Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Mənim lal məhəbbətim
Mənim lal məhəbbətim
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1727
Səs ver:
-Ata siz anamla necə tanış olmusunuz?..
Övladlarımın verəcəyi bu sual məni qorxudur. Hər gün evin pəncərəsindən başı qarlı dağlara baxaraq bunu düşünürəm. Hələ ki, çox balacadırlar. Amma bilirəm ki, illər keçəcək onlar bu sualı verəcəkləri yaşa gələcəkələr. Hər bir uşaq valideyinlərinin sevgi ilə ailə qurduğuna inanmaq istəyir. Hər kəs gözəl xatirələri olsun istəyir. Mən ilk məhəbbətimə necə rast gəldiyimi, doğulandan yaşadığım şəhərdən bu uzaq kəndə necə gəlib çıxdığımı, 10 il bundan əvvəl necə bir həyat yaşadığımı heç kəsə danışa bilmirəm.

10 il bundan əvvəl...
Adamların çox olduğu, hər kəsin işə getdiyi vaxtda mən də işə başlayırdım. Mənim işim onlardan asılı idi. Çünki mən oğru idim... Bu işə elə alışmışdım ki, necə müəllim, həkim sənətləri var, bu da mənim üçün bir ixtisas, sənət idi. İnsanları izləməyə, qəfil çantalarını alıb qaçmağa, onların arxamca qışqırmağına, kömək istəməyinə, təhqir yağdırmalarına artıq alışmışdım. Bu gün də bir qızı izlədim. Onun arxasınca bir qədər getdikdən sonra küçənin tinini dönən kimi onun çantasını alıb qaçdım. Amma gözlədiyim hadisə baş vermədi. Onun arxamca qışqırmağını eşitmədim. Dedim: "yəqin arxamca gəlir”. Bir qədər qaçdıqdan sonra dayandım və geriyə baxdım. O sakitcə dayanmışdı. Mənə baxırdı. Aramızda olan məsafəyə baxmayaraq mən onun gözündə olan billur saflığını görə bilirdim. Onun baxışlarındakı günahsızlıq, saflıq məni həm ovsunlayırdı, həm də əsəbləşdirdi. O mənim tam əksim idi. Mən qəfil özümə gəldim. Çantanı yerə atıb qaçdım. Özüm də anlamadım niyə.
Səhəri gün eyni saatda, eyni yerə gəldim. Dünəndən bəri qızın baxışları gözümün önündən getmirdi. Onu görən anda ürəyim az qaldı yerindən çıxsın. Arxasınca getməyə başladım. Bir qədər getdikdən sonra moda atelyesinə daxil oldu. Axşama qədər gözlədim. Beş-altı gənc qız çıxdı, o da onların arasında idi. Qızlar gülüb-danışırdılar, o isə onlara baxaraq gülümsəyirdi. Orta yaşlı qadın çıxıb qapını bağladı, hamı bir-biri ilə sağollaşdı. O qız əl işarələri ilə nəsə dedi. Elə bu an elə bil beynimdə ildırım çaxdı. O lal idi. Demək ona görə çantasını aldığımda sakitcə baxmışdı. İlk dəfə vicdan əzabını hiss etdim. Mən, illərlə duyğusuz yaşamış bir adam...
Bir neçə gün onu unutmağa, əvvəlki insan olmağa çalışdım. Artıq gec idi. Mən də dəyişmişdim, duyğularım da. Əvvəlki kimi olmağım mümkünsüz idi. Bir axşam yenə onun işlədiyi yerə getdim. Bir dəfə də onu görmək üçün. Qəfil qarşıma çıxdı, biz onunla göz-gözə gəldik. Məni eşitmədiyini bilə-bilə dedim ki, "məni bağışla, çox peşmanam”. O gülümsədi və getdi. Yerimdəcə donub qaldım.
Hər gün atelyenin qarşısında dayanırdım. O da qızlarla gəlib yanımdan keçirdi. Onun haqqında çox şey öyrənmişdim. Adı Nərmin idi. Danışa və eşidə bilmirdi. Amma dodaqlardan oxumağı bacarırdı. Atelyedə dərzi işləyirdi.
Bir gün yenə ümidsizcə kənarda durub ona baxırdım. Mənə yaxınlaşdı və bir kağız verib getdi. Mən elə bildim ki, bu yuxudur. O gedəndəndən sonra kağızı açıb oxudum.
"Nə etməsindən asılı olmayaraq hər kəsin içində bir yaxşı insan var. Sadəcə o yaxşı insana səninlə tam olmağına icazə verməlisən. Hər insana bir şans verib, kömək etməliyik. Pislik edənlə, onu bu yola itələyən arasında heç bir fərq yoxdur. Səhvlərimizdən öyrənib doğru yola dönə biliriksə demək hələ də yaxşı insan olmaq şansımız var. Məncə səndə də alınar. Nərmin”
O mənə inanırdı. Yaxşı insan olacağıma inanırdı. Niyə mən onunla başqa şəraitdə üz-üzə gəlmədim? Mənim heç bir günahım yox idi. Həyat məni bu hala gətirmişdi. Mağaza şüşəsində üzümə diqqətlə baxaraq düşünürdüm. Birdən içimdən bir səs dedi ki, "bəs sən yaxşı insan olmaq üçün, həyatını dəyişmək üçün nə etdin? Heç nə. Amma çox şey edə bilərdin. Həyatından şikayət etmək əvəzinə çalışsaydın, Allah da sənə kömək edərdi.” Üzümə baxarkən gözümə şüşədəki elan göründü. Elanda satıcı axtarılırdı. Dodaqlarımdan məndən ixtiyarsız sözlər süzüldü: "Min şükürlər olsun.” Bu kəlmədən sonra ürəyim elə yüngül oldu ki, heç vaxt özümü belə rahat hiss etməmişdim.
Bir ay satıcı işlədikdən sonra bir neçə saatlıq işdən icazə alıb Nərmini görməyə gəldim. O məni görəndə gözlərində təəccüb və sevinc açıq-aydın görünürdü. Nərmin danışmasa da gözləri insana o qədər söz deyirdi ki. Mən yol boyu ona bu bir ay ərzində başıma gələnləri, necə çalışdığımı, hər şeyi onun üçün etdiyimi danışdım. O, mehribanlıqla mənə qulaq asırdı.
Sonralar biz tez-tez görüşməyə başladıq. Nərmin mənə dünyanın necə gözəl, insanların necə yaxşı olduğunu, həyatın yalnız pis anlardan ibarət olmadığını, xoşbəxtliyin necə yaxında, sadə həyatda gizləndiyini göstərdi. Artıq bir il idi ki, halal zəhmətimlə çalışırdım. Fikrim yalnız Nərminlə gözəl həyat qurmaq idi. Bir gün işlədiyim mağazaya polislər gəldi. Məni tutub apardılar. İki il bundan əvvəl qoşulduğum bir qrup polis tərəfindən ələ keçirilmişdi. Onlar istintaqda mənim də adımı vermişdilər. Məni həbs etdilər. Nərmin necə öyrənmişdi bilmirəm, həbsxanaya görüşümə gəlmişdi. Onun gözlərində kədər gördüyüm anda özümə elə nifrət etdim ki. Nərmin əlindəki kağızı ovcuma qoydu.
"Mən haqlı idim. Sənin daxilində yaxşı insan var. Amma qoyma bu insan həyat sınaqları ilə qarşılaşan kimi səni tərk etsin. Nə qədər ki, o səninlədi mən də səninlə olacağam. Əbədi...”
O mənə yenə də ümid dolu gözlərlə baxırdı. Gözləri yaşla dolu olsa da gülümsəməyə çalışırdı. Mən düşündüm görəsən mən nə yaxşılıq etmişəm ki, qarşıma belə mələk çıxıb.

Bu gün..

Artıq o çətin illər keçib. Biz evlənib, uzaq bir kəndə köçdük. Bir qızımız, bir oğlumuz var. Çox xoşbəxtik. Əsl kəndli həyatı yaşayırıq. Balaca evimiz, həyətimizdə toyuqlarımız, qoyunlarımız, atımız var. İnanmaq çətindi ki, bu qədər çətinliklərdən sonra belə sakit həyata qovuşduq. Nərmin haqlı idi, sadə həyat insanı daha xoşbəxt edir. Onun sayəsində keçmişi unudub, bu günü yaşaya bilirəm. Çünki o, məni keçmişimə görə mühakimə etmir, yalnız dəyişdiyim halımla sevir. Heç bilmirəm ki, indi bu dəqiqə mənimlə oturub heyrətamiz təbiəti seyr edən, hərdən də mənə xoş baxışlarla baxan bu qadın həyatımda olmasaydı nə edərdim?

/Gülay Rüstəmova/


Şərhlər:
Baxılıb: 1727
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz