Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
2013 Üçün 13 Eşq Çözümü
2013  Üçün 13 Eşq Çözümü
Göndərən: PRETTY_GIRL
Şərhlər:
Baxılıb: 1591
Səs ver:
1. Yaradıcılığınızı inkişaf etdirin: Yaradıcılığın cazibədar olduğu bir sirr deyil. Musiqiçilərin, aktyorların, yazarların nə qədər cazibəli göründüklərini düşünün
Araşdırmalar, yaradıcılığın cütləşməyi daha cazibədar hala gətirdiyini ortaya qoyur. Evləndikdən bir müddət sonra ümumiyyətlə həyata dair ehtiraslarımızı bir kənara buraxıb bu yoldan uzaqlaşırıq.  Bu il ehtiraslarınızın arxasından gedin, yenidən gitara çalmağa başlayın ya da şəkil kursuna gedin! Kef almağa başladıqca bunun həyatınızın hər sahəsinə necə əks olunacağını görəcəksiniz.
2. Hər gün bir şey edin: Bütün bir həftəni heç bir şey etmədən keçirirsinizsə, bu xüsusilə partnyorunuz üçün olduqca xoşagəlməz bir vəziyyət. Qarşınızdakı insan üçün zaman ayırma ya da yeni şeylər kəşf etmə mövzusunda çox səyiniz olmadığının işarəsidir. İnsanlar, cüt olaraq həyatını davam etdirə bilən heyvanların gəlişkin halıdır, bu səbəbdən heç bir şey etməsinizsə də birlikdə olmaq çox vaxt kifayətdir. Tamam, bütün zamanınızı partnyorunuzla keçirəməyə bilərsiniz, amma yoldaşınızla çıxdığınız bir yeməkdən dönərkən ona şirin gətirə bilər, birlikdə film izləyə bilər ya da onun maraqla gözlədiyi bir kitabı ala bilərsiniz. Anlıq edilən komplimentlərin yaratdığı xoşbəxtliyin təsiri çox daha uzun ömürlü olur.
3. Kor nöqtələrinizi xatırlayın: Bir-birinizə olan sevginizin bir yerdən sonra vərdişə çevrildiyini və davamlılığının zəmanəti olmadığını unutmayın. Əlaqənizin zəminini dəyişdirəcək zamanlar olacaq ( məsələn, yoldaşınız işini buraxıb öz vəhşi təbiətə çevril düşünün arxasından getmək istəyə bilər). Döyüşərək həll etməyə çalışmaq yerinə bir yerdə olmaq üçün yeni yollar kəşf etmə zamanının gəldiyini fərq edin.
4. Zərifliyi qoruyun: Bir şüşə şərab içdikdən sonra yoldaşınızın intim vərdişləri haqqındakı sirləri töküb axmaq meyliniz ola bilər və ya yaxın ətrafınıza yoldaşınızın sizə heç köməkçi olmadığından şikayətlənib dayanır ola bilərsiniz. Bu kiçik xəyanətlər yoldaşınızla əlaqənizi zədələyəcək. Evliliyinizi qorumanın yolu, ikiniz arasında yaşanan detalları saxlamaqdan keçər.
5. Gülmənin gücünü yüngülə almayın: Zarafat, zəka ilə əlaqəli görünər. Əyləncəli insanlar ağıllı olmalı, ağıllı insanlar da problemlərin öhdəsindən gələ biləcəkləri üçün yaxşı bir partnyor olmalıdır. Əgər mübahisəyə başladınızsa, hətta daha da pisə gedirsə zəif yanlarınızı görüb özünüzü müdafiə etməyə çalışmaq yerinə qarşınızdakının da bənzər zəiflikləri olan bir ‘insan' olduğunu xatırlayın- bu hamımızın arzuladığı ‘mən səninəm' bağlılığını yenidən gətirəcək.
6. Partnyorunuza dəstək verin: Böyük müvəffəqiyyətlər əldə etdiyinizdə partnyorunuza, o olmadan bu müvəffəqiyyəti əldə edə bilməyəcəyinizi ifadə etməyi unutmayın. Sizinlə birlikdə üzərinə çalışdığınız mövzuda beyin fırtınası etdiyi və ya siz çalışın deyə həftə sonu uşaqlarla maraqlandığı üçün içdən bir şəkildə söyləyəcəyiniz ‘təşəkkür edirəm həyatım' , onun üçün çox şey ifadə edəcək.
7. Arada sırada qəşəng geyinin: Evlilikdə 10 ili keçdikdən sonra artıq bir-birini hər halıyla görmüş bir cüt üçün hər şey sıraviləşər. Arada sırada da olsa partnyorunuza onun düşüncələrinin hələ nə qədər əhəmiyyətli olduğunu göstərmək üçün daha qəşəng geyinin. Bir manekenin bədən xəttlərinə sahib olmanıza ehtiyac yoxdur, ən qəşəng paltarlarınızı yalnız partnyorunuz bəyənməsi üçün geyir olmanız belə onu kifayət qədər xoşbəxt edəcək.
8. Mənliyinizi ön plana çıxarın: Uzun müddətdir evlisizsə və ya uzun davamlı bir əlaqə yaşayırsınızsa, partnyorunuz sizin gözlənilməz çıxışlarınızı sevir. Bu il, başqa insanların nə düşünəcəyini əhəmiyyətsiz hesab edin və partnyorunuzunsizi sevdiyi mizacınızı ön plana çıxarın. Görəcəksiniz, ilk günkü həyəcanınız diriləcək. Və maraqlı bir şəkildə, sizin gözlənilməz hallarınızla göstərdiyiniz həssaslıq, xüsusilə kişi partnyorlarda təhrik edici təsir yaratmaqdadır.
9. Eşqinizi ictimai mediada paylaşın: Bütün mesajlarınızda ondan bəhs edin demirik, amma ona hər kəsin görə biləcəyi sahələrdə kiçik göndərmələrdə olduğunuz mesajlarınız həm xoşbəxt olmasını təmin edəcək həm də onun sizin kişiniz olmasından nə qədər də xoşbəxt olduğunuzu göstərmiş olacaqsınız.
10. Əlaqənin də mərhələləri olduğunu qəbul edin: Evliliklərin bir ritmi vardır və həyat ancaq bir körpə dünyaya gətirmək ya da iş dəyişdirmək kimi böyük inkişaflarla dəyişə bilər. İstəklərinizin və duyğularınızın necə dəyişdiyini danışa biləcəyiniz sahələr yaratmaq olduqca əhəmiyyətli, bunun üçün böhranlar yaşamağı gözləməyin.
11. Fədakarlıqlarınızı dözüm göstərmək olaraq şərh edin: Əlaqənizi gücləndirmək və iki tərəfin də təmin olmasını təmin etmək istəyirsinizsə, partnyorunuzun maraq sahələri sizin ehtiyaclarınızın yerini alacaq. Yoldaşınızın yeni işi üçün çox sevdiyiniz evinizdən daşınmaq məcburiyyətində olmanız və buna məcbur buraxılmağa gücənməniz normal ya da uşaqları səhər məktəbə göndərmək üçün erkəndən qalxmaq məcburiyyətində olmanıza! Amma səmimiliklə fədakarlıqda tapıldığınızda bu bədbəxtliyiniz də sona çatacaq, partnyorunuz də bunun üçün sizə mütəşəkkir olacaq.
12. Prioritetlər siyahınıza cazibə əlavə edin: Kişilər ümumiyyətlə bir neçə il sonra kifayət qədər əlaqədə ola bilməməkdən şikayətçi olarlar. Qadınlar isə ümumiyyətlə bu hissdən yorğun düşərlər. Əgər bu yorğunluq hissinin bir səbəbi varsa, sizi stressə sürüyən səbəblərlə birlikdə mütləq partnyorunuzla paylaşın. Bu sizi çox yoran ev işləri ola bilər, onun dağınıqlığı ola bilər, üzərinizdəki psixoloji təzyiq ola bilər; paylaşsanız çətinliklərinizin öhdəsindən gələ bilərsiniz. Beləliklə cinsi və romantik mənada ikiniz də təmin ola bilər, birlikdə həllər çıxara bilərsiniz.
13. Eşqinizi göstərməkdən qaçınmayın: Edilən araşdırmalarda minlərlə universitet şagirdinə bir partnyorda axtardıqları 5 xüsusiyyət soruşulur və əksəriyyətlə verilən cavab eyni olur: Aşiq olduğunu hiss edə bilmək. Davamlı şikayət edib dayanmaq əksəriyyətlə rast gəlinilən bir davranış amma nəticə əldə etmək üçün kafi deyil. Bunun yerinə daha çox sevgi göstərməyi təcrübə edin. Siz sevginizi göstərdikcə onun sevgisi də sizi qucaqlayıb sarmalayacaq, və ikinizin üzündən də gülümsəmə əskik olmayacaq.
Tərcümə etdi:
PRETTY_GİRL


Şərhlər:
Baxılıb: 1591
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz