Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
+++++++Gözlərim səni göstərmir
+++++++Gözlərim səni göstərmir
Göndərən: GuNaY ALiYeVa
Şərhlər:
Baxılıb: 732
Səs ver:

 

Mavini sevirəm amma gözlərinin rəngini sevdiyim qədər deyil, günəşi sevirəm amma gülüşünü sevdiyim qədər deyil, ağlamanı sevirəm amma gülməni sevdiyim qədər deyil, insanları sevirəm amma səni sevdiyim qədər deyil.

Günəşmi doğuldu yoxsa sənmi gülümsədin?

Səni tanıdım və bütün dualarım qəbul oldu.

Üzünə baxınca gələcəyi görürəm.

Gözlərinin içinə baxmaq sevgi dolu bir Eşq filmini seyr etmək kimi.

Yaşamaqsa səni sevmək mən heç ölməyəcəyəm.

Gözlərim səni göstərmir deyə gözlərimə baxa bilmirəm.

Gözlərim günəşi görmədi səndən sonra həsrətin atəşi sönmədi səndən sonra..

Baxsaydın görə bilərdin hər şey gözlərimdə idi gözlərimdə bir damla yaş vardı ağlaya bilmədim; o bir damlada sən var idin anlaya bilmədin…

Okeanlarda böyütdüm sevgimi yuxularımda həmişə sən vardın…

Ürəyin sıxışar nəfəsin daralar gözündən yağış yaşlar boşalar; yanarsan sönmək bilməz qovalayarsan getmək bilməz bu eşqə gücün çatmaz səndə ağlayarsan…

Üsyan edən ürəyimi bir az olsun eşit yetər; eşqə susayan könlümü sevəcəksənsə sev yetər…

Qorxma əsla gecələrdən ulduz kimi parlayacağam; uzaqlarda təksən sanma nəfəs kimi içində kölgən kimi arxasında qan kimi canındayam…

Bir çiçək olmaq istəyərdim; dağlarda gəzmək üçün bir külək olmaq istəyərdim; xoşbəxtliklərə əsmək üçün, bir eşq olmaq istəyərdim yalnız sənin olmaq üçün…

Sən bəzən dodağımdakı gülücük bəzən ürəyimdəki atəş bəzən gözümdən axan yaşsan amma hər vaxt kiçik ürəyimdə ən böyük parçamsan

Boşuna axtarma özünü gözlərimdə. Çox uzun zamandır gözlərimdə deyil ürəyimdəsən.

Səni getdiyim hər yerə daşıyıram sevgilim! Ona görə xarici gözlərdə axtarmıram gözlərini.

İçim o qədər sənlə doldu ki… İnsanlar səni göz bəbəklərimdə görərlər deyə baxmağa qorxar oldum.

Aynaya baxınca səni deyil böyük bir ürək və o ürəkdə ondan da böyük bir sən gördüm.

Qarşımda dayan gözlərimi bağlayıb səni seyr etmək istəyirəm.

Gözlərim səni göstərmir deyə gözlərimə baxmıram.

Gözlərim səndə qaldı bir daha istəməyə utandım.

Görmədinmi? Qaranlıqda sənə göz qırpdım.

Gözlərimlə sənə əsir olacağıma ya səni gözlərimdən silərəm ya da səni ürəyimə nəqş edərəm.

Elə sarılmışdım ki sənə aramızdan külək keçməzdi.

Səni kifayət qədər izah etmədilər deyə gözlərimə hesab soruşdum.

Gözlərim gözlərinə vurğun olduğundan bəri artıq hər şey mənasını itirdi. Artıq hər şeyə sənin gözlərindən baxıram.

Sənə elə bir sevgim var ki sənə bu sevgidən zərər gəlməsin deyə baxmaqdan qorxuram.

Baxışlarımın ölülüyündən sevgimin diriliyi oxunar.

Titrəyər dayanar əllərim yanında. Bədənim ürpərməyə dolar. Üşüyərəm mən sənin yanında. Çünki varlığın içimə sərinlik verər.

Səni gözlərindən seyr edə bilmirəm. Mənə ürəyinin gözlərini aç.

Səni ağrılarımın içində canım kimi saxlayıram.

Mən sənin üzündən çəkdiyim hər şeyə razıyam. Amma sənin mənim üzümdən əzab çəkməyini istəməm.

Ağrını ağrım bilərək ağrını yüklənmək istəyirəm.

Açılarkən ovuclarım səssizliyə əllərinin içindəyəm. Ağlamaq gəlirsə içindən ağla; gözyaşının içindəyəm.

Toxunsan qışqıracaq buraxsan ağlayacağam.

Kim ağlasın gülüşlərinə. Kim gülüb keçsin insanların çəkilməz dərd dediklərinə

Göz yaşların niyə düşər o gözlərindən bilməm ki? Ulduzlar yerə düşməzdi mənim bildiyim…

Dağ düşdü üstümüzə yıxılmadıq amma; insan dəydi bədənimizə ağrısı yıxdı bizi.

Sənsiz keçirdim tək bir an yoxluğunda ki sevginə vurulan bir düyündür.

Gözlərimdə bir damla yaş olduğun gün qorxaram ki səni heç buraxa bilməyəcəyəm.

Birlikdəliyimiz ayrılığın zirvəsində davam etməli.

Sən insanlar üçün var olmalısan. İnsanların sənin üçün var olmasını istəməməlisən.

Dünyanı dəyişdirmədən əvvəl dünyanın səni dəyişdirə bilməyəcəyi bir möhkəmliyi əldə etməyə çalış.

Göylər təmizdir yerlərsə palçıq. Göyləri istəyən işığı tapar. Yerdə qalansa palçıqda gedər.

Artıq kəslər sənin dünyana girə bilmirsə sən hər kəsin dünyasına girmisən deməkdir.

Böldün işıqlığımı qaranlığım səndə qaldı.

Sən hansı dünyanın insanısan. Gerçəksənmi yox yox sən gerçək ola bilməzsən.


Tərcümə etdi: Günay Əliyeva

 



Şərhlər:
Baxılıb: 732
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz