Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Əslində yaxşı oldu gedişin
Əslində yaxşı oldu gedişin
Göndərən: PRETTY_GIRL
Şərhlər:
Baxılıb: 2012
Səs ver:
Əslində yaxşı oldu gedişin..
Gedişinlə hər istədiyinə, istədiyində sahib ola bilməyəcəyini öyrəndi içimdəki arsız dəli qız.
Hər qayan ulduzda tutulan diləyin, hər gün duaya qatılan adların, layiq olduğunda çoxunu xoşbəxtliyi üçün vermənin onu gətirməyəcəyin öyrəndi.
"Səni Sevirəm"ləri nə qədər çox, "Xeyr"ləri nə qədər az istifadə etdiyimi də öyrəndi əlbəttə.

Əslində yaxşı oldu gedişin..
Gedişinlə sənsizliyin ağrısı dolanarkən hər səhər barmaq uclarıma, mənsizliyin sancısı abortla alınmış bir eşqin doğula bilməmiş əllərinin vicdanıyla oturdu sol tərəfinə.
Bəlkə həqiqətən tərk edə bilsəydim səni yoxluğumda eyni yerə otura biləcək dəyərim qürurunu qırmağına kömək edə bilərdi.
Amma mən həmişə sənə aiddim.
Və bunu maraq istəyən bir uşağın ağlamadan istədiyini alması kimi, daha istəmədən sənə söyləyərdim.
Alışdın, arsızlaşdın..
Canımı ağrıtdın..

Əslində yaxşı oldu gedişin..
Zamanla tabuların insan həyatındakı əhəmiyyətini öyrəndim.
Tərk edilmişlərin nifrət edərkən bir tərəfdən, bir tərəfdən unuda bilməmişliyini necə gizlədiyini öyrəndim.
Yeni bir nəfəsin yerini doldurmasa da ağrılarını yüngülləşdirəcəyini öyrəndim.
Zamanla buğlu şüşələrə adını yazmağı vərdiş halına gətirən əllərimin, əslində adımı yazması lazım olduğunu öyrəndim.
Mənimsəməməm lazım olduğunu öyrəndim..
"Ən yaxınımsan" cümləsini söyləyərkən, "Ən yaxınıyam" deyə bilmənin lazımlılığını, uşaqlığımın tərtəmiz gülüşlərini təslim etmənin mənim seçimim olduğunu və həmişə səhv seçimlər etdiyimidə öyrəndim əlbəttə.

Əslində yaxşı oldu gedişin..
Axtardığında açmayacağıma dair verdiyim sözlərin mənasızlığını öyrəndim axtarmadığın hər gündə.
Bir gün "Bağışla məni etdiklərim üçün, döndüm.." dediyində sonu həmişə qovuşmalarla bitəcək olan rədd səhnələrinin həmişə xəyalımda qalacağını öyrəndim.
Tanış olacağım heç kimdə səndəki kimi ürəyimin atmayacağını, danışdığım heç kimdə səndəki kimi ruhumun havalanmayacağını öyrəndim.
Yanımdaykən ağrıların necə asan, qeyri-mümkünlərin necə yaxın olduğunu öyrəndim.
Halbuki indi heç ola bilməyəcəyi kimi..

Əslində yaxşı oldu gedişin..
Artıq hıçqıra hıçqıra ağlamamağı öyrəndim..
Unudulmağa üz tutmuş qürurumu artıq geyinmənin vaxtının gəldiyini, bəzən qüruru üzündən çox şey itirmiş insanların bəzən də qüruru üzündən çox şey qazandığını öyrəndim.
Məni itirməyi sənin seçdiyini öyrəndim..
Sənə təqdim etdiyim o qədər varianta baxmayaraq getməyi, məni həyatından çıxarmağı seçən birinə daha çox dəyər verib özümü kiçiltməyi bir tək içimdəki aşan etdirə biləcəyini öyrəndim.
Amma o aşan köhnələ biləcəyini sən heç öyrənə bilmədin..

Gedişin yaxşı oldu
Sevgimiz dəyişməsə də böyüyürük gündən günə..
Və getdikcə çətinləşir geri gəlmək bilirəm..
Əslində gedişin həqiqətən yaxşı oldu sevgilim..
Halbuki ilk gündən çox bir fərqi yox bunların və bundan sonrakılarınında olmayacağı kimi.
Amma artıq sevgilinin sənə dön demir, sahiblənmir və şişirtmir səni sevgisiylə.
Tabularını meydana gətirməyə başladı və o heç görmədiyin qürurunu geyindi.
Sevgisi dəyişdimi sevgilinin bir sən bilərsən dəyişmədiyini.
Artıq sənədə sevginədə inancı yox.
Bunu məndən duymazdın əslində  amma məsulu sənsən.
Yaxşı oldu gedişin.
Məndə  getsəm artıq yaxşı olacaq sevgilim..

/Mənbə: Qadınlar.biz/


Şərhlər:
Baxılıb: 2012
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz