Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Tam qovuşmuşkən
Tam qovuşmuşkən
Göndərən: anamin sirini
Şərhlər:
Baxılıb: 2137
Səs ver:
İki gənc bir dostluq ortamında tanış olurlar.
Və dostluqlarını davam etdirirlər
Sonra müəyyən müddət keçdikdən sonra ikisi də bir birilərinə olan hissləri dostluqdan artıq olduğunu başa düşürlər və etiraf edirlər.. Qız məktəbini bitirir, ancaq oğlanın təhsilini bitirməsinə hələ 2 il var. Bu arada qızın qohumları, ailəsi qızı dörd əlnən ərə verməyə çalışırlar. Oğlan isə çarəsizdir.
Qız oğlanın oxuduğu şəhərdə qala bilmək üçün hər şeyi edir. Bu arada isə ailəsi qızı ərə vermək fikrindən daşınmırlar. 
Qız sevgilisi olduğunu ailəsinə deyə bilmir. Həm də oğlan hələ oxuyur və qızdan 1 yaş balacadır. Ailəsinin necə qarşılayacağından çəkinir. Qız oğlanın olduğu şəhərdə bir iş yeri ilə danışır işləmək üçün. Ancaq orda birinci ili qıza pul verməyəcəklərini deyirlər. Bundan sonra işlər daha da çətinləşir. Onların bir yerdə yaşaya bilmələri üçün pul lazımdır amma yoxdu... Qızın ailəsi sən o şəhərdə işləsən sənə pul göndərməyəcəyik deyir. Oğlan əlindən gələni edir, gündüz oxuyur gecə işləyir. Amma nə fayda, yarım gün işləməklə o nə qədər pul qazana bilər ki?
Daha sonra qızı evlərinə çağırırlar. Qız məcburən gedir və bir daha geri dönmür.Oğlan pərişan bir halda məktəbini atır ..
Qız yaşadığı yerə gedəndə cəsarətini topluyub hər şeyi deyir, ancaq ailəsi onların arasındakı bütün əlaqələri qırırlar. Görüşmək bir qırağa heç səslərini belə eşitmirlər.
Oğlan məktəbini atdıqdan sonra bir müddət pərişan gəzir. Bu arada da qız evlənir... Oğlan bir işə girir. Və qısa müddət sonra göstərdiyi müvəffəqiyyət müqabilində get-gedə vəzifəsi artır. Və qızın yaşadığı şəhərdə işləməyə başlayır. Qız evləndikdən 2 ay sonra boşanır. Ancaq ailəsi qızı evdə dustaq edir. Oğlan qızı axtarır və münasibət qurur. Onlar hələ də bir birilərini sevirdilər. Və bir gecə qız hər şeyi gözə alıb evdən qaçır. 2 gənc bu qədər əzablı günlərdən sonra nəhayət qovuşub xoşbəxt anlar keçirmək arzusundadırlar. Oğlanın yaşadığı yerə yola çıxırlar. Yolda içkili sürücü idarə etdiyi avtomobillə toqquşurlar. İkisi də yerindəcə can veririlər.
Tam qovuşduq demişkən...

/Mənbə: Qadınlar.biz/



Şərhlər:
Baxılıb: 2137
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz