Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
"Balacam"
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 826
Səs ver:

Eyni məhəllədə yaşıyırdıq. Hər gün bir qızla gəlirdi evə. Adını heç kim bilmirdi. Hamı onun haqqında müxtəlif şeylər danışardı, ancaq heç kim, kim oldugunu bilməzdi. Yaşıl gözlü, əsmər bir oğlan idi.

Məhəllənin bütün qızları ona heyran idi. Mən isə nifrət edirdim ona. Heç kimlə danışmazdı. Sadəcə, günün bəzi vaxtlarında gəlib keçərdi məhəllədən. Bir gün onunla yolda qarşılaşdıq. Çox gözəl bir çöhrəsi var idi. Mənə gülümsədi. Təəccübləndim. Amma yənə də nifrət edirdim ona. Çox fərqli bir insan idi. Bütün gəcə otağıinın işıqları yanardı. Yatmaq yerinə bütün gecə onun evini seyr edərdim. Ondan xoşum gəlməsə də, artıq hər şeyi ilə maraqlanırdım. Bir gün başa düşdüm ki, indiyə qədər özümü aldatmışam. Ona qarşı hiss etdiyim şey sevgi imiş.

O gündən sonra o evə gəlməmiş yata bilmirdim.Yanında gətirdiyi qızları qısqanırdım. Hamı onun pis insan olduğunu söyləsə də, mən həmişə onu müdafiə edirdim. Onunla qarşılaşmaq üçün bütün günümü qapı önündə keçirirdim. Bir gün yenə onu gördüm. Mənə göz vurdu.Yanımdan ötəndə onu çağırdım, amma " İşim var balacam" -deyib uzaqlaşdı. Mənə " balacam " demişdi.Yəni aramızdakı yaş fərqini xatirlatmışdı mənə. Evə gedib bütün günü ağladım. Amma qərarımı vermişdim. Ona eşqimi elan edəcəkdim. Onu sevdiyimi söyləməli idim ona!!! Bir gün yenə qapı önündə dayanıb yolunu gözləyirdim. Gəldiyini görəndə mən də arxasınca getdim. Evinə girdi. Bir az gözlədikdən sonra qapını döydüm. Qapını açdı, "Nə lazımdır,balacam ?"- dedi. "Səni səvirəm" - dedim. Üzümə baxıb astaca gülümsədi, "Həə" -dedi yavaşca ."Nə hə ?" - deyə sual verdim, heç nə demədi. Qaçaraq evinden çıxdım, otağıma girib bir ay heç yere çıxmadım. Bir gün qızlarla söhbət edərkən onun evinə təcili yardım maşını gəldi. Onu evindən çıxarıb təcili yardım maşınına apardılar. Hamı diqqətlə ona baxırdı. Onu yanımızdan keçirəndə yavaşca gözünü açdı, mənə baxdı və " Mən də səni ,balacam. "- dedi ve gözlərini yumdu. Qıpqırmızı olmuşdum. Hamı mənə baxırdı. Ağlayaraq qaçmağa başladım. Axşama qədər evə getmədim. Bütün günü ağlayayaraq küçələri gəzdim. Axşam evə gəldim. Anamgil ondan danışırdılar. Sevdiyi bir qiz varmış bir vaxtlar. Ailəsi onunla evlənməsinə icazə vərmədiyi üçün qız evdən qaçıb. Küçədə tək-tənha gəzərkən küçə avaraları onu tutub öldürürlər. O günden sonra cavan oğlan küçədə nə qədər evsiz-eşiksiz qızlar görsə, evə gətirirmiş. Bu günə qədər hansı qıza könül verib sevibsə, hamısı ölüb. Son vaxtlarda da bir qızı dünyalar qədər sevirmiş. Ona görə də özünə qəsd edib, sonra xəstəxanaya zeng edib. Polislər evin divarlarında "Balacam" yazılarını tapıblar. " Balacam, sən də ölmə !!! " yazılıbmış bütün divarlara Balacam, mən də səni sevdim,çox sevdim. Başqaları kimi sən də ölmə deyə mən öldüm. Əlvida, balacam !..

 



Şərhlər:
Baxılıb: 826
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz