Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
"Qız: Öpüşmüsüz heç?" [maraqlı dialoq]
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 7732
Səs ver:
 
 Qız: Sevgilin olub?
Oğlan: Həəə..
Qız: Öpüşmüsüz heç?
Oğlan: Yoox))
Qız: Bəs necə sevgili idiz ki?
Oğlan: Mən onu həmişə xəyal edirdim..Deyirdim yəqin o qız mənimlə tanış olmaz..
Qız: Bir dəqiqə gözdə..Siqaretinnən birdənə ver..!
Oğlan: Götür..
Qız: Məndə Kent-4 çəkirəm)) hə söhbət elə..
Oğlan: Nə danışırdım yadımnan çıxdı.. 
Qız: Sevgilinnən))
Oğlan: Həə)) Bu qıznan tanış oldum birtəhər.. Mən heç vaxt onunla öpüşmək, sevişmək haqqında fikirləşmirdim..Ancaq istəyirdim əl-ələ bir gəzək, bir yedə deyək-gülək..Onun gözlərinə baxanda dünyada bütün dərdlərimi unudurdum..Hələ gülüşün demirəm :'(. Ən çoxda bilirsən nə ləzzət edirdi?
Qız: nə?
Oğlan: Rəfiqələri zəng edəndəki hardasan? Gəl gedək gəzməyə..!
"Sevgilimnən gəzirəm, mənə bunnan artıq nə lazımdı ki" deməyi
Qız: =)
Oğlan: Çox qısqanc idi..Həmdə şıltağ idi..Tez-tez küsürdü)) Amma tezdə barışırdı..
Qız: Bəs indi hardadı o qız?
Oğlan: Bu gün ayrıldıq.. ((
Qız: Niyə?
Oğlan: Bilmirəm..Heç nəyin üstündə..Dalaşdıq..Dostum dedi ki sevgilini başqasıyla görmüşəm
Qız: Bax məndə nə vaxtsa sevirdim..Həyatımı yalnız bir oğlana bağlamışdım..Dünyada bizdən xoşbəxt cütlük yox idi bəlkədə..O qədər çox sevirdikki bir birimizi hətta görüşdən sonra ayrılmaqda istəmirdik..Amma bir gün bir qız bizim aramıza girdi..Bizi ayırdı.. Sonra nə sevgilim, nə də mən qürurumuza sığışdırıb bir-birimizdən üzr istəyə bilmədik. Elə alındı ki mənə onun evləndiyi dedilər..Məndə başqa oğlanla görüşdüm..Amma o oğlanı heç cür sevə bilmirdim..Başa düşürdüm ki oğlana mən yalnız sevişmək üçün lazımam..Vaxt gəldi öyrəndim ki sən demə heç məni sevən oğlan evlənməyibmiş, əvəzinə mənim başqasıyla gəzdiyimi görüb intihar edib..Məndə ondan sonra həyatın mənasız olduğunu gördüm..Beləcə Club-Bar qızı olub getdim..
Oğlan: ... (
Qız: qollarımdakı şramları görürsən?
Oğlan: Həə((
Qız: Bax intihar etmək istəmişəm, amma heç vaxt ölmək mənə nəsib olmayıb!
Oğlan: (
Qız: Bax həyat belədir..Xoşbəxt insanları ayırar.. Sənsə mübarizə aparmaq əvəzinə çıxış yolunu klubda içməkdə görürsən! Telefonu götür və sevgilivə zəng elə!
Oğlan: =(
Qız: Tezzz!
Oğlan telefonu götürür və zəng edir:
- Alo..bağışla sevgilim.. Mən səni..
+ Dəli məndə səni sevirəm!! ♥

Bax belədir həyat..Eləki xoşbəxt olursan kimsə göbələk kimi pırtdıyıb çıxır ortaya..İki sevənin arasın vurur, sonrada heç nə olmamış kimi aradan çəkilir..Arada olan sevənlərə olur..Ona görədə sevginizin qədrini bilin..Onun-bunun sözünə inanıb tələsik qərar verməyin..Əgər sevirsənsə, ürəyinə görədirsə, səni  özün kimi, olduğun kimi qəbul edirsə onu tək buraxma! Tut əlindən mənimsən de!! Kimsəsiz buraxma!


/Mənbə: Qadınlar.biz/


Şərhlər:
Baxılıb: 7732
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz