Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hər Vida Çıxdığı Qapını Açıq Buraxar
Hər Vida Çıxdığı Qapını Açıq Buraxar
Göndərən: PRETTY_GIRL
Şərhlər:
Baxılıb: 1359
Səs ver:
HƏR VİDA ÇIXDIĞI QAPINI AÇIQ BURAXAR
Ayrılıq, yarımların ağrısını buraxar ömürümüzün hər hansı bir vaxtına. Yaşanılan acı yalnız bir sözcüyün sıraviliyinə sığdırılmışdır. Halbuki o, nəfəs alıb verilən hər dəqiqədə gizlidir. Gecənin qaranlığı ilə gələn sızı, immiqrant quşların qanadına ilişən sevinc, şimaldan əsən küləyin qoxusu, sonsuz toxunuşdur ayrılıq.
Gedən bir az yaşanmışlıq bir az da yaşanacaq şeylər aparmışdır. Bir az öz ömüründən bir az da onun ömüründəndir apardığı. Halbuki gözlərdəki tənhalıqda olmuşdur axtarılan. Heç bir eqoizm sahillərinə uğramadan yanaşılan bir limandır yaşanılan. O qədər kütlənin içində lüm-lüt tapılılan təklikdir paylaşdıqları. Uzun zamanlardan yığdıqlarıdır bir-birlərinə təqdim etdikləri. Gedən aparmışdır bir ömür yığdığı ağrıları da.
Bir quş qanadının çırpınışı qədər qısadır. Hər şey bir anda bitir. Olduğu  kimi, ürəyə qəbul edildiyi kimi, aydın olduğu kimi deyil bu. Zamanın sürəti daha mərhəmətsizcə işlər tərk edişin dayanacağında. Başlarkən eşidilən qayğıların düzüldüyü, şübhələrin yer əldə etdiyi qədər uzun deyil ömürü. İki kirpiyin görüşmə anından daha sürətlidir bəzən ayrılıq. O ilmək- ilmək işlənən, günlərlə dillər tökülən və min müxtəlif ağrının içindən süzülərək gətirilən sözlərin sehrindən məhrumdur. Çünki heç bir dağıtmanın həssaslığa ehtiyacı yoxdur. Onda detal da yoxdur. O yalnız yuyar gedərkən... və dağıtma zaman ilə bir bağ qurmaz. Çünki zamanın yeri yoxdur gedənin buraxdığı yerdə. Gedən zamanı da almışdır yanında, gələcək keçmişin kölgəsindədir artıq.
Misralara sığmaz olar ağrının dərinliyi. Uçurumlar ilə müqayisə edilər təklik. Uçurum kənarında gəzər gözəl və acı xatirələr. Hər səfərində qalandır bu uçuruma aşan. Və həmişə qalandır xatirələrin məngənəsində boğulan. Fırtınalarda itən, girdablara ilişən. Bilər ki xilas olduğu hər fırtınadan, çıxdığı hər gizlilikdən yoxluğu duyacaq. Bundandır ki həmişə qalan, ayrılığın səbəblərini düşünər uzun uzun. Bir quyunun dərinliklərində tapacağı işığın onu gətirəcəyini sanarcasına. Çarəsiz qalınca, şübhəli kürsüsünü qurar. Bir özünü oturdar bir də gedəni. Amma tapa bilməz günahı təsbit edən bir dəlil. Həmişə peşmanlıqdır gəlib dilinin ucuna dolanan. Və gözələ dair anlara qızmağa başlar. Gözəl anlardan peşmanlıqlar gəlib oturar içinə. Məhz o zaman həqiqətən bitmişdir eşq. Yaşadığın gözəllikdən duyulan peşmanlıq bitirər hər şeyi. Halbuki qızılan ayrılıqdır. Ayrılanın mərhəmətsizliyidir.
Gedən həmişə bir qapı aralamışdır özünə. Bir pərdə çəkə bilməz yaşadıqlarına amma daha bir etibarla baxar həyatına. Halbuki həmişə bir qırıq ayna daşıyar yanında və hər düşündüyündə eşqi o aynadan baxar özünə. Bəlkə də qalandan gözlədiyi itaətdir, qəbul etmədir, səsindəki çarəsizliyi hissedişdir. Bilməz ki nə böyük bir təklikdir içinə düşdüyü. Çünki hər vida pis bir vərdiş buraxar insanın həyatına. Vidalaşdığın kimi edilən olmanın da qorxusunu salar ürəyinə. O, mərhəmətsizliyin necə olduğunu bilər. Bunun üçündür ki, eşqi bir əvvəlki kimi yaşaya bilməz. Çünki eşqdə ağrıma olmadığı kimi mərhəmətsizliyə də yer/yeyər yoxdur. Bu səbəblə hər yeni eşqə bu qorxunun kölgəsində başlar gedən. Artıq gedən deyil qalan olmanın qorxusu daşıyandır.
Hər ayrılıq, bir filmin səhnələrini bir romanın səhifələrini xatırladar. Bu yara bir daha əsla bağlanmaz və heç bir dərman yaxşılaşdırmaz sanılar. Artıq nə quşların qanadlarına ilişən sevinci duyumsar, nə bir uşağın təbəssümünü fərq edər nə də ağlamaq onu təsəlli edər. O yalnız, təkliyinin girdabında necə boğulduğunu düşünər. Hər ayrılıq, bitmişliyin və ya çətin ilə qazanılanın asan itirilməsinin qəbul edilməməsidir; özünə soruşulmadan alınan bu qərarın incitdiyi qürur, sevgi sözlərinin ardında gizlənmiş olan tərk edişin bir anda bilinməsidir ayrılıq ağrısı.

Hər vida çıxdığı qapını açıq buraxar.
Arxasından bağlamaz, bağlaya bilməz.
Çünki o arxasına baxmadan gedəndir.
Arxaya baxmanın, buraxdığı xarabalığı görmənin xatirələrində silinməyən bir ağrının şəkilini çəkəcəyini bilər.
Bu səbəblə heç bir vida arxasına baxmaz
və bu səbəblədir ki, çıxdığı qapını bağlamaz.
Halbuki hər vida bunu həmişə unudar; hər eşq bir vida qapısından girər.

Tərcümə etdi:
PRETTY_GİRL



Şərhlər:
Baxılıb: 1359
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz