Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ümidsiz Sevgi
Ümidsiz Sevgi
Göndərən: xeyalperest
Şərhlər:
Baxılıb: 4649
Səs ver:
O gecə- mənə zəng ettiyi, ürəyimin bir anlıq yerindən çıxacağı gecə… Saat 3 ya da 4 idi zəng etdi. Nə olduğunu anlamadan telefonu götürdüm ve onun adını gördüm. Həyəcanlandım.. Sevdiyim qız zəng edirdi. Yuxumdan tam ayılmasam da sevdiyimin səs tonundan mənim üçün narahat olduğunu hiss etdim. "gecən xeyirə” mesajini yazmamışdan əvvəl xeyli yazışmışdıq. 10-cu sinfə yeni başlamışdım və unversitetə hazırlıq təlaşı hamı kimi məni də həyəcanlandırırdı.Bu yay digər yay tətilləri kimi boşa keçməməli idi. Artıq bir neçə fənn üzrə hazırlaşırdım. Dərslər ilk vatlarda çətin olsa da maraqli idi. Onu ilk dəfə Kimya fənni üzrə hazırlığa gedərken gördüm. Çox şirin bir qız idi. İlk görüşdə sevgi münasibəti qurmaq barədə düşünməsəm də onunla dost olmaq istəyirdim, hazırlıqda ki,  digər abiturientlər kimi.Vaxt keçdikcə bir-birimizə alışırdıq.
1 il keçdi. Növbəti yay tətili gəlmişdi. Qrupda 6 nəfər olduğumuzdan müəlliməmiz bizi ayırmaq qərarına gəldi. Onunla bir qrupa düşə bilmədim. Halbu ki,bunu çox istəyirdim amma nə kiməsə nə deyirdim nə də bəlli edirdim. Utanqaç olduğum qədər çəkingən bir xasiyyətim də var idi. 11-ci sinifə yeni başlamışdım. Məktəb o qədər də maraqlandırmırdı məni sadəcə bütün qüvvəmi hazırlığa vermişdim.Vaxt keçir, zaman daralırdı. Bu müddət ərzində onun barəsinde bir o qədər də düşünə bilmirdim. Amma hər dəfə internet kafeyə gedən zaman ona yazırdım. Bu çox xoşuma gəlirdi. O da mənə yazırdı. Artəq dost münasibəti qurmuşduq. Amma bir o qədər de yaxın deyildik. Çunki onu çox nadir hallar da görürdüm.Yolumuz və hazırlıq vaxtlarımız üst-üste düşmürdü. 
Qəbul imtahanı… Universitetə qəbul oldum, digər tələbə namizedləri ilə də maraqlanırdım. Kimi sevinir, kimi təəssüflənirdi, daha 1 il oxumalı və növbəti il sənədlərini verməli idi. O da bu hissləri yaşayırdı.Qəbul ola bilməmişdi universitetə. Çox təəssüflənirdim.
Universitetə başladığım günlər də yenidən ona yazdım. Artıq uzun zaman idi ki, ona yazmırdım. Ünvanını hələ də istifadə etdiyinə bir o qədər də əmin deyildim amma yənə də yazdım. O aralar internetə günlərlə, bəzən həftələrlə baş çəkmirdim. Bir gün cavab yazdığını gördüm, sevindim. Daha bir məktub yazdım və sonra daha bir məktub . Heç bir məktubum cavabsız qalmırdı…
Özümün istifadə edə biləcəyim şəxsi kompyuterim olduqdan sonra, nəinki, məktub, chat vasitəsi ilə də söhbət edirdik, bəzən saatlarla. Telefonu yox idi, amma universitetə qebul olduqdan sonra mütləq alacağını söyləyirdi. Belə də oldu qəbul olundu və 1 neçə heftə sonra mənə nömrəsini verdi. Ona hislərim tamamilə dostyana idi. Onun da mənə həmçınin. Bir gün onu sevəcəyim ağlıma belə gətirmirdim. Münasibətimiz yaxşı idi. Hər gün olmasa da 1,2 həftədən 1 bir-birimizi yada salırdıq. Mən 2 ci kursda oxuduğum üçün onun hal-hazırda keçdiyi fənnləri keçib qurtarmışdım. Bir gün ona dəftərlərimin mənə lazım olmadığını, amma sənə kömək edə biləcəyimi dedim. Əvvəl istəmədiyini desə də nəhayət dəftəri götürmək qərarına gəldi. Görüşdük.
Onu uzun zamandan bəri görmürdüm. Əvvəlkindən daha gözəl və şirin idi. 
Bir neçə gün beləcə ötdü. Onu əvvəl ki, vaxtlardan daha çox düşündüyümü hiss etdim . Daha çox əlaqə saxlamağa çalışırdım. Gecə qaranlığı gözləri və ay üzü fikrimdən çıxmırdı. Sanki, onu ilk dəfə həmin günü görmüşdüm. Ona vurulduğumu bilirdim artıq. Zaman keçdikcə bunu mesajlarım da istər-istəməz büruzə verirdim, onu şübhələndirirdim. Amma heç vaxt bunu ona deməyi düşünmürdüm çünki, mənə dost kimi baxırdı ve bunda çox qətiyyətli idi. Bir axşam çox israr etdi. İstəməyərəkdən deməyə məcbur oldum. Həyatımda ilk dəfə bir qıza açıq-aşkar onu sevdiyimi söyləyirdim.Çox vaxt ilk sevgi uğursuz olur məsəli bu dəfə mənə aid idi deyəsən. Məni yalnız dost kimi gördüyünü deyirdi. Həer gün ona yazırdım, o da məni cavabsız qoymurdu və hər dəfəsin də bu sevgi söhbətini bağlamağımı xahiş edirdi. Heç kimin sevgisinə ehtiyacı olmadığını,sevgi hissinin ona yad olduğunu və heç bir oğlanı sevə bilməyəcəyini deyirdi. Ümid vermək istəməsə də bəzi mesajların da cüzi də olsa ümid var idi. Bu xırdaca ümidlərlə nəfəs alırdım sanki. Sevdiyi qızın bir oğlana onu dost kimi gördüyünü söyləməsinin necə hiss olduğunu ancaq bunu yaşayanlar başa düşə bilər. Günlər keçir onun fikri dəyişmirdi. Onu çox incitmirdim, adət olunmuş sevgi mesajlarıi yazmırdım. Yalnız ürəyimin mənə söylədiklərini ya da sırf ikimizin münasibətini əks etdirən mesajlar. Bu onu çox narahat etmirdi. Onu incitmək, çətin vəziyyətdə qoymaq heyatımda istədiyim ən son şey idi. Artıq nə edəcəyimi bilmirdim.Bu qədər çarəsiz olduğum yadıma gəlmir. Ona hər dəfə ürəyimi açdıqca, sevdiyimi, bizə bir şans yaratmağını xahiş etdikcş məndən daha da uzaqlaşırdı. Bir söz verdim, artıq ona bu barədə heç nə deməyəcəkdim. O məni dost kimi bilir mən isə onu sevirdim. Hələ də sevirəm… Sonunu bilə-bilə, heç vaxt "biz” olmayacağını bilə-bilə. Ürəyim yorğun, Hər bir ümidini yarpaqlar kimi tökür.Geriyə heç bir yarpaq heç bir ümid qalmayacaqmı? Ümidsiz… heç bir şey qalmayacaq…


Şərhlər:
Baxılıb: 4649
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz