerikada yaşadığını öyrəndi. Bəzən tək qaldığında onu hələ də sevdiyini hiss edincə, ağlamaq krizisi keçirir, sevgisinin yerini ən az onun qədər nifrətin əvəz etməsi üçün dua edirdi.
Aradan bir il keçdi... Hər şeyin dərmanı olduğu söylədiyimiz zaman belə Sevdanın dərdinə əlac olmamışdı. Bir səhər dayanmadan çalınan qapı zənginə oyandığında, qarşısında o qadını gördü. Sən buraya nə üzlə gəlmisən? deyə bağırmaq istədi, amma səsi çıxmadı. Xahiş edirəm, içəri girməyimə icazə ver, mütləq danışmalıyıq dedi gənc qız. Divanda oturdu və çətinliklə eşidiləcək bir səslə danışmağa başladı:
Hər şey göründüyü kimi deyil əslində. Çox ağrılıdır, amma Aqşin 1 saat əvvəl öldü. Keçən il Amerikadakı konqresə getdiyi zaman öyrəndi xəstəliyini və təxminən 1 il ömrü qaldığını. Buna sənin dözə bilməyəcəyini, hər zaman dediyin kimi onunla birlikdə ölmək istəyəcəyini bilirdi. Səni özündən uzaqlaşdırmaq üçün məndən sevgilisi rolunu oynamağımı istədi. Ailəsinə də xəbər vermədi. Bir yerdə Amerikada yaşadığımız yalanını yaydı. Amma özü ilk qarşılaşdığınız avtobus dayanacağının qarşısında bir ev tutmuşdu. Müalicə alır və sağalacağına inanırdı. Amma olmadı. Gecə halı pisləşib, baxıcı mənə zəng etdi, son anda çata bildim. Sənə bu qutunu verməyimi istədi...
Gözlərindən axan yaşları dayandıra bilməyəcəyini bilirdi Sevda. Elə burdaca ölmək istəyirdi. Əlindəki qutunu açdı, xüsusi diqqətlə bükülmüş xeyli sayda kağız var idi içində. İlk kağız parçasında xahiş edirəm, bu kağızları sıra ilə oxu, sevgilim yazılmışdı... Sıra ilə oxudu; Sən çox sevdim, səni sevməkdən heç zaman usanmadım, sənin üçün ölərəm deyirdin hər zaman, doğru söylədiyini bilirdim, ancaq mənim üçün ölməyini istəmədim. İndi mənə söz verməyini istəyirəm. Mənim üçün yaşayacaqsan, oldumu?.
Son kağızı götürəndə qutuda bir açar olduğunu gördü Sevda... və son kağızda bu sözlər yazılmışdı:
Sahildəki evimizi sənin çəkdiyin layihə üzrə tikdirdim. Böyük eyvanda qağayılarla səhər yeməyi yeyərkən hər zaman səni izləyəcəyəm...



Şərhlər:
Baxılıb: 1112
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz