Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Xoşbəxtlik və Romantika üçün kiçik jestlər
Xoşbəxtlik və Romantika üçün kiçik jestlər
Göndərən: PRETTY_GIRL
Şərhlər:
Baxılıb: 2304
Səs ver:
Qadınların bir çoxu kişi yoldaşlarının kifayət qədər həssas olmadığından şikayətlənər. Halbuki edilən kiçik jestlər və kiçik sürprizlər qadınların ürəyini qazanmağa bəs edər.
Bəzən heç düşünmədən etdiyiniz kiçik bir jest, sevgilinizin sizə daha da bağlanmasını təmin edə bilər.

Budur bir-birindən maraqlı kişi jestləri:
* Bədən istilik tarazlığınız eyni deyil. İsti havada mütləq kondisionerlə yatmaq istəyir. Lakin siz üşüməyin deyə yuxusunda tərləməyə etiraz etmir.
* Uzun zamandır  kompüterinizə yeni proqramlar əlavə etmək istəyirsiniz, lakin bu mövzuyla əlaqədar kafi təchizatınız yoxdur. Bir səhər ofisə getdiyinizdə kompüterinizin aktiv olduğunu görürsünüz. Bir gecə əvvəl geç yatmasının səbəbi buymuş sən demə.
* Həftənin tək tətil gününü təbii ki, alış - veriş etməyə ayırmaq istəmir. Amma yoldaşınızın ad günü üçün almaq istədiyiniz hədiyyəyə baxmaq üçün sizinlə bütün gün gəzir.
* Uzun nəfəsli bir birliyiniz var. Sizə arada sırada sizə mesaj atmasını ya da e-poçt göndərməsini istəyirsiniz. İşlərinin çox  olduğu bir dövrdə sizə romantik mesajlar yazır.
* Küçədə gedərkən əlinizi tutması təbii bir davranışdır, amma bir çox kişi xüsusilə də ətrafında kişi yoldaşları varsa sizdən uzaqlaşar və hər kəsə "maço" bir kişi olduğunu göstərər. Sevgiliniz heç kimdən çəkinmədən  sizin bunu istədiyinizi bildiyindən küçədə gedərkən əlinizi buraxmır.

Kiçik şeyləri sevənlər üçün bir neçə gözəl təklif.
* Evinizdəki vazoda mütləq davamlı təzə çiçəklər olsun. Beləcə yoldaşınız ya da sevgiliniz, evə çiçəklə gəlməyi vərdiş halına gətirə bilər.
* Yoldaşınız əl-ələ alovlanmağı sevmir ya da ağlına gəlməmiş gəlmir ola bilər. Amma çölə çıxdığınızda əlini tutursunuzsa sizin bundan xoşlandığınızı düşünüb əlinizi tutmağa başlaya bilər .
* Arada bir onu nə qədər çox sevdiyinizi bildirməkdən çəkinməyin.
* Sevgiliniz televizor seyr edərkən ya da yatarkən barmaqlarınızı saçlarında gəzdirin, üzünə, çiyinlərini, əllərinə və qollarına sevgi dolu toxunun.
* Boyuna və başına öpüşlər qondurun. Sevginizi çəkinmədən əldə et.
Bu davranışlar onda da bənzər reaksiyalar oyandıra bilər.

Romantika sizin üçün nə ifadə edir?
Yaxşı, siz yoldaşınızın ən çox nələrdən xoşlandığını bilirsiniz? Sizə edilməsindən zövq aldığınız ancaq yoldaşınıza axmaq görünən şeylər varsa bunları yoldaşınızla danışmaqdan çəkinməyin. Bəlkə də sizə bahalı bir hədiyyə almaq yerinə, bir dəstə çiçək gətirsə çox daha xoşbəxt olacağınızın fərqində deyil!

/Mənbə: Qadınlar.biz/



Şərhlər:
Baxılıb: 2304
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz