Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Birini gəlməyəcəyini bilə-bilə gözlədiniz?
Birini gəlməyəcəyini bilə-bilə gözlədiniz?
Göndərən: GuNaY ALiYeVa
Şərhlər:
Baxılıb: 1798
Səs ver:
Birinin gəlməyəcəyini bilə-bilə gözləmək necə bir şeydir bilirsiniz? Gəlməyəcəyini bilə-bilə gözləmək. Gəlməməsinə inad gözləmək bəlkə də, o sənə inad gəlməzkən, səndə ona inad gözləyərsən. Özünə inad gözləyərsən bəlkə də, yalnız ona deyil də. Nəticədə səndə bilərsən gəlməyəcəyini, getdiyini, dönməyəcəyini. Amma yenə də gözləyərsən. Hər gün içində eyni ümidlə, ya gələrsə deyərək və görüncə gəlmədiyini içindəki ümidin necə söndüyünü, qanının çəkildiyini, xəyallarının suya düşdüyünü görərək. Hər gün bir az daha ölərək, hər səhər yenidən doğularaq. Səhərlər doğulub, içindəki ümidi sevgini böyüdüb, axşamları yenidən ölərək. Bəlkə də ancaq belə yaşaya bilərək. Əgər gəlməyəcəyini bilərək gözləməzsənsə yaşaya bilməzsən ki, onsuz da. Bitərsən, bax əsl bitdiyin an onun gəlmədiyi an deyil, sənin gözləməyi buraxdığın andır...
Bəzən də gözləməkdən yorularsan. Həyata təslim olarsan. Bax o an həqiqətən ölərsən. Elə ya təkrar başlamaq üçün bəzən yaxşıca dibə vurmaq lazımdır. Bitdim deyərsən amma əslində bitməzsən, yavaş yavaş yenə həyata qarışarsan. Həyat səni elə bir başına buraxmaz əsla çünki. Üstünə dostlar salar, işlər salar, problemlər salar. Əvvəl nəzakətlicə çagırır səni, baxdı ki gəlmirsən güc tətbiq etməkdən çəkinməz, elə çox naza filan gələ bilməz. Araya vasitəçilər qoyar, nə edər, nə edər ,sonunda istədiyini əldə edər. Yavaş, yavaş. Sonra düzələrsən, yaxşı hiss edərsən. Nəticədə bitmək ayıb deyil artıq sənin üçün. Bir müddət keçər, həyat bu vəziyyətdən məmnun, ətrafındakılar məmnun, elə ya madam hər kəs xoşbəxt, məmnun sən niyə olmayasan ki deyə düşünərsən. Əslində doğrusunu demək lazım olsa çoxda düşünməzsən. Qorxarsan elə çox düşünməkdən. Gərəkdə yoxdur onsuz da. Axıntıya buraxarsan özünü. Bu da başqa cür bir  vazgeçməkdir onsuzda...
Və gözlədiyin gələr. O gələr. Eləcə gələr, 'Mən gəldim' deyər və gələr. Hətta bəzən elə bir gələr ki, sanki gözlədən o deyilmiş kimi, əhəmiyyətli hesab etməz. Onsuz da həmişə sən onu gözdən çıxarmışkən gələr. Gələr və zəlzələni də özü ilə gətirər. Yandırar, yuyar ortalığı, sənin etdiklərini pozar, hətta elə bir pozar ki daş daş üstündə qalmaz .Bax əhəmiyyətli olan bundan sonrasıdır. Əgər təsirlənməzsənsə, özünü qapdırmazsansa hər şey möhkəmdir. Hətta o qədər sağlamdır ki artıq qurduqlarını səndən başqa heçkimsə yumaz. Yaxşı, ya onun pozduqlarına diqqət belə etməzsənsə, dağılsan, onunla sovrulmağa başlarsansa. Onsuz da sən heç gözləməyi buraxmamısan deməkdir. Özünü belə yalanlarınla aldatmısan deməkdir.
Niyə qəbul etmirik ki, əslində? Həyat onsuz da gözləməkdən ibarət deyil? Mütləq ki ömür boyunca bir şeyi gözləmirikmi? Axşam olmasını gözləyirik işdən çıxmaq üçün, səhər olmasını gözləyirik oyanmaq üçün, əvvəl eşitməyi gözləyirik nə hiss etdiyimizi söyləmək üçün, itirməyi gözləyirik onsuz çox darıxdığımızı anlamaq üçün...

/Mənbə: Qadınlar.biz/


Şərhlər:
Baxılıb: 1798
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz