Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Xəyallara Səyahət Edək
Xəyallara Səyahət Edək
Göndərən: PRETTY_GIRL
Şərhlər:
Baxılıb: 1982
Səs ver:
Xəyallara Səyahət Edək
Bu payız gecəsi yaman uzandı
Yuxum tikan kimi batır gözümə
Bu fikri közərir, o fikri dandım
Bir gecəlik həsrət ömürmüş demək...

Sevərdim payızı, rəngarəngliyini, solğunluğunu həyatın, hər şeyin sonuna yaxınlaşdığını göstərərkən hamıya mənim üçün başlanğıc idi payız. Sevərdim payızı küləyi, çolğunu ilə, sevərdim durmadan yağan yağışını, dəyişkənliyini sevərdim. Hər zamankindən fərqli idi səninləykən payızın gəlişi həyatıma. Sanki ağ-qara olan bir rəsmə bir rəng qatılmışdı. Sanki hər şey daha gözəl görünürdü mənim üçün, həyata yenidən doğulmuş kimi idim...
Biz idik başlayan əslində, payız deyildi. Sanki birlikdə addımlamağı öyrənirdik...
Payızı çox sevərdim, həyatımın fəsili idi payız. Seyr etməyi sevərdim yarpaqların bir-bir xəzana dönməsini, günəşin qızılı yarpaqlar üzərindəki parıltısını seyr edərdim. Hər bir yarpaqla sanki bir insan həyatı bitirdi, sanki yarpaqlarla birgə xoşbəxtliklər qopub gedirdi... Amma mənim üçün əksinə, Sən gəlirdin addım-addım həyatıma payızla birgə. Qaçaraq deyil, hər yarpağın düşməsi ilə gəlirdin... Həzin musiqilərin gözəlliyinə dalırdım, səni düşünərək sevərdim payızı...

Yağışını sevərdim... Onun təravətini sevərdim, ruhumla hiss edərdim gəlişini... həm onun, onunla da birgə sənin gəlişini... İçimdə titrəyiş olurdu o payız gecələri. Hər gecə səninlə bağlı bir söz, bir cümlə aradığım o payız gecələri. Bilirsənmi, onlar sevdirmişdi mənə səni. Çünki hər zaman itkilərlə bağladığım payız bu dəfə sanki bir doğma qazandırırdı mənə hər ötən dəqiqələri ilə... Pillələrlə sevməyin nə olduğunu bilirsənmi? Aradığın birini anlarla tanımaq üçün gecələri yatmayıb onun yaşadıqlarını gizli yaşamaq. Onu tanımadan ona bağlanmaq, qısqanmaq, onu arzulamaq və eyni anda əlçatmazlığını anlayıb sadəcə varlığı ilə kifayətlənmək...Səni payızla birlikdə yaşadım, səni payızım olaraq yaşadım...
Bir payız gecəsi nə uzun oldu...
Səhərim, vüsalım gecikir mənim...
Baharım gəlməmiş çiçəyim soldu,
Sənsizlik, tənhalıq... budur qismətim...

Yenidən sənlərim... Sənli anlarım, sənli saatlarım, sənsiz yaşadığım sənlərimlə baş-başayam yenidən. Bu dəfə gələn yenidən payızdır, gedən isə Sən. Bu payız yenidən bir başqa. Bu payız içimə də gətirir öz soyuğunu, onunla birgə mənim də qəlbim ağlayır bu payız gecəsi. 
Vaxtın sürətindən gileylənənlər
İntizar çəksəydi vaxta gülərdi...
Vaxtın ləngliyindən aman dilərdi...
Aman dilərdi...

Xəyallarımda birgə hiss edərdik bu anları, sənin həsrətini duyduğum hər yağışlı gecə birgə idik xəyallarımda, əl-ələ idik, yanağımdan sən silərdin o an hər yağışın damlasını. Həmin an göz yaşlarım gizlənərdi o yağışın damlalarında. Hiss edərdin, üzünə xəfifcə gülümsəyərdim... Sevərdin o gülüşümü, aşiq idin məsum baxışlarıma. İzləyərdin saatlarla şəkillərdə o baxışımı. Yorulmazdın, yorulmazdıq bir-birimizdən...
Bir zamanlar son ümidlə 
Asimana qalxan əllər 
İndi yerə enə bilib, 
Ağ vərəqi 
Özüm ilə qaralayan incə qələm 
Susub, susub, yazdığını silə bilib... 

Bir anda sonlandı bütün xəyallarım. Bütün gözəlliklər sona çatdı bir nağıl kimi, bir yuxu kimi... Birgə səmaya baxdımız gecəni xatırlayıram zamanlarla... Hər kəsin nəzərə bizdəykən birgə mahnıları oxumağımızın xatirəsi təbəssüm yaradır üzümdə. İndi həmin gecələri sabaha ümidsiz şəkildə yaşayıram. İndi də Sən varsan, lakin artıq mənə aid olmayan Sənsən röyalarımda...
Sirrimiz, sevdamız yatır dərində.
Özüm özüm üçün unudulmuşam...
Mən ki bu intizar gecələrində 
Sənə özündən də yaxın olmuşam...

Sənsiz nə payızı sevirəm, nə də yağışı. Nə gəlişini gözləyirəm artıq, nə gözəlliyini. Sənsizliyi istəmirəm. İstəmirəm nə hiss edim bu gecəni, nə sabahı, sənsiz leçən heç bir anı istəmirəm...
Öyrəşmişəm sənsizliyə 
Səni mənə xatırladan 
Uğultulu səssizliyə 
Öyrəşmişəm, 

Hər yağışın damlasında,
Hər həzin pıçıltısında,
Buludların arasında,
Səni görmək istəyirəm....

Yağışda sən, yağmurda sən,
Canımda sən, qanımda sən,
Kaş olaydın yanımda sən,
Sənlə olmaq istəyirəm...

Sənlə olmaq istəyirəm. Yenidən hər anımızı yaşamaq istəyirəm. Əllərinə toxunub nəfəsini duymaq istəyirəm. Yenidən sevinək, gülək. Hər bir gəzdiyimiz yeri yenidən gəzək əl-ələ. Utanmadan, heç kimə fikir vermədən mahnıları səsləndirək. Qucaqlaşaq, buraxmayaq əlimizi. Öpüşündə unudulum... Ağlayıram.
Doğmalığın daha da artır, yoxluğun daha çox sevdirir birgəliyimizin gözəlliyini. Yenidən keçmək istəyirəm o küçələrdən, qışqırmaq istəyirəm. Düzünü deyimmi? Bu an sadəcə başımı dizlərinə qoyub sənsizliyi ağlamaq istəyirəm... 
Son dəfə yenidən Ömrümün payızını yaşamaq istəyirəm...

Bir də sənə öyrəşmişəm,
Məni məndən almağına,
Məni mənsiz qoymağına,
Bir gündə min ölümünlə.
İki ayaq üzərində
Sınmış "əzimli” vicdanla
Qarşımda lal durmağına
Öyrəşmişəm..

Xəyallara səyahət edək



Şərhlər:
Baxılıb: 1982
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz