Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
+++++++++++++Ölümsüz sevgi
+++++++++++++Ölümsüz sevgi
Göndərən: GuNaY ALiYeVa
Şərhlər:
Baxılıb: 1234
Səs ver:
Gənc qız yenə ağrılar içində otağında yatırdı. Hələ həyatının baharında ölümlə üz-üzə idi. Atası onu qurtarmaq üçün qəzetlərə elan vermiş, pul təklif etmişdi. Amma onun ürəyinin təkləməsi deyil, ürəyinin içindəki sızı maraqlandırırdı. Sevdiyi ağılına gəldi bir damla yaş daha töküldü gözlərindən. Ayrıldıqlarından bəri tam beş əziyyət dolu il keçmiş idi. Əslində sevgilərinin arasına o qəhr olası pul girmişdi. Xatırlayırdıda sevdiyi ona bir dəfə:
- Mən zəngin deyiləm bəlkə amma səni sevən bir ürəyim var. Sənə yalnız onu verə bilərəm, demişdi.
Onsuz da sevgiyə möhtac biri başqa nə istəyə bilərdiki. Özünü sevməsi çatardı. O ən çox saçlarının tökülməsinə kədərlənirdi. Çünki sevdiyi öpmüş iyləmişdi saçlarını. Hər tökülən saç ürəyinə bir xəncər olub batırdı. İndi tək istəyi sevdiyinin son anlarında yanında olması idi. Nə olardı onu bir dəfə daha görə bilsə, onu bir dəfə daha qucaqlaya bilsə. Bu düşüncələr arasında yuxuya getdi. 
Atası həyəcanlı bir şəkildə qızının otağına girdi. " Müjdə qızım, ürək tapıldı " dediyində qızının bir pəri gözəllliyində, sevdiyinin həsrətindən islanmış üzünə baxdı və çıxdı otaqdan...
Gənc qız, bir həftə sonra özünə gəldiyində sanki başqa bir dünyada idi. İçində əcaib bir hiss vardı. Sanki bu dünya ona çox fərqli gəlmişdi. Ağılına yenə sevdiyi gəldi. Ürəyi köhnəsindən daha sürətli atmağa başladı. Ürəyi dəyişmişdi amma sevdiyini köhnəsindən daha çox sevər olmuşdu.
Bir gecə qəflətən oyandı yuxusundan ürəyi çox sürətli atırdı. Bu vəziyyət davamlı belə davam etdi. Həkimə getdi, vəziyyətini izah etdi. Həkim:
- Bir aya qalmaz keçər, demişdi.
Amma aradan aylar keçməsinə baxmayaraq vəziyyət eyni idi.
Bir gün bağçaya çıxdı. Çiçəkləri sevirdi. Qırmızı güllərin yanına getdi. Ürəyi sürətli sürətli atmağa başladı. Ən çox qırmızı gülləri sevərdi. Çünki sevdiyi ona bənzədiyini söyləyərdi həmişə. Birdən qapı döydü. Qapını açdı kimsə yox idi. Yerə baxdı bir məktub vardı və ona idi. Məktubu açdı və ürəyi sürətli sürətli atmağa başladı. Bu onun qoxusu idi. Kreslosuna birtəhər otura bildi. Zərfin içindən məktubu titrəyən əllərlə çıxardı və oxumağa başladı :
Sevdiyim, bu gün sevdamızın altıncı ili. Səni həmişə sevdim. Səninlə ayrılmaq məcburiyyətində qaldığımızdan bəri, bir ürəyə iki sevginin sığmayacağını bildiyimdən nə birini sevdim nə də evləndim. Hər günüm əziyyət və əzabla keçdi. Hər gün sənə şeirlər yazdım, hər gün şeirlərimi oxudum və hər gün ağladım. Tam beş il boyunca hər gün yazdım, oxudum, ağladım. Bir gün önümə bir fürsət çıxdı. Bu fürsəti rədd edib özümə daha çox haqsızlıq edə bilməzdim. Bəlkə səni unudaram deyə səndən çox uzaqlara getdim. Amma indi sənsiz daha çox darıxıram. Hər gecə yanına gəlirəm o günahsız üzünü oxşayır yanaqlarına öpüşlər qondururam, sən oyanırsan mənim gəldiyimi anladığını sanıram amma sən o şirin yuxuna geri dönürsən. Sevdiyim həmişə mən gəldim sənin yanına artıq sən gəl olarmı. Qırmızı güllərimizə yaxşı bax. Və artıq unutma içində səni səndən daha çox sevən bir ürəyin var artıq. Ona yaxşı bax olarmı. Qırmızı güllərə və ürəyimizə yaxşı bax. Səni yanıma gələnə qədər gözləyəcəyəm sevdiyim...ƏLVİDA!!!

Tərcümə etdi:
Günay Əliyeva




Şərhlər:
Baxılıb: 1234
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz