Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İmkansız Eşqimə Məktub
İmkansız Eşqimə Məktub
Göndərən: GuNaY ALiYeVa
Şərhlər:
Baxılıb: 1154
Səs ver:
Bir gün deyirəm köçüb getsəm bu dünyadan, nə qədər axtararsan məni. Ya da axtararsanmı? Bilmirəm. Bu problemin cavabını əsla öyrənə bilməyəcəyimi çox yaxşı bilirəm. Neyə kədərlənirəm bilirsənmi? Bu qədər çox sevmişkən və əmək vermişkən, bu eşqə. Hər şeyin bir an da əllərimdən uçub getməsinə.Mən layiq olmadım beləsi bir hərəkətə. Nəysə olan oldu artıq nə desəm də boş. Onsuz da ən başından müəyyən idi məni sevmədiyin. Mənimki yalnız bir xəyal idi işdə. Hanı deyərlər ya "Ac toyuq özünü buğda anbarında görərmiş" mənim ki,də o məsəldir. Bir yuxu idi gördüyüm oyandım və bitdi. Qısa da olsa gözəl bir nağılı yaşadım heç peşman deyiləm. Və səni tanımış olmaqdan çox xoşbəxtəm. 
Xəyal dənizində üzdürdüyüm gəmilərimi batırıram indilərdə tək, tək. Tək gerçəyim olan sənsizliyimlə baş, başa qaldım bir dənizin ortasında. Gözləyirəm dalğaların məni sahilə atacağı zamanı.. İçimdə tərif edə bilməyəcəyim ağrılar yumağı var. Sanki. hər şey dolanmış bir-birinə. Elə həllsiz bir bilməcə oldu ki həyatım artıq yaşamaq istədiyimdən belə əmin deyiləm. Olsun, olsun be gülüm buda mənə bir dərs olsun. Doymadım yediyim təpiklərə yumadı məni bu qədər zərbə. Amma bir gün səssiz sədasız gedəcəyəm xəyalimdəki o yerə. Kəslər anlamayacaq və hiss etməyəcək gözətlidə ən ümidli ən xoşbəxt olduğum bir anda vida edəcəyəm bütün sevdiklərimə. Bilmirəm. həyat bu, nə vaxt nə gətirəcəyi müəyyən olmaz deyilmi? Əhəmiyyətli olan geridə buraxacaqlarım sanaram. Və elə sanıram ki məndən geriyə heç bir şey qalmayacaq. O qədər tez istehlak etdim ki hər şeyi daha bu yaşda itirdim həyata sevincimi həyatım həmişə depressiyala mübarizə ilə keçdi və əslini istəsən yoruldum artıq nəfəs almaqdan. 
Bilirəm bu sətirləri oxuduğunda vicdanın narahat olacaq və bəlkə də başıma gələcəklərdən özünü məsul hiss edəcəksən amma körpəm bunu bil ki. Bu mənim seçkim sənin bunda bir səhvin ola bilməz. Ona görə rahat ol qorxma öz canımı alacağım qədər bacarıqlı deyiləm. Yalnız içimin çürüdüyünü hiss edirəm və artıq bədənimin bu qədər çox ağrıya dözə bilməyəcəyinə inanıram. Sən mənim üçün həyata sevinci oldun həyat qaynağı oldun verdiklərin üçün çox təşəkkür edirəm. Nəfəs aldığım müddətcə xoşbəxtlik qaynağım olacaqsan sənin varlığınla həyat tapacağıma inan. Yanımda olamasan belə əllərinə toxuna bilməsəm belə ürəyimlə hər vaxt yanında olacağam bundan əmin ol. Mən sənin görünməyən mələyin olacağam. Eynilə başına bəla olduğum kimi. Sənə verdiyim bütün çətinliklər üçün və yaşatdığım pis anlar üçün üzr istəyirəm nə olar bağışla məni. Və anla ki mən səni sevməkdən başqa və səni xoşbəxt etməkdən başqa bir şey düşünmədim və də istəmədim. Sənə əsla vidalaşmadım və etməyəcəyəm amma artıq arxasına da düşməyəcəyəm azad buraxdım səni. Aç qanadlarını uça bildiyin qədər uzaqlara uç. Qaç məndən heç fərq etməz ki. sən içimdə yaşayırsan artıq məndən kənar bir mən olmusan nə etsəm də səndən əsla qopa bilməm ki. 
Sən içimdə qanımla canımla bəslədiyim sevdamsan mənim. Üzümün gülən tərəfi və üsyankar ruhumun dayanılmayan fırtınasısan. Səndə həyatı gördü gözlərim. Əllərim səninlə yazmağı öyrəndi ürəyim eşqin üçün çarpdığında anladım var olduğumu...Yəni qısaca sən mənim bu dünyada və o biri dünyada yaşadığım və yaşadacağım tək eşqim olaraq qalacaqsan. 



Şərhlər:
Baxılıb: 1154
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz