Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
+++++++++++Yoxdun, Yoxdun
+++++++++++Yoxdun, Yoxdun
Göndərən: PRETTY_GIRL
Şərhlər:
Baxılıb: 496
Səs ver:
Yer üzünə düşən ilk yağış dənəsi vardı ovuclarımda o gecə. Xəyallarım gözümün qarşısında rəqs etdi. Xəyallarımdı səmadan mənə göz qırpan, ulduzlar deyil; Təkliyimdə osa eşq iki şəxsiyyət idi

Çayım vardı; bir kubok əlimdə, digər əlimdə isə o gecə yer üzünə düşən ilk yağış dənəsi. Çiskinləyən yağış belə ürpərdə bilmədi bədənimi; xəyalın kimi. Mənsə təkdim; yoxluğunda. Yalnız təkdim işdə bu eşqdə, halbuki eşq iki şəxsiyyət idi

Dənizin dalğalarımı idi azan; içimdə ki vulkanlar kimi. Halbuki içim azdıqca, susdu dodaqlarım. Mən susdum, buludlar qışqırdı üsyanımı. Şimşəklər vardı ürəyimdə ürküdücü! Qorxudan Yalnız mən eşitdim, mən hiss edəm içimdəki təkliyin səsini. Dodaqlarım susqun, gözlərimdə yaş. Sən isə yalnız yox idin! Yalnız yox!!! Halbuki ölümidi tək başına yaşanan, eşq iki nəfərlik idi

Səma bir qızardı, bir qapqara oldu saçların kimi. Bax, o belə səni xatırlatdı mənə, gözlərinin qurusu kimi. Gözlərin kimi hirsli idi ildırımlar o gecə. Yer üzünə düşən ilk yağış dənəsi idi əlimdəki, əlimdə xəyallarım belə itmişdi. Ümidlərim idi yanımda olan nə qədərdir, xəyallarım və xülyalarım. Nə vaxt tərk etdilər məni, heç bilmədim. Sənsə yalnız yox idin, Yalnız yox!!! Halbuki, təklik idi tək başına yaşanan, eşq iki nəfərlik idi

Əllərimdəki yağış dənəsini buraxdım dənizə, azadlığına qovuşsun deyə. Böyüdü, böyüdü dəniz oldu. Sonra dəniz böyüdü böyüdü okean oldu Okeanlar keçilməz, dağları aşılmazdı və qırılmış ürəyim bir düşmən kimi səni andı. Sənsə yalnız yox idin Yalnız yox!!!

Buraxdım qalan son xəyallarımı da azadca səmaya. Azadca döndülər əvvəl başımın üstündə sonra uçdular səmaya. Bir öpüş qondurdum hər birinə, qoxumu sənə daşısınlar deyə Duydunmu?

Sən isə yalnız yox idin bu eşqdə, yalnız yox. Mənsə, iki şəxsiyyət yaşadım bu eşqi, yorğun bir donqar kimi üzərimdə, Bir başıma qatran gecələrdə. Səndən qalan son xatirə idi, ürəyimdəki eşqim; onu da səmaya buraxdım azadca! Geriyə qalan yalnız can qırıqları!

Hanı,ölümdü bir başına yaşanan. Eşq iki nəfərlikdi???


Tərcümə etdi: PRETTY_GİRL



Şərhlər:
Baxılıb: 496
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz