Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
++++++++++++++++++Nə vaxt imtina edərik?
++++++++++++++++++Nə vaxt imtina edərik?
Göndərən: GuNaY ALiYeVa
Şərhlər:
Baxılıb: 549
Səs ver:
Nə vaxt imtina edərik birini sevməkdən? Nə vaxt böyük bir eşqin yox oluşunu izlərik içimizdə? Nə vaxt sevərik? Nə vaxt sevmək istəyərik? Və nə vaxt əlimizdə qalar xəyallarımız?
Həyat, sevmənin eniş çıxışlarıyla rənglənər. Birini elə sevərsiniz ki, ürəyiniz ağrıyar sevməkdən. Sizə aid olan ən qiymətli əmanəti, canınızı belə verə biləcək qədər sevə bilərsiniz. Eşqin cadulu dünyasıyla tanış olduğunuzda, geri dönmək çox çətindir.
Sevgi ruhunuzu ələ keçirdiyində, bir göyqurşağının içində rəngdən rəngə qaçarkən taparsınız özünüzü. Dünyada artıq yer çəkilişi yoxdur. Döyüşlər, aclıq, xəstəliklər, eşqin rəqsinə yoldaşlıq etdiyiniz müddətcə itmişdir.  Səhər trafiyində sıxışıb qalsanız, kimə nə? Sizin düşünəcək daha əhəmiyyətli şeyləriniz vardır. İnsanların zənglərə basdığı, üzlərindən gərginlik axdığı o anlarda, aynada gülümsəyən sifətinizlə qarşılaşarsınız.
Eşq, xülyalar ölkəsinə edilən ən qiymətli səfərdir. Orada ümid vardır, orada başqa bir dünya ilə tanış olarsınız. Sanki biri sizi şəffaf bir şarın içinə qoymuş və ipinizi buraxmışdır. Səmada süzülərək uçmaq duyğusu, eşqin içində yaşanar.
Bir gün hər nə olursa, şar partlayar. Minlərlə metr yüksəkdən düşməyə başlarsınız. Ancaq eşq, bu enişin də kefini çıxardar, əlbəttə yerə yaxınlaşdığı ana qədər. Birdən fərq edərsiniz ki, kürəyinizdə paraşüt yox! Artıq sizi heç bir şey qoruya bilməz.
Göz görə görə, torpağa çaxılarsınız. O necə izah edilməsi çətin bir ağrıdır, necə bir iztirabdır ancaq yaşayan bilər. Bir anda bütün inanclarınız yıxılar. O günə qədər bildiyiniz, inandığınız və müdafiə etdiyiniz hər şeyin yalan olduğunu düşünərsiniz. Çəkdiyiniz acı yalnız bədəninizi deyil, ruhunuzu da parçalar. Ayağa qalxmaq istəyərsiniz, hər yanın qırılmışdır, təkrar düşərsiniz. Kömək edəcək kimsə varmı deyə səslənərsiniz. Bəzən bir əl uzanar; bəzən düşdüyünüz yer bir səhradır, ətrafda kimsəni tapa bilməzsiniz.
Aradan zaman keçər. Yaralarınız, qırıqlarınız yaxşılaşar. Ruhunuz belə yığışar amma ürəyinizin orta yerində həmişə bir iz qalar. Vaxt irəlilədikcə, sürgün verər ürək, bahar gəlir. İnancınız azalmış, güvənin azalmış olsa da, artıq istəmirəm, varlığına inanmıram desəniz də, bir tərəfiniz coşmağa meyllidir. Bir dəfə dadına varmışsınızsa eşqin, için-için eyni duyğuya sahib olmaq istəyərsiniz.
Kimsəyə söyləməsənizdə də, yuxuya getmədən əvvəl təkliyin ağır hüznünü hiss edərsiniz. Bir səs, bir nəfəs istər könül amma izləri, sızıları dayanarkən yaşananların, çətindir cəsarət tapıb təkrar eşqə qaçmaq!

Tərcümə etdi:
Günay Əliyeva



Şərhlər:
Baxılıb: 549
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz