Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Gecikdim. (Final)
Gecikdim. (Final)
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2210
Səs ver:
 Şəkilin altında isə yazılmışdı, "Rəhmətlik qardaşım”. Onun balaca Kənanı həyatda yox idi artıq?? Bu heç cürə ağlına batmırdı. Yox Kənan ölə bilməz. O cür enerji dolu, gözlərindən qığılcım yağan, həyatsevər uşaq həyatda yoxdu?? Mənim Kənanım. Artıq inanmaya bilməzdi bu xəbərə. Çünki, rəsmin altında onlarla insan müxtəlif vaxtlarda şəhr yazmış, Kənanın vaxtsız ölümündən kədərləndiklərini bildirmişdilər. Aynur ekran qarşısında tərpənmədən dayanmışdı. Sanki, daşa dönmüşdü. Onun həyatda olduğunu göstərən tək şey gözlərindən dayanmadan axan yaşlar idi. Zamanın necə keçdiyini anlamadı heç. Özünü toplayaraq Kənanın ölümü haqqında öyrənməyə çalışdı.
--Necə olub bu, nə vaxt?
--Cavab: 3 il olar. Qəfil durdugu yerdə ürək tutmasından.
Aynur:  3il??? Buna inana bilmirəm Kənanin ürəyi xəstə idi?
Cavab: Yox heç vaxt ürəyindən şikayəti olmamışdı.
Aynur Bəs 19-20 yaşında olan bir insanda ürək tutması necə ola bilər?
Cavab  Kənan rəhmətə gedəndə 23 yaşıi var idi.
Aynur: Necə 23???
Cavab: Hə. Kənan 1985 təvəllüd idi.
Aynur: Daha bir şok keçirir.
Aynur: Doğum tarixi nədir Kənanın?
Sənan Kənanın doğum tarixini deyir. 
Uşaq bildiyi, sevgisinə məhz uşaq olduğuna, yaşı az olduğuna görə inanmadığı, özünə yaxın buraxmadığı Kənan onunla yaşıd idi. Özüdə iyirmi bir gün fərqlə. Yox həyat ona bu qədər amansız ola bilməzdi. Sənan: Siz kim olduğunuzu deyəcəksiniz?
Aynur heçnə yaza bilmir. Durmadan ağlayır, Kənana etdiyi haqsızlığı düşünürdü. Kənanın saf üzü, uşaq məsumluğu çaşdırmısdı onu. Ona qarşı haqsız olmuşdu. Öz - özlüyündə hətta onu günahlandırmış, məzzəmət etmişdi. Amma Kənan özü həyatda olmasa belə özünü təmizə çıxarmışdı. Sonra ki, günlərdə Aynur Kənan haqqında bilmədiyi bir çox şeyi Sənandan öyrənir. Sən demə Kənan Bakı Dövlət Universitetinin tələbəsi imiş. Qiyabi təhsil aldığına görə hər gün dərslərə getmirmiş. Kənan Aynur haqqında qardaşı Sənana danışıbmış, onu nə qədər sevdiyindən bəhs edib, hətta məktub yazdıqdan sonra necə həyacanla cavab gözlədiyinin tək şahidi qardaşı imiş. Aynurun cavab yazmaması, hətta məktubu aldıqdan sonra qızların gülüşməsi Kənanın qəlbini çox incidibmiş.
Sənan onu da bildirdi ki, Kənan futbolu çox sevirdi. Yaşına, artıq tələbə olmasına baxmayaraq özündən yaşca balacalarla futbol oynayırmış. Evin kiçiyi olduğuna görə çox ərköyün imiş. Həmişə özünü uşaq hesab edər, uşaq kimi hərəkətlər edərdi. Qısacası uşaq olmağı çox sevərmiş Kənan.
Artıq aylar keçib. Aynur hələ də özünə gəlməyib. Elə gün olmur ki, o səhər - axşam Kənanın şəklinə baxıb göz yaşı tökməsin, elə gün olmur ki, öz ozünü imtahana çəkib özünü günahkar çıxarmasın. Artıq həyatdan küskün vəziyyətdə yaşayır. Allahdan tək arzusu isə bir daha kimsə tərəfindən sevgi etirafı eşitməməkdi. Çünki, bunu Kənana haqsızlıq kimi düşünürdü. 
Artıq Kənanin ölümünü bildiyi gündən bəri hər dəfə Bakıya gələndə mütləq amma mütləq Kənangilin küçəsinə gedər, onların evlərinə, pəncərlərinə, Kənangilin həmişə futbol oynadıqları yerə baxib acı-acı göz yaşı tökürdü. 
Kənanın ölümünə səbəb nə idi bilmirdi, amma özünü günahkar hiss edirdi Kənanın qarşısında. Artıq onun sevgisinə də inanırdı, yazdığı məktuba da. Amma nə fayda olan olmuşdu. Nə Kənan həyatda idi, nə də onun məktubu. Tək təsəllisi kiçik oyuncaq ayısı - Kənanı, Sənanın şəkilləri içərisindən götürdüyü Kənanın şəkili, bir də Kənanın çox sevdiyi Rafet El Roman mahnıları olmuşdu. Ən çox da Rafetin "Son məktub" mahnısı.
Heç cür Kənanını gördüyü son günü unuda bilmirdi. Onun üzündə ki, kədəri, gözlərində ki, qəmi. Hətta Kənanın onun üçün son gün qoyduğu mahnıda deyilən "acıya alışarsan" sözü ox olub ürəyinə sancılırdı. O heç cür bu acıya alışa bilmirdi. Əksinə günü-gündən yarası köz olub onu yandırırdı. 
Kənanın şəkili qarşısında tək işlətdiyi söz isə "Gecikdim" idi. Bəli Aynur gecikmişdi. Kənanı sevməyə, onun saf sevgisinə, ilk dəfə edilən sevgi etirafına qarşılıq verməyə gecikmişdi. Bu gecikmə ömrü boyu onun çəkilməz yükü, dərdi olacaqdı. 
Kənanın harda öldüyünə gəldikdə isə, Kənan ilk dəfə Aynuru gördüyü yerdə, ən çox sevdiyi bir şeyi edərkən ölmüşdü. Küçədə futbol oynarkən. Bu isə Aynurun hekayəsinin sonun da yazdığı bir şəhrdir və Aynur tərəfindən yazılıb:
"Əziz oxucular, hamınıza hekayəmi oxuduğunuza göə minnətdaram. Bəyənsənizdə, bəyənməsənizdə çox təşşəkkür edirəm. Bu mənim yaşadıqlarım, həyat hekayem idi. Bəlkə də haqqım yoxdur, amma sizə bir məsləhət vermək istərdim. Çalışın həyatda nələrisə etməyə gecikməyin. Hər şeyi vaxtında etməyə çalışın. Gerçəyin nə olduğunu bilmədən öz-özlüyünüzdə qərar qəbul etməyin. Yoxsa mənim kimi peşman olarsınız və bu peşmanlıq fayda etməz. Bir gün əminəm ki, özümdə güc tapacam və Kənanın dəfn olunduğu Mehdiabad qəbirstanlığına gedəcəm. Kənandan üzr istəyəcəm və gecikdirdiyim cavabı verəcəm,
"Kənan məndə səni sevirəm. Hə Kənan sevirəm. Mən imkansızı edirəm. Səni ölümündən sonra sevirəm və sevəcəyəmdə.
Ümid edirəm ki, Kənan məni bağışlayar."
SON

Müəllif: Aynur(M.R) 


 


Şərhlər:
Baxılıb: 2210
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz